
Gündəm / Siyasət
3.10.2026, 20:28
Pərvin Kərimzadə: Azərbaycanın gələcəyi dövlətçilik siyasəti və milli birliklə təmin olunur

Təqdim olunan hesabat partiyanın fəaliyyətində şəffaflığın, maliyyə və təşkilati intizamın, qarşıya qoyulan vəzifələrə məsuliyyətli münasibətin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Millixeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı YAP-ın İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə söyləyib.
O, Azərbaycanın Cənubi Qafqazda yeni reallıqlar yaradan dövlət olduğunu, bütün bu proseslərin təməlində ardıcıl dövlətçilik siyasətinin, xalq-iqtidar birliyinin və dövlət-vətəndaş həmrəyliyinin dayandığını diqqətə çatdırıb.
"Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyaları, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası və xalqımızın sarsılmaz birliyi Azərbaycanın gələcəyinin etibarlı təminatıdır. Bizim borcumuz isə bu tarixi məsuliyyəti ləyaqətlə daşımaqdır", - deyə Pərvin Kərimzadə qeyd edib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














