Prezident İlham Əliyevin ölkəmizin regionlarına hər səfəri mühüm infrastruktur obyektlərinin açılısı, təməlqoyma və digər mühüm layihələrin icrası müşahidə edilir. Bu gün işğaldan azad edilmiş ərazilərimizlə yanaşı digər bölgələrimizdə də vacib infrastruktur və digər layihələr uğurla icra edilir. Həyata keçirilən proqram xarakterli işlərin nəticəsində bu gün bölgələrimizin siması tamamilə dəyişib və insanların sosial durumu ilə yanaşı həmin ərazilərdə yol, nəqliyyat qaz, işıq, su təminatı ən yüksək səviyyədə həyata keçirilməkdədir. Prezident İlham Əliyev Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində çıxışında da həyata keçilən mühüm layihələrdən bəhs etdi. “8 Noyabr” Elektrik Stansiyasının açılışının əhəmiyyətinə toxunan dövlətimizin başçısı ümumilikdə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatmasının vacibliyini diqqətə çatdırıb. Sözsüz ki, “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi ölkəmizin etibarlı enerji təchizatında mühüm rol oynayacaq.

Millixəbər.az xəbər verir ki, bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, dövlətimizin başçısının vurğuladığı kimi 1880 meqavat gücündə olan bu stansiya enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək: “Hazırda ölkəmizin elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur. Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının təməli Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1974-cü ildə qoyulub. Hələ 1970-ci illərdə Mingəçevir Azərbaycan energetika sektorunun mərkəzi rolunu oynayıb. Ulu Öndərin iştirakı ilə stansiyanın birinci bloku 1981-ci ildə istismara verilib. Ondan sonra digər bloklar da istismara verilməsi nəticəsində keçmiş sovet dövründə bu stansiya Qafqazın önəmli energetika mərkəzlərindən birinə çevrilib. Təbii olaraq müstəqilliyin ilk illərində ökəmizdə enerji qıtlığı yaranmışdı. Belə çətin şəraitdə Ulu Öndərin təşəbbüsü ilə yaradılmış Mingəçevir stansiyası hesabına müəyyən dərəcədə fasilələrlə olsa belə, insanlara və müəssisələrə elektrik enerjisi verilirdi. Bu mənada Mingəçevirin tarixi energetika mərkəzi kimi zəngindir və burada formalaşmış güclü kadr potensialı, əldə edilmiş uğurlara nail olmaq üçün imkan yaradır. Bunun fonunda Azərbaycanda energetika sektorunda aparılan dərin islahatlar nəticəsində çox böyük uğurlara imza atılmaqla yanaşı ölkəmiz özünün ehtiyaclarını ödəməklə paralel başlıca enerji ixracatçısına çevrilib. Demək olar ki, son 20 il ərzində Azərbaycanın energetika sistemi yenidən qurulub. Sözsüz ki, ölkəmizin müxtəlif yerlərində yeni elektrik stansiyaları qurulmaqla yanaşı Mingəçevirdə də yenidənqurma işləri aparılıb”.

Deputat 2018-ci ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulması ilə bağlı vacib addımlar atıldığını söyləyib: “2020-ci il iyunun 25-də stansiyaya yeni həyat verildi. Məhz bunun nəticəsidir ki, hazırda “Azərbaycan” Elektrik Stansiyasının generasiya gücü 1800 meqavat, “8 Noyabr” Stansiyasının gücü isə 1880 meqavatdır. Həmçinin Su Elektrik Stansiyasının gücü isə 400 meqavatdan çoxdur. Bütün bunların nəticəsində Azərbaycanın elektrik enerjisinin 40 faizindən çoxu məhz Mingəçevirin payına düşür. Təbii ki, bu layihənin qısa müddət ərzində icra edilməsi olduqca önəmlidir. Əldə olunan bu uğurlu göstərici isə energetika bazası, təcrübə və Azərbaycan energetiklərinin peşəkarlığı sayəsində mümkün olub. Azərbaycanın vacib tərəfdaşları olan İtaliya və Çin şirkətlərinin də bu uğurda payı böyükdür. Tərəfdaşlarla birlikdə Azərbaycan energetikləri qısa zamanda çox mühüm nəticə əldə etməyə nail olublar. Azərbaycan dövləti ilə İtaliya və Çin arasında mövcud olan strateji tərəfdaşlıq əlaqələri bu xüsusda olduqca vacib önəm kəsb edir. Enerji sahəsində də dövlətlər arasında sıx əməkdaşlıq var. Prezident İlham Əliyevin Çinə səfəri, əldə olunan mühüm razılaşmalar və bunun kontekstində atılan addımlar müsbət nəticələrin əldə olunmasında olduqca təsirlidir. Azərbaycanla İtaliya arasında xüsusilə energetika sahəsində, xam neft, təbii qaz sahəsində uzunmüddətli və strateji əməkdaşlıq mövcuddur. Həmçinin Azərbaycanda bu gün yaradılan yeni Günəş elektrik stansiyalarının təchizatı böyük dərəcədə Çin şirkətləri tərəfindən təmin edilir. Yəni, hər iki ölkə Azərbaycanla digər sahərlərdə olduğu kimi enerji sektorunda vacib tərəfdaşlığa malikdir”.

