Azərbaycanın sülh təşəbbüsləri beynəlxalq münasibətlərdə mühüm önəm kəsb edir


"Hazırda beynəlxalq müstəvidə çox mürəkkəb proseslər baş verir. Yeni dünya nizamının formalaşdırılması milli dövlətlər üçün bir çağırışdır. İndiki geosiyasi proseslər fonunda milli dövlətlərin qlobal sistemdə yeri və rolu, müstəqilliyinin və suverenliyinin qorunması məhz həyata keçirilən siyasətdən, liderin yaxın və uzaq hədəfləri düzgün müəyyənləşdirməsindən, ölkəsi üçün geniş manevr imkanları yaratmasındandan asılıdır. Bu kontekstdə Cənubi Qafqaz regionunun lideri dövləti olan Azərbaycanın mövqeyi xüsusi vurğulanmalıdır. Ölkəmizin Sülh Şurasının təsisçi üzvlərindən biri olması özlüyündə mühüm mesajdır”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Millixəbər.az xəbər verir ki, Deputat bildirib ki, bu gün Azərbaycan dünyada güclü və nüfuzlu ölkə kimi tanınır. Bunun təməlində dayanan əsas amil isə Prezident İlham Əliyevin mili maraqlara və “Biz birlikdə güclüyük” prinsipinə əsaslanmaqla həyata keçirdiyi siyasətdir. Buna görə də ölkəmizin milli gücü sarsılmazdır və cənab İlham Əliyev cəmiyyətin bütün sosial təbəqələri tərəfindən əvəzolunmaz Lider kimi qəbul olunur. Eyni zamanda, son vaxtlarda baş verən hadisələr, o cümlədən qlobal platformalarda Azərbaycan Prezidentinə göstərilən böyük hörmət və ehtiram ölkəmizin və onun Liderinin artan beynəlxalq nüfuzunun göstəricisidir. Nəzərə alaq ki, ABŞ Prezidenti Donald Tramp tərəfindən Azərbaycanın Sülh Şurasının təsisçi dövlətləri sırasına dəvət olunmasında məhz Prezident İlham Əliyevin şəxsi nüfuzu müstəsna rol oynayır. Yanvarın 22-də isə dövlətimizin başçısı Davosda Sülh Şurasının Nizamnamısini imzalayıb. Fevralın 19-da isə Prezident İlham Əliyev Donald Trampın dəvəti ilə Sülh Şurasının ilk iclasında iştirak edib.

Millət vəkilinin fikrincə, Sülh Şurası ənənəvi beynəlxalq təşkilatlardan fərqli olaraq, daha məhdud üzvlük və daha çevik prosedurlar əsasında fəaliyyət göstərə bilər. Bu isə qərarların daha sürətli qəbul olunmasına və tətbiqinə imkan verəcək. Eyni zamanda, belə bir mexanizm regional güclərin və təsirli dövlətlərin iştirakı ilə formalaşdırılarsa, qəbul edilən qərarların icrası üçün real siyasi iradə təmin edilə bilər. Müasir beynəlxalq münasibətlər sistemində ziddiyyətlər böyük güclər arasında yaranan gərginliyin dərinləşməsi ilə bağlıdır. Bu şəraitdə beynəlxalq təhlükəsizlik arxitekturasının yenidən dizaynı zərurəti meydana çıxır. Sülh Şurası kimi mexanizm isə qlobal təhlükəsizlik sistemində yeni presedent yarada bilər. Əgər belə bir platforma vasitəsilə, məsələn, Qəzzada dayanıqlı atəşkəs və siyasi razılaşma əldə olunarsa, bu model digər münaqişə zonalarına da tətbiq olunma ehtimalını ortaya qoyur. Əsas məsələ mexanizmin legitimliyinin, təmsilçilik prinsipinin və qərarların icra imkanlarının təmin edilməsidir.

Yeni təhlükəsizlik platforması həm dövlətlərarası münaqişələrin, həm də daxili silahlı qarşıdurmaların həllində vasitəçi rola malikdir. İkinci mərhələdə isə qurum humanitar böhranların aradan qaldırılması, qaçqın problemlərinin həlli və münaqişədən sonrakı bərpa prosesində koordinasiya funksiyaı da daşıya bilər. Beləliklə, beynəlxalq təhlükəsizlik arxitekturasının yenilənməsi təkcə institusional dəyişiklik deyil, həm də siyasi iradənin və məsuliyyət bölgüsünün yenidən müəyyənləşdirilməsidir. Sülh Şurası bu baxımdan innovativ və praqmatik yanaşma kimi qiymətləndirilə bilər.

Pərvin Kərimzadə qeyd edib ki, Azərbaycanın Sülh Şurasında təmsilçiliyi o deməkdir ki, dövlətimiz yalnız regionumuzda deyil, qlobal miqyasda sülh və təhlükəsizliyin təmin olunmasına töhfə vermək iqtidarındadır. Təbii ki, bu amilin ciddi əsasları var. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Cənubi Qafqazda yeni reallıqlar yaranıb. Prezident İlham Əliyevin liderlliyi ilə formalaşan bu reallıqlar sülh, əməkdaşlıq və təhlükəsizlik üçün perspektivlər açıb. Təbii ki, bu amil dünyanın super güc dövləti olan ABŞ-ın diqqətindən yayınmır.

Deputat qeyd edib ki, Donald Tramp ikinci dəfə hakimiyyətə gəldikdən sonra ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ başlayıb. Ötən ilin avqustunda Vaşinqton razılaşmaları yeni mərhələnin əsasını təşkil edir. Məhz Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişi paraflandı. O vaxtdan indiyədək qarşılıqlı etimadı formalaşdırmaq üçün müvafiq addımlar atılır. Azərbaycan Ermənistan üçün tranzid məhdudiyyətini aradan qaldırıb, eləcə də bu ölkəyə neft məhsulları ixrac edir. Həm də, vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri etimad mühitinin formalaşması üçün önəmlidir. Bu, o deməkdir ki, tərəflər artıq sülh şəraitində yaşayırlar. Eyni zamanda, Vaşinqtonda imzalanmış üçtərəfli bəyannamə də regional əməkdaşlıq üçün geniş imkanlar açır. Artıq region üçün strateji əhəmiyyət kəsb edən TRIPP layihəsi də reallaşmaq üzrədir. Çünki bu istiqamətdə praktiki addımlar atılır. TRIPP layihəsi nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir.

Bu yaxınlarda ABŞ-ın vitse-prezidenti cənab Vensin Azərbaycana səfəri də ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəsinin göstəricisi oldu. Bu səfər zamanı Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalandı. Sənədə əsasən tərəflər üç istiqamətdə əməkdaşlığa xüsusi diqqət yetirəcək. Birincisi, enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılardır. İkincisi, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayələr, üçüncüsü isə müdafiə məhsullarının satışı və terrorizmə qarşı mübarizə daxil olmaqla təhlükəsizlik sahəsində əməkdaşlıqdan ibarətdir. Bu sənəd, əslində Azərbaycanla ABŞ arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir. Xartiyada hər iki dövlət ikitərəfli münasibətlərinin əsası kimi bir-birinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəklədiklərini bir daha təsdiqləyiblər. Sənəddə əsasm məqamlardan biri də təhlükəsizlik sahəsində əməkdaşlıqla bağlıdır. Fevralın 19-da Vaşinqtonda Sülh Şurasının ilk iclası zamanı ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyev haqqında yüksək fikirlər söyləməsi də dövlətimizin başçısının dünyada yüksək nüfuza sahib olduğunu, ölkəmizi güclü dövlətə çevirdiyini təsdiqləyir.

Bununla belə, Pərvin Kərimzadə hesab edir ki, Azərbaycanın möhtəşəm uğurları fonunda ölkəmizin nüfuzuna zərər vurmaq istəyən dairələr hələ də var. Həmin dairələr anti-Azərbaycan mərkəzlərinin, erməni lobbisinin əlində alətdir. Vaşinqtonda onların təxribat cəhdləri də bunu göstərir. “Demokratiya və insan haqlarından danışan həmin kiçik qrup əslində davranış tərzləri ilə əxlaqi dəyərlərdən nə qədər uzaq olduqlarını nümayiş etdirdilər. Bu fakt onların cılızlığının bariz göstəricisidir. Həmin qrup kimlərinsə sifarişlərini yerinə yetirməyə çalışdı, amma anlamırlar ki, bütün bunlar Azərbaycan cəmiyyətində ikrahla qarşılanır. Belə cılız əməllərlə ölkəmizin və onun liderinin nüfuzuna zərər vurmaq mümkün deyil” - deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Son xəbərlər

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

U-17 (yeniyetmələr) dünya çempionatlarının nəticələrinin müqayisəsi (Bakı:2012-2026:)

Deputat: "Azərbaycanın dövlət rəsmiləri onların qarşısına çıxmaqdan çəkinmir, "söyüş müxalifəti" isə eyni ssenarini təkrarlayır"

Bütün xəbərlər