Belə bir deyim var. Deyirlər ki, tarixə yalnız böyük şəxsiyyətlər düşürlər. Heydər Əliyev təkcə tarixə düşmədi, həm də tarixin özünü yaratdı. Bütün ömrünü Azərbaycanın inkişafına, suverenliyinə, xalqımızın azadlığına, istiqlaliyyətinə həsr edən ümummilli liderimiz böyük zəhmətlər bahasına qarşısına qoyduğu məqsədlərə nail oldu. Ulu öndərin qarşısına qoyduğu ən ali məqsəd xalqımızın azad yaşamaq haqqına sahib çıxmasını təmin etmək, Azərbaycanın suverenliyinə nail olmaq idi.

Hələ 1969-cu ildə H.Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi ölkəmizin tarixində əsaslı dönüş mərhələsi olmuşdur. Ulu öndər Heydər Əliyev respublikamıza rəhbər təyin olunana qədər Azərbaycana qarşı ögey münasibətlənirdi. Şübhəsiz ki, keçmiş SSRİ rəhbərliyinin xalqımıza qarşı bu cür münasibət bəsləməsinə tarixi düşmənimiz olan ermənilərin də fitnəkarlığı təsir edirdi. Dilimizə, dinimizə, milli-mənəvi dəyərlərimizə, bir sözlə xalqımızın mənsub olduğu bütün xüsusiyyətlərə təcavüzlər edilirdi. O vaxtlar Təhlükəsizlik orqanlarında çalışan H.Əliyev bunları yaxşı görür, vəziyyətdən çıxış yolu axtarırdı. Onun Azərbaycana rəhbər təyin edilməsi ilə xalqımızın üzləşdiyi çətinliklər, təqib və təzyiqlər aradan qaldırılırdı. Demək olar ki, baş verən xoşagəlməz hallara son qoyuldu və bunlar tarixə çevrildi.

Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə təyinatı sözsüz ki, onun liderlik keyfiyyətlərinə, təşkilatçılıq bacarığına, şəxsi intelektual imkanlarına o vaxtki SSRİ rəhbərliyi tərəfindən verilən yüksək qiymətin göstəricisi idi. Heydər Əliyev bu etimadın müqabilində sadəcə respublikada Moskvanın təlimat və göstərişlərini həyata keçirən bir rəhbərə çevrilmədi. Əksinə, o, sovet idarəçiliyinin şablonlaşmış texnologiyasını respublikanın rifahına, inkişafına yönəltməyi bacaran bir lider kimi özünü təsdiq etdi. İndi bunu aydın dərk edirik ki, Heydər Əliyev o dövrdəki fəaliyyəti ilə həm də sovet dövlətinin iqtisadi imkanlarını Azərbaycanın uzun illər sonrakı tərəqqisi və nəticə etibarı ilə indikı müstəqil dövlətçiliyimiz üçün maksimum dərəcədə sərf etməyi bacarmışdı. Belə ki, o, müdrik siyasət, böyük siyasi iradə nümayiş etdirərək respublikanın İttifaq büdcəsinin imkanlarından maksimum yararlanmasını təşkil etmiş, fövqəldövlətin xammal bazası kimi tanınan Azərbaycanın sənaye mərkəzinə çevrilməsinə nail olmuşdu. Respublikanın sənaye və kənd təsərrüfatında, ümumiyyətlə ictimai həyatın bütün sahələrində yüksəliş mərhələsi başlanmışdı. Respublikaya rəhbərliyinin ilk günlərindən xalqın sabahını düşünən Heydər Əliyev zamanı qabaqlayaraq Azərbaycanın gələcək inkişafı və müstəqilliyi üçün mühüm təminatlar yaratmışdı. Məhz həmin illərdən etibarən xalqımızın milli mənlik şüuru yüksəlmiş, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atılmışdır, xalqın həyat səviyyəsinin yüksəldilməsi üçün bir sıra mühüm sosial-iqtisadi islahatlar həyata keçirilmiş, Azərbaycan Sovetlər Birliyinin ən inkişaf etmiş respublikaları sırasına daxil olmuşdu.

Hələ o zamanlardan müstəqillik ideyalarını özünə əsas məqsəd seçmiş dahi Heydər Əliyev totalitar rejimin sərt təzyiqlərinə baxmayaraq, ən qlobal problemləri belə məharətlə həll edərək, ölkəmizin siyasi və iqtisadi müstəqilliyi üçün münbit şərait yaratmağa müvəffəq olmuşdu. Azərbaycan xalqının müstəqillik yolunda qarşılaşacaq çətinlikləri özünə məxsus intuisiya görüb hiss edən ümummilli liderimiz ölkəmizin strateji məqsədləri naminə mühüm addımlar ataraq milli dövlətçilik ənənələrimizi zənginləşdirmişdir. O vaxtlar Heydər Əliyevin adı təkcə respublikamızın əhalisi, xalqımız üçün deyil, keçmiş İttifaq dövlətinin bütün vətəndaşları üçün qanunçuluğun və ədalətin rəmzinə çevrilmişdi. O, yalnız Azərbaycanın deyil, dünyanın ən nəhəng və qüdrətli dövləti olan SSRİ-nin lideri kimi dünyada nüfuz qazanmışdı. Hələ o vaxtlar biz öz ümummilli liderimizin beynəlxalq aləmdəki dünya siyasətindəki ad-sanı, şan- şöhrəti ilə fəxr edirdik. Heç təsadüfi deyildir ki, həmin dövrün tanınmış siyasətçiləri bir sıra təhlilçilər və politoloqlar sovetlər İttifaqıni süqutdan qurtara biləcək dövlət xadimi kimi yalnız Heydər Əliyevin adını çəkirdilər. Əlbəttə ki, imperiya təşəkkülü siyasi dairələr öz intelektual səviyyəsi və parlaq liderlik istedadı ilə fərqlənən azərbaycanlıya belə bir imkanı vermədilər. Lakin Uca Tanrı Heydər Əliyevi, onu yetişdirmiş doğma xalqı, müstəqil Azərbaycan üçün hifz etdi. Heydər Əliyevin hərtərəfli dəstəyi ilə respublikamızda böyük tikinti quruculuğu işləri həyata keçirilirdi. Yeni elm, təhsil, səhiyyə müəssisələri, sənaye obyektləri tikilib istifadəyə verilirdi. Azərbaycanın digər respublikalardan asılılığı getdikcə aradan qaldırıldı. Bütün bunlar Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmış siyasət idi. Tarixi baxımdan o qədər də böyük olmayan vaxt ərzində Azərbaycan sürətli inkişaf yolu keçərək digər respublikaları üstələdi. Halbuki, Heydər Əliyevdən əvvəl Azərbaycan bütün respublikalardan, hətta tarixi torpaqlarımız üzərində yaradılan Ermənistandan geri qalırdı və Azərbaycan bütün sahələrdə tənəzzüldən qurtularaq tərəqqiyə doğru istiqamətləndi. O dövrdə görülən işlər müstəqil Azərbaycanın təməli idi.

Belə bir məqamda müdrik xalqımız hadisələri və vəziyyətdən çıxış yolunu düzgün müəyyənləşdirdi. Ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışını təmin etmək xalqın qəti və ən düzgün qərarı idi. Xalqın ulu öndərə güvənməsi, ona etibar etməsi təsadüfi deyildi. Onun sovet dövründə Azərbaycanda və Naxçıvan Ali Məclisinin sədri olduğu vaxtlarda gördüyü işlər xalqın diqqətindən yayınmamışdı.

Bütün bunları nəzərə alan xalqımız yekdilliklə Heydər Əliyevin yenidən Azərbaycana rəhbərliyə keçməsini tələb etdi və buna nail oldu.

Ömrünü xalqın yaxşı yaşaması naminə apardığı mübarizəyə həsr edən H.Əliyev milyonlarla insanın çağırışlarına hörmətlə yanaşaraq ölkəmizdə rəhbərlik missiyasını öz üzərinə götürdü. Təbii ki, xalqın taleyinə biganə yanaşa bilməzdi. Nadir tarixi şəxsiyyətin bu qayğısı ilə Azərbaycan səmasından qara buludlar çəkilməyə başladı. O böyük zəhmətlər bahasına şər qüvvələrə qalib gəldi, ölkədə sabitliyin yaradılmasına nail oldu. Zəngin dövlətçilik təcrübəsinə, yüksək idarəçilik, rəhbərlik qabiliyyətinə malik olan Heydər Əliyevin gördüyü işlər sayəsində ölkəmizin intibah dövrü başlandı. Azərbaycan dünyaya inteqrasiya olundu, sivil, dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu sahəsində uğurlu addımlar atıldı.

Bütün sahələrdə islahatların aparılmasına qərar verildi.

Dahi rəhbərin müdrikliyi və uzaqgörən siyasəti nəticəsində qısa müddət ərzində ölkədə vətəndaş həmrəyliyi bərpa edildi, anarxiya və xaosa son qoyuldu. Milli Ordu formalaşdı. Belə ki, 70-ci illərin əvvəlində ulu öndərin ağlasığmaz qətiyyəti və iradəsi nəticəsində milli hərbi kadrların yetişdirilməsi üçün baza rolunu oynayacaq. Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasına nail olması onun ən mühüm tarixi xidmətlərindən biridir. Azərbaycan müstəqilliyini bərpa edib milli ordu quruculuğuna başlayanda bu məktəb hərbi kadr hazırlığının mühüm bazasına - tədris ocağına çevrildi. Bu, Heydər Əliyev uzaqgörənliyinin, vətənpərvər liderin xalqı qarşısında tarixi xidmətinin əyani təsdiqidir.

Bundan əlavə, ölkənin ilk demokratik Konstitusiyası qəbul edildi, söz və mətbuat azadlığı bərqərar edildi, iqtisadiyyatın bütün sahələrində, hüquqi - demokratik islahatlar həyata keçirildi, neft strategiyası uğurla reallaşdırıldı. Onu da etiraf etməliyik ki, 1993-cü ildə ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə gəlməsəydi, indi nə müstəqil Azərbaycan dövləti, nə də onun xoşbəxt azad vətəndaşları vardı.

Bugünkü azad, demokratik, güclü və güdrətli Azərbaycan ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin bəhrəsidir və onun keçdiyi həyat yolu gələcək nəsillərə əvəzsiz nümunədir.

Kamilə Əliyeva,
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

Son xəbərlər

Sumqayıtda “Əsrin müqaviləsindən – Suverenliyə” mövzusunda elmi-praktik konfrans keçirilib

Sumqayıtda “PeşəFest-2026” tədbiri keçirilib

Dilqəm Quliyev: Bəşər tarixində ümumi xalqın bir arzusu olub- Azadlıq!

Tahir Mirkişili:Türk dünyası Azərbaycana strateji dərinlik, Qafqaz regional çəki, İslam dünyası iqtisadi-siyasi imkanlar verir

Tahir Mirkişili Sumqayıtda növbəti vətəndaş qəbulu keçirib

Azərbaycanın Qarabağ siyasəti: sülh, quruculuq və iqtisadi inkişaf - ŞƏRH

Abşeronda Bilik Günü münasibətilə tədbirlər keçirilib

Hərbi qələbədən böyük quruculuğa: azad Qarabağ inkişaf məkanına çevrilir

Ferhat Pirinççi: Bakı Türk dünyası baxımından unikal və mühüm mərkəzdir

Burhanettin Duran: Türk dünyası güclü koordinasiya ilə hərəkət etməlidir

Tahir Mirkişili Bilik Günü münasibətilə təbrik paylaşımı edib

Pezeşkian Azərbaycanın müstəqilliyi ilə bağlı kitabı öpdü və "mütləq oxuyacam" dedi

UNEC-də “İqtisadi dinamikanın əsasları” dərsliyinin təqdimatı keçirilib

10 İLDƏN SONRA DÖVLƏT HƏR KƏSƏ YÜKSƏK GƏLİR ÖDƏMƏLİ OLACAQMI?

GENDER məsələsi, yoxsa İQTİSADİ data çatışmazlığı?

AQSİA üzvləri AYLA Plastik MMC-nin fəaliyyəti ilə tanış olublar

TƏHSİLDƏ SÜNİ İNTELLEKDƏN İSTİFADƏNİ TƏNZİMLƏMƏK MÜMKÜNDÜRMÜ?

QHT-lərin rəqəmsal dayanıqlılığı və kibertəhlükəsizliyi “NGO Tech Talks” sessiyasında müzakirə olunub

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Zəfər Nəğməsi

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Bütün xəbərlər