
Gündəm / Siyasət / Cəmiyyət
14.05.2026, 23:31
Sumqayıt Dövlət Universitetində millət vəkili Tahir Mirkişili ilə tələbələrin görüşü keçirilib

Sumqayıt Dövlət Universitetinin Politologiya fakültəsinin tələbələri ilə millət vəkili arasında maraqlı görüş keçirilib.
Görüş zamanı Azərbaycanın xarici siyasəti, regionda formalaşan müasir reallıqlar və ölkənin gələcək inkişaf perspektivləri ətrafında geniş müzakirələr aparılıb. Millət vəkili tələbələrin suallarını cavablandıraraq dövlətçilik ənənələri, milli maraqların qorunması və müasir siyasətin əsas prioritetləri barədə fikirlərini bölüşüb.
Tahir Mirkişili bildirib ki, milli və dövlət maraqlarını hər şeydən üstün tutan siyasətçi olmaq günümüzün əsas tələblərindən biridir. O, gənclərin siyasi proseslərdə fəal iştirakının və ölkənin gələcəyinə töhfə verməsinin vacibliyini vurğulayıb.
Səmimi və interaktiv şəraitdə keçən görüş tələbələr tərəfindən böyük maraqla qarşılanıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay








