Azərbaycan İdman Akademiyasında ilk dəfə  Akademiyanın himni səsləndirilib


Sentyabrın 15-də Azərbaycan İdman Akademiyasında (ASA) 2025/2026-cı tədris ilinin başlanması və “Bilik günü” münasibətilə tədbir keçirilib.



Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.



Daha sonra ilk dəfə səsləndirilən Akademiyanın himni tədbir iştirakçıları tərəfindən böyük maraqla dinlənilib.



Tədbirdə himnin müəllifi, cüdo üzrə idman ustası Etibar Dilqəmoğlu çıxışında bildirmişdir: Bu gün mənim burda iştirak etməyim məndə həm sevincli, həm də qürür verici hisslər yaşadır. İllər öncə mən bu akademiyanın məzunu olmuşam. Bakolavr və magistratura pilləsini bitirmişəm. Həmin dövrü xatırlayanda müqayisə olunmayacaq dərəcədə fərq görürük. Belə ki, o dövrdə hazırki dövrdən fərqli olaraq idman sahəsi bu dərəcədə inkişaf etməmişdir. Bu gün Ümummili lider, Ulu öndər Heydər Əliyevin qoyduğu bunövrənin və siyasətinin davamı olaraq, Prezidentimiz cənab İlham Əliyevin səyi nəticəsində və rəhbərliyi ilə Respublikanın bütün bölgələrində Olimpiya İdman Kompleksləri, İdman qurğuları və stadionlar inşa edilərək fəaliyyətə verilmişdir. Bunun nəticəsi olaraq, azərbaycan idmançıları dünya arenasında, beynəlxalq aləmdə öz sözlərini demişlər və qələbələr qazanmaqdadılar. Biz bununla fəxr edirik, qürur hissi duyuruq.
Vurğulamaq istəyirəm ki, idman akademiyasının tələbələri və məzunları torpaqlarımızın azadlığı uğrunda böyük əzimkarlıq və hünər göstərərək şəhidlik zirvəsinə ucalmışlar. Mən onların ruhlarının qarşısında baş əyirəm. Allah şəhidlərimizə rəhmət eləsin.
Bir ananın, bir şəhidin və müəllimin haqqı danılmazdır. Onların haqqlarını heçnə ilə ödəmək olmaz. Mən burda əyləşən və mənə dərs deyən müəllimlərimə təşəkkürümü bildirirəm. Mənim formalaşmağımın 50 % ailənin və cəmiyyətin rolu olmuşdursa, 50 % bu akademiyada fəaliyyət göstərən professor və müəllimlərin üzərinə düşmüşdür. Hörmətli tələbələr, müəllimlərinizin qədrini bilin, müəllimlərə dəyər verin. Onların sizə öyrədəcəyi və çatdırmaq istədikləri bilik və bacarıqları, siz gələcək həyat fəaliyyətinizdə istifadə edəcəksiniz və nə vaxtsa siz də gələcək nəsillərə ötürəcəksiniz.
Mən şair deyiləm və şairlərdən üzr istəyirəm. İdmana və akademiyaya olan sevgi hisslərimi yazdığım 14 bəndlik şeirdə təcəssüm etdim. Və həmin şeiri himn formasında səsləndirilməsi qərarına gəldim. 14 bəndlik şeiri himn formasına salıb 3-4 bənddən ibarət edərək bütün məna və məğzini çatdırmaq çox çətin idi. Lakin bəstəkar Sərdar Fərəcovun dəstəyi ilə buna nail olduq. Və bu gün mənə böyuk fürsət verildi ki akademiyaya həsr etdiyim himnin təsdiq olunması üçün akademiyanın rəhbəri Fuad müəllimə və bu işdə akademiyada zəhməti olan hər bir kəsə dərin təşəkkürümü bildirim. 
Bu akademiya təhsil ocağından əlavə bədən, ruh və əzmin bir yerdə formalaşdığı bir məkan mənbəyidir. Akademiya savadlı mütəxəssislər, məşqçilər yetişdirib. Görkəmli idmançılar bu akademiyanın məzunları olmuşlar. Eyni zamanda bura bir ailədir və hər biriniz bu ailənin üzvüsüz, bu akademiyanın bir hissəsisiz. Burada hər kəs bir-birinə dəstək olur və qarşılıqlı hörmət göstərərək irəliləyir. 
Unutmayaq ki, bu akademiya yalnız fərdi uğurlarla deyil, kollektiv uğurlarla böyüyür. Hər bir tələbə yalnız öz nəticələrinə görə deyil, həm də kollektiv şəkildə inkişaf etdikdə, akademiya daha da güclənir. Biz bir yerdə çox güclüyük!
Diqqətinizə görə çox sağ olun. Hər birinizə uğurlar arzulayıram. Yeni tədris ilinin açılışı münasibətilə bütün tələbələrə və müəllimlərə böyük nailiyyətlər arzulayıram!



“Bilik günü”ndə çıxış edən ASA-nın Tədris işləri üzrə prorektoru Ülkər Babayeva, Keyfiyyət təminatı və ömürboyu təhsil üzrə prorektoru Rafail Novruzov müəllim və tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək onlara uğurlar arzulayıblar. Prorektorlar Akademiyada görülən işlər, həyata keçirilən islahatlar və qarşıdakı hədəflər barədə ətraflı məlumat veriblər.



ASA-nın Fiziki tərbiyə fakültəsinin dekanı Qəmbər Cəfərov çıxışında yeni tədris ilində fakültədə tələbələrin peşəkar inkişafı üçün yaradılan imkanları diqqətə çatdırıb.
İdman fakültəsinin dekan müavini Ələkbər Hüseynov tələbələrin akademik və idman fəaliyyətlərində uğurlar qazanması üçün yaradılan şəraitdən danışıb, gəncləri həm təhsildə, həm də idmanda yüksək nəticələr göstərməyə səsləyib.
Çıxış edən Sağlamlıq və menecment fakültəsinin dekan müavini Sevda Qarayeva isə tələbələrə tədris prosesində fəal olmağı, elmi-tədqiqat işlərində iştirak etməyi və biliklərini daim artırmağı tövsiyə edib.

AZƏRBAYCAN İDMAN
AKADEMİYASININ HİMNİ


Musiqisi: Sərdar Fərəcovundur
Sözləri: Etibar Dilqəmoğlunundur


Müstəqil ölkənin övladı olduq
Peşəkar idmançı adını aldıq
Hər yerdə qələbə zəfəri çaldıq (3)

Tələbə olsaq da hay salmışıq biz
Dünyaya bəllidir, məğrur səsimiz (2)

Ay ulduz üç rəngli bayrağımızda
Ər kimi durmuşuq torpağımızda
Sülh sözü yaşayır dodağımızda (3)

Tələbə olsaq da hay salmışıq biz
Dünyaya bəllidir, məğrur səsimiz

Bağlıyıq Vətənə: haqdır yolumuz
Düşmənə zərbədir milli ordumuz
Şöhrətlə ucalır Odlar Yurdumuz (3)

Tələbə olsaq da hay salmışıq biz
Dünyaya bəllidir, məğrurp səsimiz.









Son xəbərlər

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

U-17 (yeniyetmələr) dünya çempionatlarının nəticələrinin müqayisəsi (Bakı:2012-2026:)

Deputat: "Azərbaycanın dövlət rəsmiləri onların qarşısına çıxmaqdan çəkinmir, "söyüş müxalifəti" isə eyni ssenarini təkrarlayır"

Azərbaycan Jurnalistlər Birliyi AZTV ilə bağlı BƏYANAT YAYIB

Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib

Prezident Qırğız Respubilkasında qolf oynadı

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Livanı dəstəkləməyə hazırdır

Saray qəsəbəsində Qərbi Azərbaycan İcmasının Abşeron rayon nümayəndəliyinin təşkilatçılığı ilə tədbir keçirilib

Azərbaycan Esmira Cəfərovanı Macarıstana yeni səfir təyin edib

Ərdoğan: İsrailin Fələstindəki əməllərinin bədəlini bütün region ödəyir

Tolerantlıq anlayışı heç vaxt təhqir etmək, alçaltmaq və nifrət yaymaq azadlığı kimi başa düşülməməlidir

Maaş və pensiya kartlarında yeniliklər gözlənilir

Qurban Qurbanov: Rəqibə qarşı zərrə qədər səhlənkarlığa yol vermək olmaz

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub

ORDUBAD camaatı zarafatla “biz naxçıvanlı deyilik” deyirlər

Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan onun dilidir

Azərbaycan dili milli kimliyimizin və dövlətçiliyin əbədi dayağıdır

Elmdən istehsalata: yaşıl hidrogen texnologiyaları sahəsində tədqiqatlar

Netanyahu Trampla görüşünü indiyədək keçirilmiş ən yaxşı görüşlərdən biri adlandırıb

Əraqçi Ukraynanı İran gəmisinə hücuma görə kompensasiya ödəməyə çağırıb

Paşinyanın Aparat rəhbəri vəzifədən uzaqlaşdırıldı

Soltan Məmmədov: İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan–Almaniya münasibətlərində yeni mərhələnin əsasını qoydu

Medianın İnkişafı Agentliyi BƏYANAT YAYIB

İqtidara yoxsa dövlətə müxalifət? Azərbaycanın Qələbəsini qəbul edə bilməyənlərin faciəsi

Azərbaycan milli mətbuatı: "Əkinçi"dən rəqəmsal mediaya uzanan yol

Milli Mətbuat Günü: Azərbaycan İdman Akademiyasının media fəaliyyətinin inkişaf yolu”

Qələmdən rəqəmsal mediaya: Azərbaycan mətbuatının inkişaf yolu

2026 Dünya Çempionatının ən böyük yeniliyi – AĞILLI TOP

Tahir Mirkişili: Demoqrafik böhran artıq iqtisadi təhlükəsizlik məsələsinə çevrilib

Tahir Mirkişili deputat həmkarları ilə şəhidlərin xatirəsini ehtiramla yad edib

Bütün xəbərlər