Sevinc Hüseynova dövlətimizin başçısının da qeyd etdiyi kimi energetikanın hər bir ölkənin milli təhlükəsizliyi məsələsi olduğunu söyləyib: “Bu gün regionda və qlobal miqyasda baş verən təhdidlər, yaranan gərginliklər digər sahələr kimi enerji sektoru üçün də mühüm çağırışlar yaradır. Amma Azərbaycan özünün stabil siyasi xəttinə sadiq qalaraq regional və qlobal miqyasda etibarlı dövlət kimi sabit enerji təchizatçısı mövqeyini də qoruyub saxlayır. Reallıq odur ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır. Avropa İttifaqı tərəfindən haqlı olaraq Azərbaycan etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırılır. Azərbaycan qazı 12 ölkəyə ixrac edilir ki, onlardan 10-u Avropa ölkəsidir. Bununla yanaşı qaz təchizatının coğrafi əhatə dairəsinin genişlənəcəyi də gözlənilir. Sözsüz ki, hazırda və dünyada gedən müharibələr fonunda bütün sahələr üçün açıq təhdidlər yaranır. Azərbaycan bu müharibələrin ağır nəticələrini yaşamış bir ölkədir. Məhz Ermənistanın işğalçılıq siyasəti nəticəsində ölkə ərazisinin 20 faizi işğal altına düşüb və nəticədə 1 milyondan artıq soydaşımız öz vətənində qaçqın və məcburi köçkün həyata yaşamağa məcbur olub. 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü, 2023-cü ilin 19-20 sentyabr tarixlərində isə ölkə ərazisində konstitusiya quruluşunu tam təmin etməyə nail oldu. Təəsüf ki, hər zaman özünün dağıdıcı mahiyyətindən əl çəkməyən Ermənistan Vətən müharibəsinin gedişatında Bərdəni, Gəncəni, Tərtəri bombaladığı kimi Mingəçevir şəhərini də raket atəşinə tutub. Mənfur düşmənin məqsədi Mingəçevir elektrik stansiyasını partlatmaq müharibənin gedişində Azərbaycan xalqına çətinliklər yaratmaq istəyirdi. Amma düşmənin bu niyyəti baş tutmadı və qalib Azərbaycan Ordusu onların bütün həmlələrinin qarşısını alaraq onu 2020-ci ilin 10 noyabrında kapituliyasiyaya məcbur etdi. 2020-ci ilin noyabrın 8-də Azərbaycanın Mədəniyyət Paytaxtı olan Şuşa şəhərinin düşməndən azad edilməsi günü şərəfinə yeni stansiyanın dövlətimizin başçısının açılış mərasimində vurğuladığı kimi adının “8 Noyabr” seçilməsi məhz Azərbaycan xalqının tarixi zəfərini simvolizə edir”.

Son xəbərlər

Azərbaycanı dünya idman ailəsində daha güclü mövqedə təmsil etmək üçün əsas hədəflər bunlardır

"Rəqəmsallaşma, süni intellekt və media savadlılığı” mövzusunda konfrans keçirilib

Prezident İham Əliyev: "Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır”

Abşeronda "Rəqəmsal təhlükəsizlik və valideyn məsuliyyəti” mövzusuna həsr olunmuş konfrans keçirilib

Deputat:Ölkəmiz prakmatik siyasət yürüdən, beynəlxalq birlik tərəfindən hesablaşılan güclü ölkədir

Rauf Zeyni: "Kamil vətəndaş, sivil cəmiyyət, güclü dövlət"

Vahid Tağıyev təhsildə liderlərin formalaşması problemindən DANIŞIB

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib

Prezident: İslam həmrəyliyinə əsaslanan AAzərbaycan-Qətər münasibətlərinin səviyyəsi bizi sevindirir

Bəylər Eyyubova xüsusi imtiyaz VERİLDİ

Azərbaycanda 3 dövlət qurumu ləğv edilib MƏRKƏZ OLDU

“Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyi sahəsinə təsirlərin qiymətləndirilməsi” mövzusunda ictimai müzakirə keçirilib

Dehlidə çirkli hava ilə əlaqədar evdən iş rejimi tətbiq olunacaq

Nazir elan etdi: Bəzi məktəblər distant təhsilə keçə bilər

Ərdoğan Zəngəzur dəhlizi barədə açıqlama verdi

Dörd Prezidentlə işləmiş dövlət müşaviri - FOTO

“Azercell” xidmətlərini 50 faiz bahalaşdırdı - SİYAHI

Gültəkin Hacıbəylinin Türkiyədən deportasiyasına qərar verildi

Prezidentdən Mikayıl Cabbarovla bağlı SƏRƏNCAM

Vahid Axundov vəfat etdi

Suverenliyin zəfər yolu: El gücü, sel gücü!

Prezident və birinci xanım Heydər Əliyevin məzarını ZİYARƏT EDİBLƏR

Bakıda ən ucuz məhsullar bu bazarlarda satılır

Abşeronda Ümummilli Lider Heydər Əliyevin anım günü dərin ehtiramla anılıb

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər

Əli Əsədov: "Azərbaycan Türkmənistanın BMT tərəfindən tanınan daimi neytrallıq siyasətinə böyük hörmətlə yanaşır"

DTX rəisi Əli Nağıyev Heydər Əliyevin məzarını ziyarət edib

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

Mehriban Əliyeva paylaşım etdi: "Dahi Heydər Əliyev"

Turə Qasımova: Ulu öndər Heydər Əliyevin Qarabağ arzularını Prezident İlham Əliyev ÇİN ETDİ

Bütün xəbərlər