Könül Nurullayeva: "Süni intellekt və pilotsuz sistemlər Azərbaycanın müdafiə imkanlarının inkişafında mühüm rol oynayır"


Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışında Azərbaycanın yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə fəaliyyəti xüsusi vurğulanıb. Dövlət başçımız Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini və bu nəticənin ölkənin qarşısında yeni reallıqlar yaratdığını bildirdi. Bu baxımdan Azərbaycanın milli təhlükəsizliyinin bundan sonrakı mərhələdə gücləndirilməsi məsələsinə daha geniş prizmadan yanaşmaq zəruridir. Söhbət həm hərbi potensialın artırılmasından, həm də güclü dövlət modelinin bütün komponentlərinin daha da möhkəmləndirilməsindən gedir".

Millixeber.az xəbər verir ki, bu sözləri SİA -ya açıqlamasında deputat Könül Nurullayeva deyib.



Onun sözlərinə görə, hərbi potensialın müasir tələblərə uyğun inkişaf etdirilməsi vacibdir. 44 günlük Vətən müharibəsinin təcrübəsi müasir döyüş meydanında texnologiyanın, pilotsuz uçuş aparatlarının əhəmiyyətini açıq şəkildə göstərdi:

"Bu səbəbdən Azərbaycanın müdafiə qabiliyyətinin inkişafı yeni silahların alınması ilə yanaşı, müasir döyüş texnologiyalarının milli hərbi doktrinaya inteqrasiyası, kəşfiyyat və müşahidə imkanlarının genişləndirilməsi, hava hücumundan müdafiə sistemlərinin təkmilləşdirilməsi və müxtəlif qoşun növləri arasında koordinasiyanın artırılması ilə müşayiət olunur. Prezident İlham Əliyev qurultayda çıxışı zamanı da bəyan etdi ki, "biz hər gün hazır olmalıyıq ki, istənilən hərbi təxribata cavab verək.

Elə güc əldə etməliyik və bunu əldə edirik ki, heç kimin ağlına belə gəlməsin Azərbaycana qarşı hansısa təxribat törətmək. Ona görə bu, birinci vəzifədir və təsadüfi deyil ki, bizim bu gün müzakirə olunan dövlət büdcəmizdə, gələn ilin büdcəsində hərbi və təhlükəsizlik məsələləri yenə də ön plandadır və təqribən 9 milyard manata yaxın vəsait bu məqsədlər üçün nəzərdə tutulur. "

Son illərdə müdafiə sənayesinin inkişafı da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Sentyabrın 30-da Bakıda keçirilən "ADEX 2026" sərgisində müasir hərbi texnologiyalarla yanaşı, Azərbaycanın müdafiə sənayesi kompleksinin imkanları nümayiş etdirildi.

Müasir geosiyasi şəraitdə hərbi təhlükəsizliklə texnoloji təhlükəsizlik artıq bir-birindən ayrılmaz anlayışlardır. Xarici təchizat zəncirlərindən həddindən artıq asılılıq böhran vəziyyətində risk yarada bilər.

Ona görə də müdafiə sənayesində yerli istehsal imkanlarının genişləndirilməsi, yüksək texnologiyaların mənimsənilməsi, süni intellekt, robototexnika, pilotsuz sistemlər, rabitə və elektron müharibə texnologiyaları üzrə elmi-tədqiqatların gücləndirilməsi mühüm istiqamətlərdəndir.

Burada hərbi sənaye ilə universitetlər, elmi müəssisələr və özəl texnologiya şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi də xüsusi rol oynayır. Belə əməkdaşlıq müdafiə sektorunda innovasiyaların sürətlənməsinə və milli texnoloji bazanın genişlənməsinə imkan yaradır.

Milli təhlükəsizliyin yeni istiqamətlərindən biri də kiberməkandır. Dövlət qurumlarının, enerji sistemlərinin, nəqliyyat və rabitə infrastrukturunun rəqəmsallaşması kibertəhdidlərin potensial təsir dairəsini də genişləndirir.

Bu səbəbdən kritik informasiya infrastrukturunun qorunması, kibertəhlükəsizlik üzrə mütəxəssislərin hazırlanması və kiberinsidentlərə çevik cavab mexanizmlərinin inkişaf etdirilməsi milli təhlükəsizlik siyasətinin ayrılmaz hissəsidir.

Eyni zamanda informasiya təhlükəsizliyi də xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin də söylədiyi kimi,

"ideoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir. Biz sərhədlərimizi qoruyuruq və bu da vəzifələrdən biridir. Dövlət sərhədlərimizin mühafizəsinə, qorunmasına müasir texnologiyalardan istifadə etməklə nail olmuşuq. Amma ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq."

Müasir dövrdə dövlətlərə qarşı təzyiq hərbi və iqtisadi vasitələrlə yanaşı, informasiya manipulyasiyası və dezinformasiya kampaniyaları vasitəsilə də həyata keçirilir. Buna görə cəmiyyətin informasiya savadlılığının artırılması və etibarlı informasiya mənbələrinin gücləndirilməsi də təhlükəsizliyin tərkib hissəsidir".

Son xəbərlər

Deputat Azər Badamov Qusarda növbəti vətəndaş qəbulu keçirib

Azər Badamov: 3 Oktiyabrda xalqımız Heydər Əliyevə göstərdiyi etimadla ölkəmizin gələcək inkişaf yolunu müəyyənləşdirdi

Könül Nurullayeva: "Süni intellekt və pilotsuz sistemlər Azərbaycanın müdafiə imkanlarının inkişafında mühüm rol oynayır"

Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - FOTO

Rusiya Hindistana nota verdi

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Professor Mahirə Hüseynovanın "Geniş təfəkkürün ensiklopedik elmi baxışları"-YAZI

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Pərvin Kərimzadə: Azərbaycanın gələcəyi dövlətçilik siyasəti və milli birliklə təmin olunur

Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

Pərvin Kərimzadə YAP İdarə Heyətinin üzvü seçilib

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Tahir Mirkişili: YAP yeni dövrün çağırışlarına uyğun olaraq öz siyasi missiyasını inamla davam etdirir

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Şəhid Əhliman Mehdiyevin və Alik Musayevin 6-cı ildönümü mərasimləri qeyd olunub

BNA-nın vəzifəli şəxslərinin cəzası ləğv edildi

“YAP fəaliyyətini müasir dövrün tələblərinə uyğun qurmalıdır” - Bahar Muradova

Sentyabr ayında 19 897 müraciət daxil olub

Kəmaləddin Heydərov əmr imzaladı -FHN-də ciddi dəyişikliklər

Tahir Mirkişili: “Əminəm ki, Sumqayıt basketbolda da uğurlar əldə edəcək”

Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı

Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir

Tahir Mirkişili Sumqayıtda vətəndaş qəbulu keçirib

Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - BƏYANAT

Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay