İkinci Qarabağ savaşından - Azərbaycanın Qarabağ Zəfərindən, Ermənistanın məğlubiyyətindən sonra Nikol Paşinyanın opponentləri - Serj Sərkisyan, Robert Köçəryan revanşist darvanışlar sərgiləməyə başladılar. Qarabağın işğalında, Azərbaycan xalqına qarşı törədilən ağır cinayətlərdə, soyqırımlarında birbaşa iştirak edən Sərkisyan-Köçəryan cütlüyü yaranmış fürsətdə erməni xalqını Paşinyana qarşı qaldırmağa özləri - müharibə partiyaları olaraq - hakimiyyətə gəlib çalışır yenidən Azərbaycana qarşı savaşa başlamaqdan dəm vururdular.

Onlar həmçinin antisülh əhvalının yaranması üçün əllərindən gələni əsirgəmədilər.

Lakin maraqlıdır ki, son aylarda həm Sərkisyan, həm də Köçəryan kölgəyə çəkiliblər.

erməni mediası bildirir ki, Robert Köçəryanın artıq siyasi meydandan çəkilməsi, nəzarətindəki media orqanlarının başını buraxması haqda məqalələr dərc edilir.

“Hraparak” yazıb ki, Köçəryan və onun ailəsinin adı ilə bağlı olan media orqanlarında ixtisarlar başlayıb, onların maliyyəsi kəsilib.

Erməni mediası həmçinin yazır ki, Köçəryan siyasi meydanı tərk etməsinə dair komandasını da məlumatlandırıb, siyasi arenada aktiv şəkildə görünməmək, passivləşmək qərarını onların diqqətinə çatdırıb.

Eks-prezident siyasi çevrəsinə, o cümlədən mediasına bundan sonra ayrıca öz fəaliyyətlərini təşkil etməli olduqlarını bildirib.

Bu gedişatdan, məlumatlardan belə qənaətə gəlmək olur ki, Köçəryan, Sərkisyan Paşinyanı yıxmaq imkanında olmadıqlarını başa düşüblər, darmadağın olmuş Ermənistanda yenidən söz sahibi ola bilməyəcəklərini dərk edərək, kənara çəkilirlər. Ancaq daha böyük ehtimal odur ki, Rusiyanın Ermənistanın üzərindən əlini çəkməsi faktı Robertə aradan çıxmaqdan başqa yolu qalmadığını dərk etdirib.

Digər tərəfdən onlar başa düşüblər ki, Ermənistanın Azərbaycanın diktə etdiyi şərtlərlə razılaşmaqdan başqa yolu qalmayıb və mübarizə çağırışlarının heç bir faydası olmayacaq. Ona görə də onlar öz var-dövlətlərini qorumaq, bəlkə də az sonra xaricə sığınmaq xəttini tutublar.

Başqa bir ehtimal isə odur ki, Köçəryan və Sərkisyana bu təlimatlar Kremldəki dairələrdən gəlib, səbəb də Rusiyanın adamı, projesi olan Vardanyanın yolunu bir qədər də açmaqdır. Belə iddialar səslənir ki, Vardanyan Xankəndiyə formal olaraq yerləşdirilib, o, uzaq hədəfdə Qərbpərəst Paşinyana rəqib hazırlanır və yaxın gələcəkdə ona Ermənistan vətəndaşlığı verilə və ölkənin rəhbərliyinə gətirilə bilər. (Burada bir neçə il öncə Gürcüstana Rusiyaya bağlı olan milyarder İvanaşvilinin rəhbər gətirilməsi təcrübəsi də diqqətdən qaçmır.)

Vardanyan davranışları ilə göstərir ki, o, qeyri-adekvat birisidir, özü də bir neçə gün öncə Rusiyanın proyekti olduğunu dolayısı ilə etiraf edib.

Yeri gəlmişkən, Qərb mediasının Vardanyanın ifşasına başlaması, BBC-nin əməkdaşının onun Kreml proyekti olmasını isbatlayan müsahibəsi də diqqət çəkir. Görünür, Qərbpərəst Paşinyana Rusiyanın əlaltısı olan milyarderin rəqib hazırlandığı iddiası onları narahat edib, Nikolu indidən qorumağa, müdafiə etməyə başlayırlar.

Düşmən ölkədəki bu prosesləri ekspertlər necə dəyərləndirir? Köçəryan və Sərkisyan niyə meydandan yox oldular? Onların Vardanyanın yolundan çəkilməsi göstərişini almaları iddiası doğru ola bilərmi?

Deputat Bəhruz Məhərrəmov Rusiyanın istənilən halda Paşinyanın üstündən tamamilə bir xətt çəkdiyini söylədi. Onun sözlərinə görə, Azərbaycanın Vətən müharibəsində qələbəsi bölgədə çox reallıqları dəyişdi, o cümlədən də Ermənistanda siyasi konfiqurasiyanı: “Paşinyan hakimiyyətinin qərbyönümlülüyü, konkret olaraq Ermənistanın hazırkı Baş nazirinin və bir çox hökumət üzvünün Sorosun şinelindən çıxması sirr deyil. Onun hakimiyyətə gəlişi əslində Rusiya faktorunun Ermənistandan sıxışdırılması planının tərkib hissəsi idi. Gürcü xalqının ağır qurbanları hesabına Gürcüstanda həmin prosesi nisbətən reallaşdıranlar üçün növbə Ermənistanın idi. Amma Paşinyan adekvat insan və yetkin siyasətçi olmadığı üçün Sərkisyan-Köçəryan cinayətkar cütlüyünün terror rejimini devirməsi ilə xalq arasındakı artan reytinqi ona reallığı görməyə mane oldu. Üstəlik, erməni mifləri, ermənilərin zəhərlənmiş ideologiyası Paşinyanı da sələflərinin yoluna qaytardı və o da inkişaf və tərəqqini Azərbaycan torpaqlarının işğalını davam etdirməkdə gördü və onlar hətta ”yeni müharibə, yeni torpaqlar" niyyətini gizlətmirdilər. Müharibədə məğlubiyyət isə, əslində yeni regional reallığın nə olduğunu, diktə edən gücün kim olduğunu ermənilərə başa saldı. Məğlub lider kimi Paşinyan siyasətdən getməli olduğu halda, erməni xalqının Köçəryan-Sərkisyan cütlüyünə olan nifrəti onu hakimiyyətdə saxladı. Əlbəttə, Paşinyanın hakimiyyətdə qalması Rusiya üçün arzuolunan variant deyildi, amma Moskvanın “adamı” hesab olunan Köçəryan-Sərkisyan tandeminin yenidən siyasətə qayıtması lazımi effektini vermədi. Buna görə də Rusiya Vardanyan kartını işə saldı. Yəni bu gün cinayətkar cütlüyün tədricən siyasi arenadan çəkilməsi və digər cinayətkara - Vardanyana yol açılması ilə bağlıdır. Aydındır ki, Köçəryan-Sərkisyan qrupunun xalqdan dəstəyi yoxdur, onlar güclərini Moskvadan alırdılar, Moskvanın isə artıq uğursuzlarla davam etmək istəmədiyi aydındır. Digər tərəfdən, Vardanyan kartının işə salınması ilə Rusiya Ermənistandakı qüvvələrini ikiyə bölməmək üçün Köçəryan-Sərkisyan cütlüyünü utilizasiya etməli idi. Amma məsələ ondadır ki, prosesdə Azərbaycan amili qiymətləndirilmədiyi üçün Vardanyan kartı da ilk gündən fiaskoya uğradı. Adının müxtəlif qalmaqallara qarışması, pulyuyan maşın kimi imic qazanması, çoxsaylı sanksiyalara məruz qalması, üstəlik fəaliyyətinə də separatçı kimi başlaması bu gün faktiki olaraq Vardanyanın məhvini sürətləndirməkdədir. Təbii ki, Paşinyan da əsl rəqibinin kim olduğunu bilərək mümkün qədər Vardanyanın nüfuzdan salınması prosesini sürətləndirməkdə, bu prosesdə qərb dairələri və ölkədə qərbyönümlü vətəndaş cəmiyyəti institutlarını səfərbər etməkdədir. Eyni zamanda Ukrayna ilə müharibədə Rusiyanın özü çətin durumda olduğu üçün Ermənistandakı yeni projesinə lazımi diqqət ayıra bilməməsi də oğru milyarderin talesizliyi hesab olunmalıdır. Lakin Moskva artıq Cənubi Qafqazda yeni layihələr üçün kifayət qədər imkan və zamana sahib deyil və bu mənada yəqin ki, Vardanyan son istifadə tarixinə qədər maksimum istismar ediləcək. Təbii ki, gələcəkdə Köçəryan-Sərkisyan cinayətkar qrupuna yenidən müraciət edilməsi ehtimalı var, lakin bunun üçün Rusiya hazırkı böhrandan öncə özü çıxmalı, daha sonra forpostu olan Ermənistanı Qərb təsirlərindən tam azad etməlidir. Bu isə indiki məqamda və yaxın perspektivdə ağlabatan deyil".

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu: “Ermənistanın keçmiş prezidentləri, Qarabağ separatçılarının keçmiş liderləri və Ermənistanda ”Qarabağın klanını" idarə edənlər - Robert Köçəryan və Serj Sərkisyan təsir güclərini itiriblər, nəzarət etdikləri medianı maliyyələşdirmək imkanları da azalıb. Bunun bir neçə səbəbi var.

Birincisi, Ermənistan 2020-ci ildə müharibədə Azərbaycana məğlub oldu. Azərbaycan torpaqlarının böyük hissəsini azad etdi. Bu Ermənistanın baş naziri Nikol Paşinyanın məğlubiyyəti olsa da, baş verənlərə görə Köçəryan-Sərkisyan cütlüyü də məsuliyyət daşıyır. Çünki Ermənistan ordusunda korrupsiya onların dövründə başlamışdı. Paşinyan islahatları sürətləndirib ordunu gücləndirə bilmədi, zamanı çatmadı.

İkincisi, müharibədən sonra Ermənistan cəmiyyətinin bir hissəsinin Qarabağa marağı azalıb. Erməni cəmiyyətinin bu hissəsi Qarabağa görə Azərbaycanla yeni müharibə istəmir. Köçəryan və Sərkisyan isə keçmiş separatçılar kimi “müharibə partiyalarının” nümayəndələridirlər. Bu,Ermənistan cəmiyyətini qorxudur.

Üçüncüsü, Köçəryan və Sərkisyan Rusiyaya bağlı siyasətçilərdir. Bu tip siyasətçilərin isə Ermənistanda reytinqləri aşağı düşüb. Çünki Ermənistan cəmiyyətinin əksər hissəsi artıq Rusiyaya bel bağlamağın doğru olmadığını düşünür və Qərb ölkələrindən, o cümlədən Fransadan dəstək umur.

Dördüncüsü, Köçəryan-Sərkisyan cütlüyü baş nazir Nikol Paşinyanı zəiflədə bilmədi. Bu cütlük müharibədən dərhal sonra Paşinyanı devirməyə çalışsa da, bu alınmadı. Rusiyanın cütlüyə dəstəyi də işə yaramadı. Köçəryan məcbur qalıb qapalı zallarda məhdud tərəfdarları ilə bir neçə görüş keçirib.

Bütün bu səbəblərdən Köçəryan-Sərkisyan cütlüyünün proseslərə təsir imkanları qalmayıb. Ona görə də hər ikisi bəyanat vermədən faktiki kənara çəkiliblər. Bu, Nikol Paşinyanın manevr imkanlarını artırıb. Çünki Ermənistanda onun yolunu kəsəcək real güc qalmayıb. Bu səbəbdən Paşinyan rahat şəkildə Rusiyadan uzaqlaşmağa başlayıb. Paşinyan buna görə Azərbaycanla təmas xəttində Avropa İttifaqının uzunmüddətli missiyasına üstünlük verib. Paşinyanın Kremllə münasibətlərinin gərginləşməsi Azərbaycanın maraqlarına uyğundur və suverenliyimizin Qarabağın tamamında bərpası üçün bizə münbit şərait yaradır".
“Yeni Müsavat”

Son xəbərlər

Sabirabadda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu”mövzusunda tədbir keçirilib

Azərbayacn Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Silahlı Qüvvələr Günü münasibətilə Müzəffər Ali Baş Komandan İlham Əliyevi təbrik edib

"Müasir İnternet Resurslarının İnkişafı” İB-i yeni layihənin icrasına başlayıb

Milli Qurtuluş Günü: Müasir Azərbaycan dövlətçiliyinin və böyük zəfərin başlanğıc nöqtəsi

Müstəqilliyimizin və inkişafımızın sarsılmaz təməli: 15 İyun – Milli Qurtuluş Günü!

Milli Qurtuluş Günü: Müasir Azərbaycanın tarixi, siyasi və iqtisadi intibahının başlanğıc nöqtəsidir

İlqar Ağabəyov: Milli Qurtuluş Günü: Dövlətçilik tariximizin şanlı səhifəsidir

Ağalı kəndində “Milli Qurtuluşdan Böyük Qayıdışa” mövzusunda tədbir keçirilib

Tahir Mirkişili:"Əsas məsələ artımın sürəti deyil, onun mənbəyi və keyfiyyətidir"

Millət vəkili Tahir Mirkişili Sumqayıtda vətəndaşlarla görüşüb

Millət vəkili Tahir Mirkişili Sumqayıtda vətəndaşlarla görüşüb

ABŞ və İran bir-birinə qarşılıqlı zərbələr endirdilər

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

Azərbaycanda ən çox və ən az olan heyvanlar

"Soyqırımı və deportasiya qurbanlarına dəstək” layihəsinin icrası ilə bağlı görüş keçirilib

Tahir Mirkişili: Azərbaycanın “Enerji Keçidi” Siyasəti: Paralel İnkişaf Modeli

Gənclər Təşkilatlarının Resurs Mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi

Pedaqoji Universitetdə veteranlar təşkilatının nümayəndələri ilə görüş keçirilib

Kremldə Putini bu addımdan çəkindirməyə çalışıblar

Sabah ölkə ərazisində intensiv yağış yağacaq

Paşinyan: Ermənistan və Aİ iki il ərzində vizasız rejim tətbiq edəcək

Almanlar Azərbaycan atlarına heyran qaldı - FOTOLAR

Masallıda birgə təşkil olunan konfrans keçirilib

Şəhərsalma - yaşıllaşdırmadan başlayır

Şəhərsalma - yaşıllaşdırmadan başlayır

WUF: ŞƏHƏR İQTİSADİYYATI-Deputatdan MARAQLI TƏHLİL

Dilqəm Quliyev:"Şəhərsalmada İdman Akademiyasının fəaliyyəti”

"Laçının azad edilməsi Azərbaycanın hərbi-diplomatik gücünün təntənəsidir”

Dilqəm Quliyev: Azərbaycanda Şəhərsalmanın Tarixi

Tahir Mirkişili Sumqayıt şəhərində vətəndaşlarla növbəti görüşünü keçirib

Sumqayıt Dövlət Universitetində millət vəkili Tahir Mirkişili ilə tələbələrin görüşü keçirilib

Əbədi Birlik Gənclər İctimai Birliyi tərəfindən Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirildi

Beynəlxalq Talassemiya Gününə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilib

Bütün xəbərlər