Tahir Mirkişili: YAP yeni dövrün çağırışlarına uyğun olaraq öz siyasi missiyasını inamla davam etdirir


Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda geniş nitq söyləyərək partiyanın 30 ildən artıq müddətdə keçdiyi siyasi yolu, Azərbaycanın əldə etdiyi tarixi nailiyyətləri, ölkənin qarşısında dayanan yeni vəzifələri və qarşıdakı dövrün əsas prioritetlərini diqqətə çatdırıb.

Qurultay Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, Yeni Azərbaycan Partiyasının yeni mərhələdə fəaliyyət istiqamətlərinin və qarşıya qoyulan vəzifələrin müəyyənləşdirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.
Qurultay çərçivəsində YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşdirilib. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili yenidən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü seçilib. YAP-ın rəsmi məlumatında Tahir Mirkişilinin İdarə Heyətinin tərkibində yer aldığı qeyd olunur.
Tahir Mirkişili ona göstərilən etimadla bağlı bildirib ki, Yeni Azərbaycan Partiyasının İdarə Heyətində fəaliyyətinin davam etdirilməsini böyük məsuliyyət kimi qəbul edir.
“Yenidən YAP İdarə Heyətinin üzvü seçildim. Göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm”, – deyə Tahir Mirkişili qeyd edib.
Deputat vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının siyasi fəaliyyəti Azərbaycan dövlətçiliyinin inkişafı və ölkənin qarşısında duran strateji hədəflərin həyata keçirilməsi ilə sıx bağlıdır. Onun sözlərinə görə, partiyanın keçdiyi tarixi yol və formalaşdırdığı siyasi ənənələr yeni dövrün çağırışlarına uyğun fəaliyyət üçün mühüm əsas təşkil edir.
“Yeni Azərbaycan Partiyası daim Heydər Əliyev yolu ilə gedərək, qarşısına qoyduğu hədəflərə çataraq ölkəmizin inkişafına xidmət etməkdədir”, – deyə Tahir Mirkişili bildirib.
Qeyd edək ki, YAP VIII Qurultayına hazırlıq çərçivəsində sentyabrın 7-dən 19-dək partiyanın 84 yerli təşkilatında hesabat konfransları keçirilib. Bu tədbirlərdə 16 mindən çox partiya üzvü iştirak edib və qurultayda iştirak etmək üçün 960 nümayəndə seçilib. Qurultay nümayəndələri tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək onun xatirəsini yad ediblər.
VIII Qurultay Yeni Azərbaycan Partiyasının qarşıdakı fəaliyyət dövrünün əsas istiqamətlərinin müəyyənləşdirilməsi, siyasi təşkilatlanmanın daha da təkmilləşdirilməsi və yeni ictimai-siyasi reallıqlara uyğun vəzifələrin qarşıya qoyulması baxımından mühüm mərhələ kimi yadda qalır.

Millixeber.az


Son xəbərlər

Müasir təhsil, milli-mənəvi dəyərlər və vətəndaş məsuliyyəti

Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətindən AÇIQLAMA VAR

"Dini şəxsi məqsədlər üçün istismar etməklərinə imkan verməməliyik”

Vüsar İsmayılov: Azərbaycan iqtisadi tərəqqinin və təhlükəsizliyin ən etibarlı tərəfdaşlarından biridir

Geyimlərdəki fərqlilik şagirdin diqqətini təhsildən yayındırır - Nəsib Məhəməliyev

Azər Badamov:Milli dəyərlərin qorunması və dünyəvilik təhsil siyasətinin əsas prinsipləridir

Əhliman Tağıyev: Heç kim din pərdəsi altında dövlətin qanunlarına meydan oxumağı özünə haqq saya bilməz

Dünyəvi təhsil və milli kimlik - Azərbaycanın gələcəyini qoruyan dəyərlər

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir

Təhsildən başlayan ideoloji təhlükəsizlik: mənəvi dəyərlərlə qanunun aliliyinin vəhdəti

İdeoloji təhlükəsizlik: milli-mənəvi dəyərlərə və dünyəvi dövlətçilik prinsiplərinə sadiqlik

Bakıda 200-dən çox adam saxlanıldı

Komitə sədri: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Milli QHT Forumu: Milli dəyərlərin və dünyəvi təhsilin qorunması üçün ictimai həmrəylik vacibdir

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

YAP Astara rayon təşkilatında VIII Qurultaydan irəli gələn məsələlər müzakirə olunub+FOTO

Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

XX ƏSRİN ƏN NÜFUZLU İQTİSADÇISI KEYNS NİYƏ NOBEL SÜLH MÜKAFATI ALA BİLMƏYİB?

"DƏYƏR VERDİYİN İŞLƏRƏ DƏSTƏK OLMAQ": Nobel mükafatı laureatları pullarını nəyə xərcləyirlər?

Cəbrayılda minaya düşən şəxsin atası da minaya düşüb

Rəqəmsal məkanda kibertəhdidlərə qarşı vətəndaş məsuliyyəti gücləndirilməlidir - MÜSAHİBƏ

Müstəqil xarici siyasətin digər mühüm dayağı güclü iqtisadiyyat və iqtisadi müstəqillikdir

Orta Dəhlizdə Azərbaycanın artan rolu...

Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı müşavirə keçirilib

İlk dəfə bacısı və qardaşı ilə foto paylaşdı

Fidan Mansurova BU VƏZİFƏYƏ təyin olundu - FOTO

Dini komitənin sədrindən MESAJ: "Gənclər xurafatla sağlam dini yanaşmanı fərqləndirməlidir"

MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə

Tahir Mirkişili: Azərbaycanın Məşvərət görüşünə tamhüquqlu qoşulması regional əməkdaşlıq üçün yeni imkanlar yaradır

YAP Sumqayıt şəhər təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

Prezidentdən SƏRƏNCAM - Yüksək vəzifəyə təyin olunanSəbuhi Əliyev kimdir?

Bütün xəbərlər