Prezident İham Əliyev: "Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır”


Azərbaycan dünya idmanında fəal iştirak edir, 2022-ci ildə qlobal idman reytinqində 46-cı yerdə qərarlaşıb və 2026-cı il üçün "Dünya İdman Paytaxtı" seçilib, bu da ölkənin idman siyasətinin uğurunu və idmanın ölkə mədəniyyətindəki əhəmiyyətini göstərir. Azərbaycan müxtəlif beynəlxalq turnirlərə ev sahibliyi edir, idmançıları isə dünya arenasında uğurlar qazanır. 

Bildiyimiz kimi ACES Brüsseldə yerləşən qeyri-kommersiya assosiasiyasıdır və hər il müxtəlif qitələrdən şəhərlərə "İdman Paytaxtı" və digər idman sahəsi üzrə mükafatlar təqdim edir. Bu titul və mükafatlar etik prinsiplər əsasında verilir və cəmiyyətin sosial inteqrasiyası, psixo-fiziki rifahı və həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. ACES, həmçinin Avropa Komissiyasının Avropa İdman Həftəsinin rəsmi tərəfdaşı və UNESCO ilə tərəfdaşdır.
Bakının “Dünya İdman Paytaxtı” seçilməsi prosesinə uzun zaman əvvəl başlanılmışdı. Qeyd edək ki, 2025-ci ildə "Dünyanın İdman Paytaxtı" Monako şəhəri olub. “Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının nümayəndə heyəti Bakıdakı idman infrastrukturunu yüksək qiymətləndirdi. Məhz bundan sonra Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib.
Bakıya 2026-cı il üçün “Dünyanın İdman Paytaxtı” adı verilməsi, eyni zamanda ictimai sağlamlıq, kütləvi idmanın inkişafı və gənclərin aktiv həyat tərzinə təşviqi baxımından yeni imkanlar açır. Bu status Bakının idman şəhəri kimi turizm, beynəlxalq investisiya mühitinə də müsbət təsir göstərəcək.
Dekabrın 25-də Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev çıxışında demişdir: «Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bizim idman nəticələrimiz, uğurlarımız, qələbələrimiz, eyni zamanda, idmana dövlət tərəfindən göstərilən dəstək, dövlət proqramlarının icrası, əlbəttə ki, beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalar bizim fəaliyyətimizə çox yüksək qiymət verirlər”.
Azərbaycanın bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük və tarixin səhifələrinə düşən uğurların ətdə olunmasına imkan yaradıb. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı öz müsbət nəticəsini verib. Müxtəlif idman güləş, futbol, intellektual oyunlar, şahmat və s. növlərdə Azərbaycan Avropanın və dünyanın diqqətindədir. İdmana ayrılan diqqətin nümunəsidir ki, mötəbər idman yarışları və tədbirlər ölkəmizdə keçirilir.
İdman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri kimi təbliğati-siyasi məzmun kəsb edir. Bu baxımdan Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla bir paralellik təşkil edir. Həm qazandığımız medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət təşkil edərək idman sahəsindəki uğurlarımızın əsasını təşkil edir.
İdmançılarımızın hər dəfə beynəlxalq arenalarda qazandıqları qalibiyyətlər, bayrağımızı ucaltmaları dövlətimizə şərəf gətirən amillərdir. Ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ulu öndər Heydər Əliyevin idmançılarımızdan gözlədiyi məhz qalib olmaq, dövlətimizin adını ucaltmaq idi.
Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Təbii ki, idman da diqqət və qayğıdan kənarda deyil. Bu qayğı və şəxsən dövlət başçısı cənab İlham Əliyevin diqqəti biz idmançıları yeni qələbələrə səsləyir.
Azərbaycan olduqca böyük, beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, konfranslara - bir sözlə, nüfuzlu tədbirlərə ev sahibliyi edir. Bu miqyaslı tədbirlərin keçirilməsi üçün etimadın göstərilməsi təsadüfi deyil, bu, əlbəttə, Azərbaycanın qazandığı mövqeyin, ölkəmizin beynəlxalq çəkisinin, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar qarşısında qazandığı reputasiyanın ifadəsidir. Eyni zamanda,belə tədbirlər ölkəmiz, dövlətimiz üçün müəyyən dividendlər gətirir. Bu mənada, həm siyasi, həm də iqtisadi qazancdan danışmaq olar.
