Həm Ermənistanda, həm də Azərbaycanın Xankəndi və ətraf bölgəsində baş verənlər erməni toplumunun ciddi parçalanmaya, siyasi qütbləşməyə uğradığını birmənalı şəkildə təsdiqləyir… Üstəlik, bu qütbləşmədə ABŞ və Qərbin Rusiya ilə Cənubi Qafqaz uğrunda apardığı amansız mübarizənin təsiri mövcuddur, erməni toplumunda deqradasiya prosesi həlledici mərhələyə keçə bilər…

Ermənistan cəmiyyətində maraqlı proseslər cərəyan edir. Son vaxtlar erməni toplumunda kifayət qədər ciddi siyasi-psixoloji parçalanma meyilləri müşahidə olunur. Xüsusilə də erməni mətbuatının son vaxtlar keçirtdiyi sosial sorğuların nəticələri Ermənistanın siyasi dairələrində olduqca ciddi narahatlıqlar yaratmağa başlayıb. Və “erməni xəyalları”na Ermənistan cəmiyyətində mövcud münasibətin məzmunu əslində, belə narahatlıqları stimullaşdırır.

Məsələ ondadır ki, nəticələri açıqlanmış rəy sorğularına görə, erməni toplumunda “Qarabağ mövzusu”na münasibət sürətlə dəyişməkdədir. İndi Ermənistan əhalisi arasında “erməni separatçıların müstəqilliyi” və yaxıd Azərbaycan ərazilərinin ələ keçirilməsi ilə bağlı şüarlar o qədər də populyar deyil. Rəyi soruşulanlar hesab edirlər ki, Ermənistanın təhlükəsizliyi və sülh şəraitində yaşamaq imkanlarının təmin edilməsi əsas hədəf olmalıdır. Yəni, social-iqtisadi problemlərlə üzləşən Ermənistan əhalisi hazırda erməni separatçılardan daha çox öz gələcək taleyindən narahatdır.

Təbii ki, Ermənistan cəmiyyətinin revanşist-radikal çevrələri sosial baza itkilərini həzm etməkdə çətinlik çəkirlər. Onlar “Qarabağ mövzusu”ndan geri çəkilənləri az qala milli xain kimi qəbul edirlər. Paşinyan hakimiyyətini Ermənistan cəmiyyətinin deqradasiyaya uğradılmasında, erməni toplumunda ümidsizliyin möhkəmləndirilməsində suçlayırlar.

Nə qədər qəribə də olsa, erməni toplumunda hətta Fransanın avanqard mövqedə olduğu Avropa Birıiyinin Ermənistanı düşdüyü vəziyyətdən çıxara biləcəyinə də şübhə ilə yanaşırlar. Bəzi erməni ekspertlər hətta Avropa Birliyinin göndərəcəyi mülki müşahidə missiyanı elə Ermənistanın özü üçün real təhlükə hesab edirlər. Və bu, Ermənistan cəmiyyətinin heç kimə ümidi qalmadığını, pessimist əhval-ruhiyyəyə təslim olduğunu göstərir.

Politoloq Rafael Orduxanyan isə birbaşa Gürcüstan örnəyini ön plana çıxarır: “Avropa Birliyinin missiyası vaxtilə Gürcüstanı hansı fəlakətlərə düçar etdisə, Ermənistanda da eynisini təkrarlayacaq, ölkəni yeni ərazi itkilərinə sürükləyəcək. Avropalılar Ermənistana Fransanın rəhbərliyi ilə Şimali Afrikada baş verənləri burada da törədəcəklər. Siyasi cəhətdən nə qədər cəlbedici görünsə də, Avropa Birliyi Ermənistana heç bir real dəstək verməyəcvək”.

Göründüyü kimi, erməni toplumu ciddi deqradasiya mərhələsi yaşayır. Üstəlik, Azərbaycanın Xankəndi və ətraf bölgəsi ətrafında baş verənlər də yeni parçalanma və ziddiyyət qaynağına çevrilməyə başlayıb. Xüsusilə də, Avropa Birliyinin müşahidə missiyası göndərməsi Xankəndi və ətraf bölgədə fırıldaqçı erməni milyarder Ruben Vardanyanın fəaliyyəti ilə paralelləşdirilir. Hesab olunur ki, bütün bunlar ABŞ və Qərbin Rusiya ilə Cənubi Qafqaz uğrunda geopolitik mübarizəsinin nəticəsidir.

Maraqlıdır ki, Paşinyan hakimiyyəti Ermənistan cəmiyyətində Avropa Birliyinin missiyasına pessimist yanaşmadan məmnun olmasa da, R.Vardanyana yönəlik aqressiv mövqedən öz siyasi maraqları çərçivəsində faydalanmağa çalışır. Belə ki, Paşinyan hakimiyyətinə yaxın mətbuat qurumları və sosial media iştirakçıları R.Vardanyanı Kremlin təlimatlarını yerinə yetirmək üçün Azərbaycanın Qarabağ regionuna göndərilmiş xain kimi xarakterizə edirlər. Və erməni fırıldaqçı milyarderin daha böyük fəlakətlər törətmədən dərhal Rusiyaya qayıtmalı olduğunu vurğulayırlar.

Belə anlaşılır ki, Paşinyan hakimiyyəti ilə Kremlin “təxribat emissarı” R.Vardanyan arasında qarşıdurma dərinləşməkdə davam edir. Paşinyan hakimiyyəti R.Vardanyanın Xankəndi və ətraf bölgədə siyasi populizm sayəsində Ermənistanda iqtidarı ələ keçirtməyə can atdığını düşünür. Əsas iddialar ondan ibarətdir ki, Kreml R.Vardanyanın qarşısında əsasın iki vəzifə qoyub. Birincisi, erməni fırıldaqçı Xankəndi və ətraf bölgədə gərginliyi artırmaqla, Cənubi Qafqazda sülh prosesini pozmalıdır. Digər hədəfsə, sonrakı mərhələdə Ermənistanın siyasi məkanına nüfuz edərək, Paşinyan hakimiyyətinin dəyişdirilməsinə nail olmaqdır.

Təbii ki, Paşinyan hakimiyyəti R.Vardanyana qarşı mübarizədə Azərbaycanın Xankəndi və ətraf bölgəsində olan erməni separatçı-terrorçulara təsir mexanizmlərindən maksimum səviyyədə yararlanmağa çalışır. Ermənistanda nəşr olunan “Hraparak” qəzetinin iddiasına görə, Xankəndidə erməni separatçılar vasitəsilə R.Vardanyana qarşı artıq bir neçə “müxalifət fraksiyası” yaradılıb. Bu “fraksiyalar”ın Ermənistan rəsmi dairələri tərəfindən idarə olunduğu və maliyyələşdirildiyi bildirilir.

“Hraparak” nəşrinin məlumatına görə, son vaxtlar Paşinyan hakimiyyətini ciddi şəkildə təhdid edən R.Vardanyanın qəfildən Qarabağdan İrəvana köçə biləcəyi də qətiyyən istisna deyil. Ona görə də rəsmi İrəvan önləyici tədbirlər görməyə başlayıb. Erməni nəşri bildirir ki, R.Vardanyandan narazı olanların bir qrupu vaxtilə Qarabağda yüksək mövqelərə sahib olmuş erməni separatçılardır. Digərlərisə, Kremlin “təxribat emissarı” tərəfindən “vurulmuş”, vərdiş etdikləri qazancdan məhrum olunmuş erməni terrorçulardır.

“Hraparak” iddia edir ki, R.Vardanyan da əks addımlar atmağa özünə qarşı çıxanlarla bağlı araşdırmanın aparılmasını tapşırıb. Ola bilər ki, yaxın vaxtlarda ona qarşı çıxanlardan bəzilərinin həbs olunması üçün müəyyən bəhanələr tapıla bilər. Bu, həm Qarabağdakı erməni separatçı-terrorçular arasında gərginliyin artdığını, həm də Paşinyan-Vardanyan münaqişənin dərinləşdiyini göstərir.

İstənilən halda, həm Ermənistanda, həm də Azərbaycanın Xankəndi və ətraf bölgəsində baş verənlər erməni toplumunun ciddi parçalanmaya, siyasi qütbləşməyə uğradığını birmənalı şəkildə təsdiqləyir. Üstəlik, bu qütbləşmədə ABŞ və Qərbin Rusiya ilə Cənubi Qafqaz uğrunda apardığı amansız mübarizənin təsiri, əlamətləri mövcuddur. Və belə davam edərsə, erməni toplumunda deqradasiya prosesi həlledici mərhələyə keçə bilər.(musavat.com)

Son xəbərlər

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

U-17 (yeniyetmələr) dünya çempionatlarının nəticələrinin müqayisəsi (Bakı:2012-2026:)

Deputat: "Azərbaycanın dövlət rəsmiləri onların qarşısına çıxmaqdan çəkinmir, "söyüş müxalifəti" isə eyni ssenarini təkrarlayır"

Bütün xəbərlər