Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”


Prezident İlham Əliyevin Naxçıvana səfəri muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə yanaşı, Azərbaycanın yeni regional və geoiqtisadi strategiyasının mahiyyətini nümayiş etdirən mühüm siyasi hadisədir. Səfər zamanı verilən mesajlar göstərir ki, Naxçıvan artıq yalnız Azərbaycanın ayrılmaz bir hissəsi və xüsusi coğrafi mövqeyə malik bölgə kimi deyil, Cənubi Qafqazın yeni nəqliyyat, enerji və iqtisadi arxitekturasının əsas dayaqlarından biri kimi nəzərdən keçirilir.

Naxçıvanın strateji əhəmiyyətini müəyyən edən başlıca amillərdən biri təbii olaraq onun coğrafi mövqeyidir. Azərbaycanı Türkiyə və daha geniş mənada Avropa ilə birləşdirən, eyni zamanda Mərkəzi Asiya–Cənubi Qafqaz–Türkiyə xəttində yerləşən Naxçıvan Şərq-Qərb nəqliyyat sistemində mühüm həlqəyə çevrilmək potensialına malikdir. Zəngəzur dəhlizinin və TRIPP marşrutunun reallaşması bu potensialı tamamilə yeni səviyyəyə qaldıracaq. Dəmir yolu və avtomobil yolları ilə yanaşı, elektrik ötürücü xətlərin, fiber-optik infrastrukturların və gələcəkdə digər enerji kommunikasiya xətlərinin yaradılması Naxçıvanı sadəcə tranzit ərazidən çoxfunksiyalı regional bağlantı mərkəzinə çevirə bilər.

Bu baxımdan dövlət başçısının Naxçıvanda dəmir yolu infrastrukturunun yenidən qurulması, yükdaşıma imkanlarının dəfələrlə artırılması və beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiyası ilə bağlı açıqlamaları xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, yeni infrastruktur Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqəni təmin etməklə yanaşı, Mərkəzi Asiyadan Türkiyə və Avropa istiqamətinə uzanan Orta Dəhlizin əlavə və daha dayanıqlı marşrutunu formalaşdıracaqdır.

Naxçıvanın yeni rolunun digər mühüm istiqaməti energetikadır. Günəş enerjisi potensialı, yeni generasiya gücləri və enerji saxlanc sistemlərinin yaradılması muxtar respublikanın enerji balansını əsaslı şəkildə dəyişəcəkdir. Perspektivdə Naxçıvanın enerji istehlakçısından yaşıl enerji istehsal və ixrac edən regiona çevrilməsi həm Azərbaycanın enerji strategiyasına, həm də Türkiyə və Avropanın enerji təhlükəsizliyi gündəliyinə əlavə töhfə verə bilər.

Cənab Prezidentin irəli sürdüyü Naxçıvan–Şərqi Zəngəzur–Qarabağ vahid inkişaf məkanı yanaşması xüsusi strateji məna daşıyır. Bu konsepsiya ayrı-ayrı regionların inkişafından daha geniş bir modeldir. Söhbət nəqliyyat, enerji, sənaye, kənd təsərrüfatı, turizm və şəhərsalmanın vahid iqtisadi məkan daxilində əlaqələndirilməsindən gedir. Belə yanaşma Azərbaycanın qərb bölgələrindən Naxçıvana qədər uzanan yeni iqtisadi inkişaf oxunun formalaşmasına şərait yaradaraq Azərbaycanın qərb hissəsində güclü iqtisadi inkişaf mərkəzin yaranmasına gətirib çıxaracaqdır.

Regional baxımdan Naxçıvanın kommunikasiya qovşağına çevrilməsi Cənubi Qafqazda uzunmüddətli sülhün iqtisadi əsaslarını da gücləndirə bilər. Azərbaycan-Ermənistan arasında nəqliyyat yollarının açılması və qarşılıqlı iqtisadi əməkdaşlığın artması region ölkələrinin əməkdaşlıqdan əldə etdikləri dividendləri yüksəldir. Bu isə münaqişə məntiqinin tədricən əməkdaşlıq və iqtisadi qarşılıqlı maraqlar məntiqi ilə əvəz olunması üçün mühüm zəmin yaradır.

Qlobal miqyasda isə Naxçıvanın əhəmiyyəti Avrasiya boyunca alternativ və şaxələndirilmiş nəqliyyat marşrutlarına artan tələbat fonunda daha da yüksəlir. Dünyada təchizat zəncirlərinin yenidən qurulduğu, təhlükəsiz və etibarlı logistika marşrutlarının strateji əhəmiyyət qazandığı bir dövrdə Azərbaycan və onun Naxçıvan regionu Çin və Mərkəzi Asiyanı Türkiyə və Avropa ilə birləşdirən sistemin vacib elementinə çevrilir.

Beləliklə, Prezident İlham Əliyevin Naxçıvan səfəri təkcə regionda həyata keçirilən layihələrin təqdimatı deyil. Bu səfər Naxçıvanın Azərbaycanın iqtisadi və siyasi xəritəsində yeni mərhələyə keçdiyini, onun regional nəqliyyat, enerji və iqtisadi inteqrasiyanın əsas mərkəzlərindən birinə çevrilməkdə olduğunu nümayiş etdirir. Naxçıvanın inkişafı artıq lokal məsələ deyil, bu proses Azərbaycanın geoiqtisadi çəkisinin artması, Cənubi Qafqazda yeni əməkdaşlıq modelinin qurulması və Avrasiya bağlantılarının genişlənməsi baxımından strateji əhəmiyyət daşıyır.



Tahir Mirkişili

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvü

Son xəbərlər

Fazil Məmmədov nazir müavini təyin olundu

“Müəllimlərin maaşı mənim dövrümə nisbətən artıb” - Misir Mərdanov

Gənclər milli sənət nümunəsini yaşadan və inkişaf etdirən iştirakçı olmalıdır - AÇIQLAMA

VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir

YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb

Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı

Mahirə Əsədova: Prezidentin müəyyən etdiyi sosial-iqtisadi hədəflər sahibkarlıq üçün yeni imkanlar yaradır

Ulu Öndərin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi

ÜRƏKLƏRİ BİR, HƏDƏFLƏRİ ZİRVƏ OLAN İKİ QARDAŞ ÖLKƏ

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

ANS-in keçmiş işçisinə yüksək vəzifə verildi -YENİLƏNDİ

Hüseynova Sevinc: VIII Qurultay: qarşıdakı dövr üçün yeni yol xəritəsi

Prezidentdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

YAP VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır

VIII Qurultay: Zəfərdən sonra Azərbaycanın teni strateji hədəfləri

VIII Qurultay: qarşıdakı dövr üçün yeni yol xəritəsi

İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi

Tahir Mirkişili: Azərbaycanın iqtisadi siyasətində əsas hədəf maliyyə dayanıqlığını real iqtisadi artıma çevirməkdir

Deputat Azər Badamov Qusarda növbəti vətəndaş qəbulu keçirib

Azər Badamov: 3 Oktiyabrda xalqımız Heydər Əliyevə göstərdiyi etimadla ölkəmizin gələcək inkişaf yolunu müəyyənləşdirdi

Könül Nurullayeva: "Süni intellekt və pilotsuz sistemlər Azərbaycanın müdafiə imkanlarının inkişafında mühüm rol oynayır"

Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - FOTO

Rusiya Hindistana nota verdi

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Professor Mahirə Hüseynovanın "Geniş təfəkkürün ensiklopedik elmi baxışları"-YAZI

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Pərvin Kərimzadə: Azərbaycanın gələcəyi dövlətçilik siyasəti və milli birliklə təmin olunur

Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay