Abşeronda narkomaniyaya qarşı maarifləndirici görüş keçirilib


Xırdalan şəhərində gənclərin sağlam həyat tərzinə yönəldilməsi və narkomaniyaya qarşı mübarizəyə həsr olunan növbəti maarifləndirici tədbir keçirilib. “Narkomaniyaya qarşı mübarizəyə dair Yaddaş Təlimatı” mövzusunda təşkil olunan görüş Abşeron Rayon İcra Hakimiyyəti və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Tədbir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilib. RİH-nin inzibatı binasında baş tutan görüşdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, Abşeron RİH yanında “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə” rayon komissiyasının sədri Gülnar Rəhimova, Dövlət Komissiyasının məsul əməkdaşı Vasif Quliyev, Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Məhərrəm İbadov, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqat qrupunun rəisi, polis mayoru Nəcəf Aydınoğlu, Sumqayıt şəhər Narkoloji Mərkəzinin direktoru Vüsal Cabbarov, rayonun komissiyanın üzvləri, QHT rəhbərləri, eləcə də rayonun ümumtəhsil müəssisələrinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, uşaq birliklərinin rəhbərləri, psixoloqlar və valideynlər iştirak ediblər.
İlk olaraq Ümummilli lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Gülnar Rəhimova çıxışında vurğulayıb ki, narkomaniya təkcə fərdi deyil, bütövlükdə cəmiyyətin mənəvi və sosial sağlamlığı üçün ciddi təhlükə yaradan bəladır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas məqsədlərindən biri gənclərin sağlam, bilikli və məsuliyyətli vətəndaş kimi formalaşmasını təmin etməkdir. Bu istiqamətdə Abşeron rayonunda müvafiq qrumlarla birgə ardıcıl şəkildə profilaktik və maarifləndirici tədbirlər həyata keçirilir.

Dövlət Komissiyasının məsul əməkdaşı Vasif Quliyev çıxışında narkomaniya ilə mübarizədə cəmiyyətin bütün təbəqələrinin birgə fəaliyyətinin önəmini qeyd edərək, ailə, məktəb və cəmiyyətin birgə əməkdaşlığı ilə bu istiqamətdə mühüm rol oynadığını diqqətə çatdırıb. O bildirib ki, narkotik vasitələrin dövriyyəsinə qarşı effektiv mübarizə yalnız hüquq-mühafizə orqanlarının deyil, hər bir vətəndaşın mənəvi borcudur.

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqat qrupunun rəisi, polis mayoru Nəcəf Aydınoğlu narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı statistik göstəriciləri diqqətə çatdırıb. O, eyni zamanda, hüquq-mühafizə orqanlarının bu sahədə həyata keçirdiyi əməliyyat tədbirləri, eləcə də qabaqlayıcı fəaliyyətlər haqqında məlumat verib.

Sumqayıt şəhər Narkoloji Mərkəzinin direktoru Vüsal Cabbarov çıxışında bəşəriyyət üçün ən təhlükəli bəla olan narkomaniyanın gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsindən, sağalmaz xəstəliklərə düçar edən bu dəhşətli bəlanın vurduğu zərərlərdən, törətdiyi fəsadlardan geniş bəhs edərək, iştirakçılara gəncləri zərərli vərdişlərdən qorumağı tövsiyə edib.
Tədbir iştirakçıları çıxış edərək gənclərin sağlam mühitdə böyüməsi, ailə nəzarətinin gücləndirilməsi və məktəblərdə maarifləndirici tədbirlərin sayının artırılması ilə bağlı fikirlərini bildiriblər.

Görüşün sonunda iştirakçılara buklet və “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” vəsaiti təqdim olunub.










Son xəbərlər

Fazil Məmmədov nazir müavini təyin olundu

“Müəllimlərin maaşı mənim dövrümə nisbətən artıb” - Misir Mərdanov

Gənclər milli sənət nümunəsini yaşadan və inkişaf etdirən iştirakçı olmalıdır - AÇIQLAMA

VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir

YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb

Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı

Mahirə Əsədova: Prezidentin müəyyən etdiyi sosial-iqtisadi hədəflər sahibkarlıq üçün yeni imkanlar yaradır

Ulu Öndərin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi

ÜRƏKLƏRİ BİR, HƏDƏFLƏRİ ZİRVƏ OLAN İKİ QARDAŞ ÖLKƏ

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

ANS-in keçmiş işçisinə yüksək vəzifə verildi -YENİLƏNDİ

Hüseynova Sevinc: VIII Qurultay: qarşıdakı dövr üçün yeni yol xəritəsi

Prezidentdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

YAP VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır

VIII Qurultay: Zəfərdən sonra Azərbaycanın teni strateji hədəfləri

VIII Qurultay: qarşıdakı dövr üçün yeni yol xəritəsi

İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi

Tahir Mirkişili: Azərbaycanın iqtisadi siyasətində əsas hədəf maliyyə dayanıqlığını real iqtisadi artıma çevirməkdir

Deputat Azər Badamov Qusarda növbəti vətəndaş qəbulu keçirib

Azər Badamov: 3 Oktiyabrda xalqımız Heydər Əliyevə göstərdiyi etimadla ölkəmizin gələcək inkişaf yolunu müəyyənləşdirdi

Könül Nurullayeva: "Süni intellekt və pilotsuz sistemlər Azərbaycanın müdafiə imkanlarının inkişafında mühüm rol oynayır"

Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - FOTO

Rusiya Hindistana nota verdi

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Professor Mahirə Hüseynovanın "Geniş təfəkkürün ensiklopedik elmi baxışları"-YAZI

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Pərvin Kərimzadə: Azərbaycanın gələcəyi dövlətçilik siyasəti və milli birliklə təmin olunur

Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay