“Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyi sahəsinə təsirlərin qiymətləndirilməsi” mövzusunda ictimai müzakirə keçirilib


Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə “Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyi sahəsinə təsirlərin qiymətləndirilməsi” mövzusunda ictimai müzakirə keçirilib.

Millixəbər.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Gömrük Komitəsi və s. dövlət qurumlarının və biznes assosiasiyalarının nümayəndələri, müvafiq sahədə fəaliyyət göstərən 80-ə yaxın sahibkar iştirak edib.

KOBİA yanında İctimai Şuranın sədri Emin Dostiyari tədbirin məqsədinin süd və ət istehsalı sahəsində mövcud vəziyyətin müzakirəsi, bu sahədə fəaliyyət göstərən sahibkarların fikir və təkliflərinin dinlənilməsi, eləcə də qida təhlükəsizliyi ilə bağlı məsələlər üzrə qarşılıqlı fikir mübadiləsinin aparılması olduğunu bildirib.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında qeyd edib ki, dövlət tərəfindən heyvandarlıq sektorunun inkişafının stimullaşdırılması məqsədilə sistemli dəstək mexanizmləri tətbiq olunur. 2021–2025-ci illər ərzində 25 615 baş iribuynuzlu və 8 mindən artıq xırdabuynuzlu damazlıq heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib, eyni zamanda, 10 mindən artıq təsərrüfat subyektinə 128 milyon manatdan çox aşağıfaizli güzəştli kreditlər təqdim olunub. Xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə tədbirləri isə tam şəkildə dövlət büdcəsi hesabına həyata keçirilir. Nazir vurğulayıb ki, işğaldan azad olunmuş ərazilər heyvandarlığın inkişafı baxımından mühüm potensiala malikdir və bu ərazilərdə sektorun təşkili və inkişafı üzrə məqsədyönlü siyasət tədbirləri ardıcıl şəkildə icra olunmaqdadır.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov süd və ət istehsalının qida təhlükəsizliyi baxımından strateji əhəmiyyətini vurğulayaraq, bu sahədə mövcud çağırışlara və məsələlərə sistemli yanaşmanın önəmini qeyd edib. O, yem bazası, baytarlıq nəzarəti, istehsal və tədarük zəncirinin təşkili, standartlara uyğunluq və maarifləndirmə kimi amillərin bir-biri ilə sıx əlaqədə olduğunu vurğulayıb.
Bildirilib ki, süd və ət sektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinin dayanıqlılığının təmin olunması regionların sosial-iqtisadi inkişafı və məşğulluğun artırılması baxımından vacibdir.
Tədbir çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən heyvandarlıq sektorunun inkişafı üzrə dövlət siyasətinə və hədəflərə dair təqdimat keçirilib, sahibkarların təklifləri dinlənilib və sualları cavablandırılıb.



Son xəbərlər

20 oktyabr 2020-ci il tarixində şanlı Zəfərimizin Zəngilan səhifəsi yazıldı

Qazaxıstanda hakimiyyət çevrilişi üçün Japarovdan kömək istədilər

Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi

Səhiyyə islahatlarının əsas məqsədi vahid idarəetmə sisteminin formalaşdırılmasıdır ŞƏRH

Deputat: TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi vahid strateji idarəetməni gücləndirəcək

Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb

Azərbaycan Ahmet Şanlı və daha 6 nəfəri beynəlxalq axtarışa verd

Leyla Əliyeva Türkmənistanda səfərdədir

Prezident onları təltif etdi - Siyahı

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb - Foto

20 Oktyabr – Zəngilan Şəhəri Günü də məhz belə əlamətdar tarixlərdəndir

Xəbər veriyimiz kimi, Anar Məhərrəm oğlu Bayramov yeni Səhiyyə naziri təyin edilib.

Azərbaycan Asiya ilə Avropa arasında strateji körpü rolunu oynayır

Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir

Bakı Zirvə Görüşü Azərbaycanın beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa

Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası

Füzuli Şəhəri Günü Azərbaycan xalqının yenilməz iradəsinin və milli birliyimizin parlaq təzahürüdür

Vüqar Zifəroğlu Mətbuat Şurasına yeni sədr seçildi

Tahir Mirkişili: “Cənab İlham Əliyevi tarix hər zaman belə fəxrlə xatırlayacaq!”

Sakinlərə şad xəbər - Köç başlayır

16 yaşa qədər qadınların dünyaya gətirdiyi uşaqların sayı açıqlandı

Azərbaycan ilə Laos arasında əlaqələr dostluq və qarşılıqlı hörmətə əsaslanır

Fidan Hüseynova: Azərbaycanın çoxşaxəli xarici siyasəti

Bakıda “Kəlağayı yürüşü” keçirilir

Binəqədi Rayon İcra Hakimiyyətində bir sıra kadr dəyişiklikləri olub.

Azərbaycan və Kamboca əlaqələri uğurla inkişaf edir

Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır

Müasir təhsil, milli-mənəvi dəyərlər və vətəndaş məsuliyyəti

Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətindən AÇIQLAMA VAR

"Dini şəxsi məqsədlər üçün istismar etməklərinə imkan verməməliyik”

Vüsar İsmayılov: Azərbaycan iqtisadi tərəqqinin və təhlükəsizliyin ən etibarlı tərəfdaşlarından biridir

Geyimlərdəki fərqlilik şagirdin diqqətini təhsildən yayındırır - Nəsib Məhəməliyev

Bütün xəbərlər