26 İyun – Silahlı Qüvvələr Günü: Müzəffər Ordumuz Azərbaycanın gücünün və milli birliyinin rəmzidir


Bu gün Azərbaycan Respublikasında Silahlı Qüvvələr Günü qeyd olunur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən ardıcıl dövlət quruculuğu siyasəti nəticəsində Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvələrindən birinə çevrilib. Ordumuzun peşəkarlığı, yüksək döyüş hazırlığı və müasir texniki təminatı ölkəmizin milli təhlükəsizliyinin etibarlı təminatıdır. Bu fikrləri 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə Millət vəkili Tahir Mirkişili Millixəbər.az-a münasibət bildirərək şərh edib.

2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu döyüş meydanında tarixi Zəfər qazanaraq ölkəmizin ərazi bütövlüyünü böyük ölçüdə bərpa etdi. Bu möhtəşəm Qələbə xalqımızın sarsılmaz birliyinin, dövlətimizin siyasi iradəsinin və Silahlı Qüvvələrimizin peşəkarlığının təntənəsi kimi tarixə yazıldı.
Müharibə dövründə Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu diplomatik və informasiya siyasəti Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı. Dövlət başçısının prinsipial mövqeyi və qətiyyətli rəhbərliyi nəticəsində ölkəmiz həm döyüş meydanında, həm də informasiya məkanında üstünlüyünü təmin etdi. Azərbaycanın gücünü ifadə edən "Dəmir Yumruq" həm hərbi qələbənin, həm də tarixi ədalətin bərpasının rəmzinə çevrildi.

Güclü iqtisadiyyat güclü ordunun əsas dayağıdır. Son illərdə iqtisadi sahədə aparılan islahatlar, müdafiə sənayesinin inkişafı və dövlət büdcəsində müdafiə xərclərinə ayrılan vəsaitin artırılması Silahlı Qüvvələrimizin daha da güclənməsinə mühüm töhfə verib. Bu gün Azərbaycanın iqtisadi potensialı ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə və milli təhlükəsizliyin etibarlı təmin olunmasına xidmət edir.
Silahlı Qüvvələr Günü münasibətilə qəhrəman şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla anılır, qazilərimizin və hərbi qulluqçularımızın xidmətləri yüksək qiymətləndirilir. Azərbaycan xalqı Müzəffər Ordusu ilə haqlı olaraq fəxr edir və əmindir ki, Silahlı Qüvvələrimiz bundan sonra da dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün keşiyində qətiyyətlə dayanacaq.

Tahir Mirkişili,
Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

Son xəbərlər

Fazil Məmmədov nazir müavini təyin olundu

“Müəllimlərin maaşı mənim dövrümə nisbətən artıb” - Misir Mərdanov

Gənclər milli sənət nümunəsini yaşadan və inkişaf etdirən iştirakçı olmalıdır - AÇIQLAMA

VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir

YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb

Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı

Mahirə Əsədova: Prezidentin müəyyən etdiyi sosial-iqtisadi hədəflər sahibkarlıq üçün yeni imkanlar yaradır

Ulu Öndərin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi

ÜRƏKLƏRİ BİR, HƏDƏFLƏRİ ZİRVƏ OLAN İKİ QARDAŞ ÖLKƏ

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

ANS-in keçmiş işçisinə yüksək vəzifə verildi -YENİLƏNDİ

Hüseynova Sevinc: VIII Qurultay: qarşıdakı dövr üçün yeni yol xəritəsi

Prezidentdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

YAP VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır

VIII Qurultay: Zəfərdən sonra Azərbaycanın teni strateji hədəfləri

VIII Qurultay: qarşıdakı dövr üçün yeni yol xəritəsi

İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi

Tahir Mirkişili: Azərbaycanın iqtisadi siyasətində əsas hədəf maliyyə dayanıqlığını real iqtisadi artıma çevirməkdir

Deputat Azər Badamov Qusarda növbəti vətəndaş qəbulu keçirib

Azər Badamov: 3 Oktiyabrda xalqımız Heydər Əliyevə göstərdiyi etimadla ölkəmizin gələcək inkişaf yolunu müəyyənləşdirdi

Könül Nurullayeva: "Süni intellekt və pilotsuz sistemlər Azərbaycanın müdafiə imkanlarının inkişafında mühüm rol oynayır"

Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - FOTO

Rusiya Hindistana nota verdi

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Professor Mahirə Hüseynovanın "Geniş təfəkkürün ensiklopedik elmi baxışları"-YAZI

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Pərvin Kərimzadə: Azərbaycanın gələcəyi dövlətçilik siyasəti və milli birliklə təmin olunur

Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay