Tahir Mirkişili: Demoqrafik böhran artıq iqtisadi təhlükəsizlik məsələsinə çevrilib


Demoqrafik böhran: problem müasir sivilizasiyadır? Yüksək iqtisadi inkişafı və texnoloji tərəqqini qoruyaraq eyni zamanda ailə institutunu və davamlı demoqrafik artımı necə təmin etmək olar?

Son illər Çin, Yaponiya və Cənubi Koreyada doğum səviyyəsinin kəskin azalması haqqında çox danışılır. Bu ölkələrdə əhali qocalır, əmək qabiliyyətli insanların sayı azalır və demoqrafik böhran artıq iqtisadi təhlükəsizlik məsələsinə çevrilib.

Lakin xəritəyə daha geniş baxdıqda aydın olur ki, bu, təkcə Çinin problemi deyil. Əslində, demoqrafik keçid bu gün dünyanın əksər ölkələrinin üzləşdiyi ümumi tendensiyadır.

Doğum səviyyəsi xristian ölkələrində də azalır, müsəlman ölkələrində də, hindu və buddist cəmiyyətlərində də. ABŞ, Rusiya, Türkiyə, İran, Hindistan və Nepal kimi bir-birindən tamamilə fərqli tarixə, dinə və mədəniyyətə malik ölkələrdə eyni proses müşahidə olunur. Bu isə göstərir ki, problemin kökü din və ya ideologiyadan daha çox cəmiyyətin sosial-iqtisadi quruluşu ilə bağlıdır.

Demoqrafların uzun illərdir müşahidə etdiyi əsas qanunauyğunluqlardan biri urbanizasiyadır. Şəhərləşmə artdıqca doğum səviyyəsi azalır.

Bunun səbəbi yalnız yaşayış xərclərinin bahalaşması deyil. Şəhər həyatının özü fərqli iqtisadi və sosial model yaradır. Kənd təsərrüfatı cəmiyyətində uşaq ailənin təsərrüfatında iştirak edən əlavə əmək qüvvəsi kimi qəbul olunurdusa, müasir şəhərdə uşaq uzun illər böyük maliyyə, vaxt və diqqət tələb edən məsuliyyətə çevrilir.

Digər tərəfdən, urbanizasiya bəşəriyyətə misilsiz üstünlüklər qazandırıb. Şəhərlər elm, texnologiya, innovasiya və yüksək məhsuldarlığın mərkəzinə çevrilib. Bu gün dünya iqtisadiyyatının əsas hissəsi məhz iri şəhərlərdə formalaşır. İnsan kapitalı, yeni texnologiyalar və yüksək əlavə dəyər yaradan sahələr urbanizasiyanın məhsuludur.

Lakin bu inkişafın görünməyən bir itkisi də var. Şəhər həyatının yüksək tempi, mənzil problemləri, uzun iş saatları, karyera prioritetləri və fərdi həyat tərzi ailələrin daha az uşaq sahibi olmasına gətirib çıxarır.

Bunu Şərqi Asiya ölkələrinin timsalında aydın görmək mümkündür. Çin, Yaponiya, Cənubi Koreya və Tayvan son yarım əsrdə dünyanın ən uğurlu iqtisadi transformasiyalarından birini həyata keçirdilər. Ancaq eyni zamanda tarixdə görünməmiş sürətlə doğum səviyyəsi aşağı düşdü. Bu gün həmin ölkələr iqtisadi güclərini qorumaq üçün artıq insan resurslarının çatışmazlığı problemi ilə üz-üzədirlər.

Bu tendensiya yalnız Asiyaya aid deyil. Avropanın əksər ölkələrində də ümumi doğum əmsalı əhalinin özünü təkrar istehsal etməsi üçün tələb olunan 2,1 səviyyəsindən xeyli aşağıdır. ABŞ-da da uzunmüddətli azalma müşahidə olunur.

Azərbaycan da bu qlobal prosesdən kənarda deyil. Son illərdə ölkəmizdə də doğum səviyyəsi yavaş da olsa azalır, əhalinin yaş strukturu tədricən dəyişir və şəhərləşmə sürətlənir.

Bu gün Azərbaycan hələ də bir çox inkişaf etmiş ölkələrlə müqayisədə daha əlverişli demoqrafik vəziyyətə malikdir. Dövlətin mənzil təminatı, ipoteka, sosial dəstək sahəsində gördüyü işlər prossesin qarşısını xeyli dərəcdə alır. Amma bütün bunlarla yanaşı ölkəmiz də gələcəkdə qlobaı oxşar çağırışlarla üzləşəcəkdir.

Ən maraqlı sual isə budur: bu proses geri çevrilə bilərmi?

Təcrübə göstərir ki, bunun cavabı heç də asan deyil. Yaponiya, Cənubi Koreya, Çin, Sinqapur, İtaliya və Macarıstan ailələrə milyardlarla dollar həcmində maliyyə dəstəyi göstərməsinə, vergi güzəştləri tətbiq etməsinə və müxtəlif təşviq proqramları həyata keçirməsinə baxmayaraq, doğum səviyyəsini əhəmiyyətli dərəcədə artıra bilməyiblər.

Bu fakt onu göstərir ki, məsələ yalnız iqtisadi stimullarla həll olunmur. Burada həyat tərzi, sosial dəyərlər, mənzil siyasəti, iş rejimi, gender münasibətləri və ümumilikdə müasir şəhər modelinin yaratdığı davranış dəyişiklikləri birlikdə rol oynayır.

Bəlkə də XXI əsrin qarşısındakı ən böyük suallardan biri məhz budur: yüksək iqtisadi inkişafı və texnoloji tərəqqini qoruyaraq eyni zamanda ailə institutunu və davamlı demoqrafik artımı necə təmin etmək olar?

Bu sualın cavabı təkcə demoqrafları deyil, iqtisadçıları, siyasətçiləri və bütövlükdə dövlətləri düşündürür. Çünki gələcəyin ən qiymətli resursu artıq neft, qaz və ya texnologiya deyil. Ən strateji resurs insanın özüdür.

Son xəbərlər

Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir

Bakı Zirvə Görüşü Azərbaycanın beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa

Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası

Füzuli Şəhəri Günü Azərbaycan xalqının yenilməz iradəsinin və milli birliyimizin parlaq təzahürüdür

Vüqar Zifəroğlu Mətbuat Şurasına yeni sədr seçildi

Tahir Mirkişili: “Cənab İlham Əliyevi tarix hər zaman belə fəxrlə xatırlayacaq!”

Sakinlərə şad xəbər - Köç başlayır

16 yaşa qədər qadınların dünyaya gətirdiyi uşaqların sayı açıqlandı

Azərbaycan ilə Laos arasında əlaqələr dostluq və qarşılıqlı hörmətə əsaslanır

Fidan Hüseynova: Azərbaycanın çoxşaxəli xarici siyasəti

Bakıda “Kəlağayı yürüşü” keçirilir

Binəqədi Rayon İcra Hakimiyyətində bir sıra kadr dəyişiklikləri olub.

Azərbaycan və Kamboca əlaqələri uğurla inkişaf edir

Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır

Müasir təhsil, milli-mənəvi dəyərlər və vətəndaş məsuliyyəti

Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətindən AÇIQLAMA VAR

"Dini şəxsi məqsədlər üçün istismar etməklərinə imkan verməməliyik”

Vüsar İsmayılov: Azərbaycan iqtisadi tərəqqinin və təhlükəsizliyin ən etibarlı tərəfdaşlarından biridir

Geyimlərdəki fərqlilik şagirdin diqqətini təhsildən yayındırır - Nəsib Məhəməliyev

Azər Badamov:Milli dəyərlərin qorunması və dünyəvilik təhsil siyasətinin əsas prinsipləridir

Əhliman Tağıyev: Heç kim din pərdəsi altında dövlətin qanunlarına meydan oxumağı özünə haqq saya bilməz

Dünyəvi təhsil və milli kimlik - Azərbaycanın gələcəyini qoruyan dəyərlər

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir

Təhsildən başlayan ideoloji təhlükəsizlik: mənəvi dəyərlərlə qanunun aliliyinin vəhdəti

İdeoloji təhlükəsizlik: milli-mənəvi dəyərlərə və dünyəvi dövlətçilik prinsiplərinə sadiqlik

Bakıda 200-dən çox adam saxlanıldı

Komitə sədri: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Milli QHT Forumu: Milli dəyərlərin və dünyəvi təhsilin qorunması üçün ictimai həmrəylik vacibdir

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

YAP Astara rayon təşkilatında VIII Qurultaydan irəli gələn məsələlər müzakirə olunub+FOTO

Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

XX ƏSRİN ƏN NÜFUZLU İQTİSADÇISI KEYNS NİYƏ NOBEL SÜLH MÜKAFATI ALA BİLMƏYİB?

Bütün xəbərlər