Bakı Arbitraj Mərkəzi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.
millixeber.az xəbər verir ki, Bakı Arbitraj Mərkəzi Fransanın Paris-Est Creteil Universitenin hüquq üzrə professoru, Paris Vəkillər Kollegiyasının üzvü, Azərbaycan Arbitraj Assosiasiyasının sədri və Azərbaycan Respublikasının Ali məhkəməsinin elmi-məsləhət şurasının üzvü Professor Kəmalə Mehdiyeva tərəfindən təsis olunub.
Kəmalə Mehdiyeva qeyd edib ki, Bakı Arbitraj Mərkəzinin yaradılması ilə ölkədə tərəflər arasında mübahisələrin həll edilməsinin alternativ bir yolu olan arbitrajın inkişafı üçün bütün vacib elementlər – arbitrajla bağlı mütərəqqi hüquqi baza, arbitrajın inkişafı üçün dövlət dəstəyi və yeni yaradılmış arbitraj təşkilatı – artıq formalaşıb.
Qeyd edək ki, “Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanunu 2024-cü il 25 yanvar tarixində qüvvəyə minmişdir və arbitraj sahəsində ən müasir təcrübələri əks etdirən “Beynəlxalq Ticarət Arbitrajı haqqında” 1985-ci il tarixli (2006-cı ildə edilmiş dəyişikliklərlə) UNCITRAL Model Qanundan belə daha mütərəqqi xarakter daşıyır. Qanun Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq ticarət hüququ üzrə Komissiyası (UNCITRAL) tərəfindən sınaqdan keçmiş və Komissiya həmin Qanunun mütərəqqi beynəlxalq təcrübəni əks etdirən və beynəlxalq arbitraj sahəsində vahid standartlar müəyyən edən “Model Qanuna” uyğun olduğunu təsdiqləmişdir.
Bakı Arbitraj Mərkəzin yaradılması dövlət-özəl tərəfdaşlığının ən önəmli təzahürlərindən biridir. Belə ki, dövlət iqtisadi subyektlər arasında, xüsusilə xarici elementli mubahisələrin dövlət məhkəmələri tərəfindən deyil, qeyri-dövlət qurumu – arbitraj təşkilatları vasitəsilə həll olunmasına yol açır. Qeyd edilməlidir ki, “Arbitraj haqqında” Qanunun layihəsi “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı ilə yaradılmış Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təsdiq etdiyi “Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Mübahisələrin həlli” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi”nin icrasının təmin edilməsi məqsədi ilə hazırlanıb.
Eyni zamanda, arbitrajın təşəkkülü ölkədə sahibkarlığın inkişafına, Azərbaycanın investisiya məkanı kimi cəlbedəcəliyinə, o cümlədən dövlət iqtisadiyyatına və ölkədə hüquq sisteminin möhkəmlənməsinə töhfə verəcəkdir. Bu kontekstdə, arbitraj institutlarının yaradılması və inkişafı mübahisələrin effektiv həlli üçün mühüm mexanizm rolunu oynayır.
Kəmalə Mehdiyevanın fikrincə, Bakı Arbitraj Mərkəzin yaradılması önəmli bir təşəbbüsdür. O qeyd edir ki, danılmaz həqiqətdir ki, iqtisadi münasibətlərin qloballaşması fenomeni mübahisələrin həllinin spesifik üsulunun - arbitrajın inkişafına səbəb olmuşdur və Bakı Arbitraj Mərkəzin fəaliyyəti ölkəmizdə və regionda arbitraj mexanizmini inkişaf etdirməyə imkan verəcək və bununla da Azərbaycan Respublikasında əlverişli biznes və investisiya mühitinin təşviq edilməsinə töhfə verəcək.//bakupost

Son xəbərlər

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

Bütün xəbərlər