Azərbaycan Prezidenti İlham Əliyev Beyləqan rayon gənclərinin və ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir: Azərbaycan bu gün dünya miqyasında idman dövləti kimi tanınır. Dövlətimizin başçısı Ümumdünya Şahmat Olimpiadasının keçirildiyini xatırladıb, orada da Azərbaycan idmançılarının ən yüksək yerlərə qalxdığını bildirib. Prezident vurğulayıb ki, həm Ümumdünya Şahmat Olimpiadasında, həm yeniyetmələrin Olimpiya Oyunlarında Azərbaycan Ermənistandan qat-qat yüksək pilləyə qalxmışdır. “Bu, onu göstərir ki, biz həm fiziki, eyni zamanda, intellektual cəhətdən daha güclüyük, üstünük və bu üstünlük hər yerdə özünü büruzə verir”, - deyə dövlətimizin başçısı bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, Olimpiya mərkəzlərinin yaradılması nəticəsində bu gün Azərbaycanda nəinki peşəkar idman sürətlə inkişaf edir, eyni zamanda, gənclər, yeniyetmələr idmana böyük maraq göstərirlər və gözəl nəticələr əldə edirlər.
İdman tarixi uğurlarla dolu olan ölkəmiz artıq dünyada idman ölkəsi kimi tanınır. Dünya idman arenasında öz layiqli yerini tutan Azərbaycan bir çox beynəlxalq yarışların ev sahibi olub. Ölkəmizdə keçirilən bu yarışlar artıq bir növ adət halını alıb. Hər il ölkəmizdə bədii gimnastika, taekvando, güləş, boks, karate, futbol və s. idman növləri üzrə dünya və qitə çempionatları, Olimpiya Oyunlarının lisenziya turnirləri keçirilir. Ümumilikdə son 10 ildə Azərbaycanda 300-dən çox beynəlxalq yarış keçirilib. 
2020-ci ildə də idman dünyasının əsas mərkəzlərindən biri yarışlar arasında ən çox diqqət çəkəni futbol üzrə Avropa Çempionatı olmuşdur. Paytaxt Bakıda və regionlarda bir sıra beynəlxalq səviyyəli turnirlər keçirilmişdir.
Formula 1 üzrə Azərbaycan Qran-Prisi - Bakı treki artıq 4 ildir yarım milyardlıq auditoriyaya malik “Formula 1” üzrə dünya çempionatının təqvimində yer alıb. 2020-ci ildə Azərbaycan Qran-prisi 5 - 7 iyun tarixlərində keçirilmişdir.
Karate üzrə Avropa Çempionatı - Qitənin ən güclü karateçilərini müəyyənləşdirəcək yarışda müxtəlif ölkələrin, eləcə də ölkəmizin ən güclüləri iştirak etmişlər.
25-29 mart tarixlərində Bakıda keçirilən Olimpiya lisenziyalı yarışda 55-dək ölkədən 630-a yaxın idmançı, həmçinin 40-a yaxın para-karetçinin iştirak etmişdilr. Milli Gimnastika Arenasında 5 gün ərzində 4 tatamidə keçirilən mötəbər yarışda 120-dək hakim idarə etmişdilət. Turnirin mükafatçıları Tokio-2020 Olimpiadasına son lisenziya xallarını əldə etmişdilər.
Fevralın 15-16-da batut gimnastikası və tamblinq üzrə dünya kuboku keçirilmişdir
2000-ci ildən sonra ölkəmizdə bir çox beynəlxalq səviyyəli oyunlar, turnirlər keçirilib. Bu oyunlardan ilki 2003-cü ildə keçirilən yeniyetmə cüdoçuların Avropa çempionatı olub. Oyunlar Bakıda, Heydər Əliyev adına İdman - Konsert Kompleksində baş tutub. Yarışda qitənin 30 ölkəsindən 300-dək cüdoçu iştirak edib.
Azərbaycanı dünyada tanıdan, böyük nüfuza sahib olduğunu sübut edən fəaliyyətlərdən biri də beynəlxalq idman oyunlarına və turnirlərə yüksək səviyyədə ev sahibliyi etməsi olub: "2000-ci ildən sonra ölkədə bir çox beynəlxalq səviyyəli oyunlar, turnirlər keçirilib. Bu oyunlardan ilki 2003-cü ildə keçirilən yeniyetmə cüdoçuların Avropa çempionatı olub. Oyunlar Bakıda, Heydər Əliyev adına İdman - Konsert Kompleksində keçirilib. Yarışda 30 ölkədən 300-dək cüdoçu iştirak edib. Bundan 1 il sonra isə 2004-cü ildə Azərbaycanda bədii gimnastika üzrə dünya kuboku uğrunda yarış keçirilmişdir. Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən yarışda dünyanın 22 ölkəsindən 47 gimnast iştirak edib. 2004-cü ildə keçirilən irimiqyaslı turnirlərdən biri də Taekvondo üzrə Avropa Olimpiya lisenziya turniri olmuşdur ki, bu da Bakı İdman Sarayında keçirilib. Turnirdə Avropanın 39 ölkəsindən 268 idmançı mübarizə aparıb. Bədii gimnastika üzrə 27-ci dünya çempionatı da 2005-ci ildə Azərbaycanda keçirilib. Çempionat Heydər Əliyev adına İdman-Konsert kompleksində keçirilib. 47 ölkəni təmsil edən gimnast qızlar yarışda iştirak ediblər. 2006-cı ildə Respublikada baş tutan digər bir çempionat hərbçilərin güləş üzrə 24-cü dünya çempionatı olub. Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən çempionatda sərbəst güləş və yunan-Roma güləşi üzrə yarışlar baş tutub. Çempionatda 20 ölkənin 200-dən çox pəhləvanı mükafatlar uğrunda mübarizə aparıb. Sərbəst, yunan-Roma güləşi və qadın güləşçilərin dünya çempionatı isə 2007-ci il sentyabr ayında Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutub. Sərbəst, yunan-Roma güləşi və qadın güləşçilər dünya çempionatı uğrunda mübarizə aparıblar. Mübarizədə 102 ölkədən 2500-dən çox idmançı iştirak edib. Azərbaycanın paralimpiya hərəkatı tarixində Bakıda keçirilən ilk mötəbər yarış 2007-ci ildə paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı olub. Pekin Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq xarakteri daşıyan yarışda Fransa, Böyük Britaniya, Finlandiya, İtaliya, Serbiya, Macarıstan, İspaniya, Almaniya, İsveç, Türkiyə, Ukrayna, Bolqarıstan, Rusiya, Latviya, Litva və Yunanıstanı təmsil edən 100-dən çox idmançı iştirak etmişdir
2009-2012-ci illərdə Respublikamızda keçirilən idman oyunları da ölkəmizin beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasında böyük rol oynamışdır. 2009-cu ildə Bakıda keçirilən bədii gimnastika üzrə 25-ci Avropa çempionatında dünyanın 32 ölkəsindən 186 gimnastı iştirak etmişdir. Elə həmin il ölkədə qaydasız döyüş üzrə Dünya kuboku da keçirilmişdir (Bakı İdman Sarayında). Yarışda Azərbaycan millisi də daxil olmaqla, 25 ölkəni təmsil edən 120-dən çox idmançı mükafat uğrunda mübarizə aparmışdır. 2010-cu ildə ölkəmizdə Heydər Əliyev adına İdman-Konsert Kompleksində daha fərqli bir idman növü üzrə Qılıncoynatma üzrə gənclər və kadetlər arasında yarış keçirilib. Bu yarışlarda dünyanın 87 ölkəsindən 1565 idmançı iştirak etmişdir. 2010-cu il ərzində keçirilən daha bir çempionat bodibildinq üzrə olub ki, burada 64-cü dünya çempionatında 63 ölkənin idmançısı birincilik uğrunda mübarizə aparıb. Mübarizə bodibildinqçilər arasında həyata keçirilib.
2010-cu ildə ölkəmizin paytaxtında keçirilən mötəbər yarışlardan biri də gənclər arasında boks üzrə dünya çempionatı olub və bu oyunlar Bakı Sərhədçi Olimpiya İdman Mərkəzində keçirilmişdir. Çempionatda 96 ölkədən 500 idmançı iştirak edib. Sərbəst, yunan-roma və qadın güləşi üzrə Avropa çempionatı da 2010-cu ildə Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilib. Bu yarışda Azərbaycan da daxil olmaqla, 36 ölkədən 383 idmançı sərbəst, yunan-roma güləşi üzrə mübarizə aparıb.
Ölkəmizdə keçirilən daha bir idman yarışı da Cüdo üzrə "World Masters" beynəlxalq turniri olub və 2011-ci ildə Bakıda keçirilib. Reytinq xalları verən World Masters seriyasında 42 ölkəni təmsil edən 300-dən çox idmançı mübarizə aparıb. Cüdo üzrə Dünya Kuboku bu il ərzində baş tutan lisenziya xarakterli yarışlardan olub. Yarış Sərhədçi İdman Olimpiya Mərkəzində baş tutub. Bu yarışlar 2012-ci il London Yay Olimpiadasına lisenziya xarakteri daşıyırdı. Boks üzrə XVI Dünya Çempionatı da 2011-ci ilin sentyabrın 26-dan oktyabrın 8-dək Bakıda keçirilib. Çempionatda 113 ölkədən 570 boksçu mübarizə aparıb. Bu, ölkələrin və idmançıların sayına görə rekord göstəricidir.
2012-ci ildə isə Yeniyetmələr arasında sərbəst, yunan-roma, qadın və çimərlik güləşi üzrə dünya çempionatı respublikada keçirilib. 21-27 avqust tarixini əhatə edən yarışda 41 ölkədən 850 idmançı iştirak edib. 22 sentyabr - 13 oktyabr tarixlərində isə 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatı baş tutub. 2012-ci ildə keçirilmiş yarışda 16 ölkədən yaşı 17-dən aşağı olan futbolçu qızlar iştirak edib. Bu, Azərbaycanda keçirilən ilk FİFA tədbiri və Avrasiyada baş tutan ilk U-17 qadınlararası dünya çempionatı olub. Bu il ərzində Bakıda ilk keçirilən yarışlardan biri də "GT3 və klassik Formula 1" yarışı olub. Oktyabrın 26-28-də Bakıda ilk dəfə keçirilən yarışların "City Challenge" Bakı avtoparadı keçirilib. Yarışda 10 komanda (hər birində 2 sürücü olmaqla) iştirak edib və 2,1 kilometrlik yarış zolağını qət ediblər. Yarış 300 milyon izləyicini əhatə etmiş, 120 ölkədə televiziya kanalları vasitəsilə yayımlanmışdır".
Azərbaycan idman tarixinin ən şərəfli səhifələrindən biridə "Bakı-2015” Avropa Oyunları olmuşdur. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə "Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsi bu irimiqyaslı tədbirə hazırlıq işlərini cəmi iki il yarım müddətdə başa çatdırdı. Azərbaycanın bu məsuliyyətli işin öhdəsindən layiqincə gəldi və çox qısa zaman ərzində Oyunların keçirilməsi üçün hər cür şərait yaradıldı: "Yarışlarda Avropanın 50 ölkəsinin 10000 idmançısı mübarizə aparıb. Yarışlarda Bakının 11, Mingəçevirin isə 1 idman qurğusundan istifadə olunub. 2015 Avropa Oyunlarının təqviminə 30 idman növü daxil edildi. Onlardan 24-ü Olimpiya, 6-sı isə qeyri-Olimpiya idman növüdür. Yarışlarda idmançılar 253 dəst medal uğrunda yarışıb. Avropa Oyunlarının açılış mərasimi 12 iyun tarixində Bakının Olimpiya Stadionunda baş tutub. Açılış mərasimində Avropa Oyunlarını rəsmi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq elan edib. Yarışlarda 50 ölkənin 10 000 idmançısı 30 idman növündə mübarizə aparıb. 17 gün davam edən yarışlar 28 iyun tarixində Bakı Olimpiya Stadionunda yekunlaşıb. Yarışlarda qeyri-rəsmi medal cədvəlində ilk sıranı Rusiya Federasiyasının idmançıları tutub. Onlar I Avropa Oyunlarında 79 qızıl, 40 gümüş və 45 bürünc, ümumilikdə 164 medal qazanıb. İkinci sıranı isə ev sahibi Azərbaycan idmançıları tutdu. Yarışlara 289 idmançı ilə qatılan Azərbaycan 21 qızıl, 15 gümüş və 20 bürünc, ümumilikdə 56 medal qazanıb. Üçüncü sıra isə Böyük Britaniya idmançılarına nəsib olub. Onlar 18 qızıl, 10 gümüş və 19 bürünc medal qazandı və I Avropa Oyunlarını 47 medalla başa vurublar".
Azərbaycanda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadası”, "Formula-1” yarışları ilə yanaşı nüfuzlu və mötəbər yarışlardan biri də İslam Həmrəylik Oyunları olub: "2015-ci il sentyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalamışdır. Heydər Əliyev Fondunun prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Təşkilat Komitəsinin sədri təyin olunmuşdur. Sentyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin birinci iclası keçirilmişdir. 2017-ci il aprelin 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasını keçirdi və Bakı oyunlara tam hazır idi. 12-22 may 2017-ci il tarixində keçirilən yarışlarda 21 idman növü üzrə 56 dövlətin 6000-ə yaxın idmançısı mübarizə aparmışdır. Medalların sayına görə Türkiyə yığması fərqlənmişdir. Belə ki, Türkiyə yığması ümumilikdə 195 medal qazanmaqla yekunda medal sayında birinci pilləni tutmuşdur. Türkiyə yığması həmçinin gümüş və bürünc medalların sayında da ilk pillədə qərarlaşmışdır. Lakin Azərbaycan yığması əldə etdiyi qızıl medalların sayına görə son nəticədə medal sıralamasını birinci pillədə bitirməyə nail olmuşdur. 14 ölkənin yığması isə turniri medalsız başa vurmuşdur.
Dünya idman tarixinə öz imzasını atmış və beynəlxalq aləmdə lazımı nüfuzunu qazanmış ölkəmiz 2017-ci ildə ilk dəfə Bakıda qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinə və digər yarışlara da ev sahibliyi etmişdir.
2018-ci il də respublikamızda Formula 1 Azərbaycan Qran-Prisi, velosiped idmanının BMX növü və cüdo üzrə dünya çempionatları, gimnastika növləri üzrə dünya kubokları, Avropa çempionatı, Beynəlxalq Gimnastika Federasiyasının 82-ci Konqresi, Dünya Antidopinq Agentliyinin Təsisçilər Şurası və İcraiyyə Komitəsinin iclası, Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin XX Qlobal Forumu çərçivəsində müxtəlif idman növləri üzrə yarışlar və digər mühüm beynəlxalq turnirlər və tədbirlər yüksək səviyyədə təşkil olunub, şəhərimizə gələn idmansevərlər ölkəmizdən xoş təəssüratlarla ayrılıblar. Azərbaycanın mötəbər idman yarışlarına uğurla ev sahibliyi etməsi, idmançılarımızın beynəlxalq turnirlərdə qazandığı parlaq qələbələr respublikamızın idman ölkəsi olduğunu bir daha təsdiqləyib.
2023-cü ildə ölkəmizdə keçirilən genişmiqyaslı tədbirlər, bir çox idman növləri üzrə dünya və Avropa çempionatları, dünya kuboku və Qran-Pri yarışları yüksək səviyyədə təşkil olundu.
İdman yarışlarının təşkilində böyük təcrübəyə malik olan Azərbaycanda 2023-də keçirilən gimnastikanın dörd növü üzrə Dünya Kuboku, Formula 1 üzrə Azərbaycan Qran-Prisi, yeniyetmə cüdoçular arasında Avropa Kuboku, bədii gimnastika üzrə 39-cu Avropa çempionatı, taekvondo üzrə böyüklər arasında dünya çempionatı, şahmat üzrə kişilər və qadınlar arasında Dünya Kuboku, həndbol üzrə 17 yaşlı qızlar arasında Avropa çempionatı, atıcılıq üzrə dünya çempionatı, IBSA cüdo Qran-Prisi, çövkən üzrə dünya çempionatı, MMA üzrə “Landmark 7” beynəlxalq Rizin, hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatı kimi nüfuzlu yarışlar ölkəmizin qüsursuz təşkilatçılıq bacarığını bütün dünyaya nümayiş etdirdi. Beynəlxalq yarışlarda qazanılan qələbələr və medallar isə Azərbaycanın bir daha idman ölkəsi olduğunu təsdiqlədi.
“Qarabağ” ilk dəfə UEFA Avropa Liqasında pley-off mərhələsinə vəsiqə qazandı. Komanda bunu dekabrın 14-də avrokubokun qrup mərhələsində “Hekken”le çıxdığı sonuncu görüşündə reallaşdırdı.
2023-cü il qazanılmış nailiyyətlər və ilklərlə Azərbaycan idman tarixində mühüm yer tutdu. Gimnastika sahəsində əldə edilmiş uğurlar isə xüsusilə yadda qaldı. “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan bədii gimnastika üzrə 40-cı dünya çempionatında üçüncü pilləyə qərarlaşan bədii gimnastımız Zöhrə Ağamirova gimnastika üzrə lisenziya qazanan ilk idmançı oldu.
Boks sahəsində isə yığmamız 22 yaşadək boksçular arasında Avropa çempionatında medal rekordunu yenilədi. Millimiz bunu tarixində ilk dəfə Avropa çempionatında 5 medal qazanmaqla reallaşdırdı.
  Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatına yunan-Roma güləşi üzrə Azərbaycan millisi də tarixi uğura imza atanlar sırasındadır. 2 qızıl, 3 gümüş medal qazanan yığma 120 xal toplayaraq ilk dəfə komanda hesabında dünya çempionu oldu. 
  Şahmatçılarımız da öz növbələrində məhsuldar bir ili geridə qoydular. Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında qadınlardan ibarət yığmamız 15 xalla tarixdə ilk dəfə bu turnirin gümüş medalına yiyələndi. 
2024-cü ildə bir çox əsas idman yarışları keçirilib, ən əsası isə Yay Olimpiya Oyunları (Paris-2024), 34-cü Afrika Millətlər Kuboku (Yanvar-Fevral), Avropa və dünya çempionatları, kuboklar və bir sıra beynəlxalq turnirlər olub. Azərbaycanda da Olimpiya ili çərçivəsində müxtəlif yarışlar təşkil olunub və idmançılar 1718 medal qazanıb.
III MDB Oyunları 2025-ci ildə "Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı" elan edilən Gəncə şəhərində və ölkənin daha 6 şəhərində keçirilmişdir. Sentyabrın 28-dən oktyabrın 8-dək davam edən yarışlar 23 idman növünü əhatə etmişdir. Gəncədə 8, Mingəçevirdə 4, Qəbələdə 4, Şəkidə 3, Göygöldə 2, Yevlaxda 1 və Xankəndidə 1 idman növü üzrə yarışlar təşkil edilmişdir. Oyunlarda MDB ölkələrinin idman heyətləri ilə yanaşı, Azərbaycan Hökumətinin dəvəti əsasında bir sıra digər ölkələrin idmançıları da iştirak etmişdir.
Azərbaycanı dünya idman ailəsində daha güclü mövqedə təmsil etmək üçün əsas hədəflər bunlardır:
- bədən tərbiyəsi və idman hərəkatını genişləndirmək, bədən tərbiyəsi və idmanla məşğul olanların sayını ildən-ilə artırmaq. Bədən tərbiyəsi və idmanın qızlar arasında daha geniş və təsirli inkişafına nail olmaq. Sağlamlıq imkanları məhdud olan insanların (əlillərin) daha çox hissəsini bədən tərbiyəsi və idmanla məşğulluğa cəlb etmək. Bütün regionlarda, xüsusən kənd rayonlarında idmanın inkişafı üçün spesifik əməli tədbirlərin planlaşdırılması və həyata keçirilməsi;
- imkansız ailələrdən olan uşaq və yeniyetmələrin bədən tərbiyəsi və idmanla daha kütləvi, ödənişsiz məşğul olmalarına şəraitin yaradılması, onların idmanda qalmaları və uğur qazanmaları bununla da həyatlarını zənginləşdirə bilmələri üçün konkret tədbirlərin planlaşdırılması və həyata keçirilməsinin təmin edilməsi;
Hər üç səviyyədə-idmanla məşğul olmağa başlamaqda, idmanda qalmaqda və idmanda uğur qazanmaqda insanlara kömək etmək.
Yaşından, etnik mənşəyindən və ya sağlamlıq vəziyyətindən asılı olmayaraq hər kəsin idman fəaliyyəti dairəsinin genişləndirilməsi məsələsini həll etmək, idman və gənclər təşkilatlarının, klubların, məşqçilərin və könüllülərin dinamik şəbəkəsini yaratmaq və formalaşdırmaq, insanların idmanda qalması üçün davamlı infrastruktur yaratmaq;
- bədən tərbiyəsi və idman hərəkatını genişləndirmək, bədən tərbiyəsi və idmanla məşğul olanların sayını ildən-ilə artırmaq. Bədən tərbiyəsi və idmanın qızlar arasında daha geniş və təsirli inkişafına nail olmaq. Sağlamlıq imkanları məhdud olan insanların (əlillərin) daha çox hissəsini bədən tərbiyəsi və idmanla məşğulluğa cəlb etmək. Bütün regionlarda, xüsusən kənd rayonlarında idmanın inkişafı üçün spesifik əməli tədbirlərin planlaşdırılması və həyata keçirilməsi;
- imkansız ailələrdən olan uşaq və yeniyetmələrin bədən tərbiyəsi və idmanla daha kütləvi, ödənişsiz məşğul olmalarına şəraitin yaradılması, onların idmanda qalmaları və uğur qazanmaları bununla da həyatlarını zənginləşdirə bilmələri üçün konkret tədbirlərin planlaşdırılması və həyata keçirilməsinin təmin edilməsi və s..
İdman hərəkatında uğurların əldə edilməsi, beynəlxalq səviyyədə keçirilən yarışlarda Azərbaycan idmançıları tərəfindən dövlət bayrağının ucaldılması, Dövlət Himinin səsləndirilməsi, Azərbaycanın çox mötəbər beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi ölkəmizin dünya idmanı sahəsində yeri olduğunu bir daha sübut edir. İdman ictimaiyyəti əmindir ki, Prezident İlham Əliyevin ölkəmizin inkişafına xidmət edən siyasi xətti idmanımızın daha da inkişafına böyük töhfələr verəcək. Bakı 2026-cı ildə Azərbaycanı dünyada daha güclü idman ölkəsi kimi tanıdacaq.

Son xəbərlər

"Rəqəmsallaşma, süni intellekt və media savadlılığı” mövzusunda konfrans keçirilib

Prezident İham Əliyev: "Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır”

Abşeronda "Rəqəmsal təhlükəsizlik və valideyn məsuliyyəti” mövzusuna həsr olunmuş konfrans keçirilib

Deputat:Ölkəmiz prakmatik siyasət yürüdən, beynəlxalq birlik tərəfindən hesablaşılan güclü ölkədir

Rauf Zeyni: "Kamil vətəndaş, sivil cəmiyyət, güclü dövlət"

Vahid Tağıyev təhsildə liderlərin formalaşması problemindən DANIŞIB

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib

Prezident: İslam həmrəyliyinə əsaslanan AAzərbaycan-Qətər münasibətlərinin səviyyəsi bizi sevindirir

Bəylər Eyyubova xüsusi imtiyaz VERİLDİ

Azərbaycanda 3 dövlət qurumu ləğv edilib MƏRKƏZ OLDU

“Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyi sahəsinə təsirlərin qiymətləndirilməsi” mövzusunda ictimai müzakirə keçirilib

Dehlidə çirkli hava ilə əlaqədar evdən iş rejimi tətbiq olunacaq

Nazir elan etdi: Bəzi məktəblər distant təhsilə keçə bilər

Ərdoğan Zəngəzur dəhlizi barədə açıqlama verdi

Dörd Prezidentlə işləmiş dövlət müşaviri - FOTO

“Azercell” xidmətlərini 50 faiz bahalaşdırdı - SİYAHI

Gültəkin Hacıbəylinin Türkiyədən deportasiyasına qərar verildi

Prezidentdən Mikayıl Cabbarovla bağlı SƏRƏNCAM

Vahid Axundov vəfat etdi

Suverenliyin zəfər yolu: El gücü, sel gücü!

Prezident və birinci xanım Heydər Əliyevin məzarını ZİYARƏT EDİBLƏR

Bakıda ən ucuz məhsullar bu bazarlarda satılır

Abşeronda Ümummilli Lider Heydər Əliyevin anım günü dərin ehtiramla anılıb

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər

Əli Əsədov: "Azərbaycan Türkmənistanın BMT tərəfindən tanınan daimi neytrallıq siyasətinə böyük hörmətlə yanaşır"

DTX rəisi Əli Nağıyev Heydər Əliyevin məzarını ziyarət edib

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

Mehriban Əliyeva paylaşım etdi: "Dahi Heydər Əliyev"

Turə Qasımova: Ulu öndər Heydər Əliyevin Qarabağ arzularını Prezident İlham Əliyev ÇİN ETDİ

Tahir Mirkişili: Ümummilli lilder Heydər Əliyevin sosial- iqtisadi siyasət strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir

Bütün xəbərlər