Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu


4 oktyabr Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü kimi Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan günlərdəndir. 2020-ci il oktyabrın 4-də Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində Cəbrayıl şəhəri və rayonun doqquz kəndi işğaldan azad edilib. Bu qələbə Vətən müharibəsinin gedişində mühüm mərhələ olmaqla yanaşı, Cəbrayılın Böyük Qayıdış yolunun da başlanğıcını qoyub.

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğaldan əvvəl rayonun ərazisində 1 şəhər, 4 qəsəbə və 92 kənd yerləşirdi, əhalisi isə 52 min nəfər təşkil edirdi. İşğal illərində yaşayış məntəqələri ilə yanaşı, məktəblər, səhiyyə və mədəniyyət müəssisələri, eləcə də çoxsaylı tarixi abidələr dağıntılara məruz qalıb.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Cəbrayılın tarixində yeni səhifə açıb. İlk günlərdə Böyük Mərcanlı və Nüzgar kəndləri, oktyabrın 3-də isə Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri azad edilib. Oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl kəndləri də Azərbaycan Ordusunun nəzarətinə keçib.

Cəbrayılın azad olunması hərbi baxımdan da mühüm əhəmiyyət daşıyıb. Bu qələbədən sonra Azərbaycan Ordusunun Xocavəndin cənub kəndləri və Hadrut istiqamətində əməliyyatları davam etdirməsi üçün imkanlar genişlənib. Sonrakı mərhələdə Zəngilan, Qubadlı və digər ərazilərin azad edilməsi ilə nəticələnən hərbi əməliyyatlar həyata keçirilib.
Cəbrayılın azad edilməsinin simvollarından biri də rayon ərazisində yerləşən tarixi Xudafərin körpülərində Azərbaycan bayrağının ucaldılması olub. 2023-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə 4 oktyabr Cəbrayıl şəhəri günü kimi təsis edilib.
Azadlıqdan sonra Cəbrayılda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. Şəhərdə və kəndlərdə yaşayış məhəllələri, yollar, sosial obyektlər və enerji infrastrukturu yaradılır, iqtisadi layihələr həyata keçirilir. Rayonun iqtisadi inkişafında “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı xüsusi yer tutur. Eyni zamanda enerji və nəqliyyat infrastrukturu üzrə mühüm layihələr icra olunur.

Cəbrayıl şəhərinin inkişafı 2040-cı ilədək nəzərdə tutulan Baş plan əsasında həyata keçirilir. Plana əsasən, şəhərdə yaşayış binalarının, fərdi evlərin, sosial və ictimai obyektlərin inşası nəzərdə tutulub. Rayonun kəndlərində də yeni yaşayış məhəllələri yaradılır və sosial infrastruktur formalaşdırılır.
Böyük Qayıdış prosesinin nəticələri artıq Cəbrayılda real şəkildə müşahidə olunur. 2024-cü il sentyabrın 26-da Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınıb. 2026-cı il sentyabrın 28-nə olan məlumata görə, Cəbrayıl şəhərində 680 ailə, Horovlu kəndində 321 ailə, Şükürbəyli kəndində isə 599 ailə olmaqla, ümumilikdə 1 600 ailə, 7 022 nəfər doğma yurda qayıdaraq burada məskunlaşıb.

Beləliklə, Cəbrayılın son illərdə keçdiyi yol işğaldan, azadlıqdan bərpa və Böyük Qayıdışa qədər uzanan tarixi mərhələni əks etdirir. Bu gün Cəbrayıl azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin və insanların doğma torpaqlarına qayıdışının mühüm ünvanlarından birinə çevrilib.

Vüqar Məmmədov
XTQ mənsubu, Vətən müharibəsi qazisi

Son xəbərlər

Deputat Azər Badamov Qusarda növbəti vətəndaş qəbulu keçirib

Azər Badamov: 3 Oktiyabrda xalqımız Heydər Əliyevə göstərdiyi etimadla ölkəmizin gələcək inkişaf yolunu müəyyənləşdirdi

Könül Nurullayeva: "Süni intellekt və pilotsuz sistemlər Azərbaycanın müdafiə imkanlarının inkişafında mühüm rol oynayır"

Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - FOTO

Rusiya Hindistana nota verdi

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Professor Mahirə Hüseynovanın "Geniş təfəkkürün ensiklopedik elmi baxışları"-YAZI

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Pərvin Kərimzadə: Azərbaycanın gələcəyi dövlətçilik siyasəti və milli birliklə təmin olunur

Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

Pərvin Kərimzadə YAP İdarə Heyətinin üzvü seçilib

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Tahir Mirkişili: YAP yeni dövrün çağırışlarına uyğun olaraq öz siyasi missiyasını inamla davam etdirir

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Şəhid Əhliman Mehdiyevin və Alik Musayevin 6-cı ildönümü mərasimləri qeyd olunub

BNA-nın vəzifəli şəxslərinin cəzası ləğv edildi

“YAP fəaliyyətini müasir dövrün tələblərinə uyğun qurmalıdır” - Bahar Muradova

Sentyabr ayında 19 897 müraciət daxil olub

Kəmaləddin Heydərov əmr imzaladı -FHN-də ciddi dəyişikliklər

Tahir Mirkişili: “Əminəm ki, Sumqayıt basketbolda da uğurlar əldə edəcək”

Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı

Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir

Tahir Mirkişili Sumqayıtda vətəndaş qəbulu keçirib

Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - BƏYANAT

Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir

Bütün xəbərlər