Əmlak alqı-satqısında əməliyyatların şəffaf olması və nağdsız ödənişlərin artırılması üçün dövlət bəzi vergi güzəştləri tətbiq edir. Bu güzəştlərdən biri də Əlavə Dəyər Vergisinin (ƏDV) bir hissəsinin alıcılara geri qaytarılmasıdır. Bu qayda ev alan və ödənişini bank vasitəsilə həyata keçirən şəxslərə müəyyən məbləğdə ƏDV-nin geri qaytarılmasını nəzərdə tutur. Bəs ev alan şəxsə nə qədər ƏDV qaytarılır? ƏDV-nin ödənilməsi qaydası necə həyata keçirilir?

Resmi.media xəbər verir ki, Bakı Karyera Mərkəzinin rəhbəri, vergi eksperti Təhməz Qaçayev Valyuta.az-a bildirdi ki, bina tikintisi ilə məşğul olan vergi ödəyicilərindən alınan yaşayış və qeyri-yaşayış sahələrinə görə ƏDV-nin qaytarılması vergi məcəlləsinin 165.6-cı maddəsi ilə müəyyən olunur. Bu qaydalar isə eyni zamanda Prezidentin 25 may 2022-ci il fərmanı ilə tənzimlənir: "Vergi məcəlləsinin 165.6-cı maddəsinə əsasən bina tikintisi ilə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərindən alınan yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV məbləğinin 30%-i alıcıya geri qaytarılır. Prezidentin 2022-ci il 25 may fərmanına əsasən ƏDV məbləği o halda alıcıya qaytarılır ki, yaşayış və ya qeyri-yaşayış sahəsinin dəyəri satıcının bank hesabına yalnız nağdsız qaydada ödənilmiş olsun. Ödəniş nağd şəkildə həyata keçirilərsə, bu halda ƏDV məbləği qayıtmır".

Bu məsələlər üçün portal mövcuddur

Ekspert bildirdi ki, nağdsız qaydada ödənişi həyata keçirməkdən, o cümlədən ƏDV-nin geri alınmağından ötrü portalda (//taxes.gov.az) alıcı qeydiyyatdan keçməlidir: "Satıcı da alıcıya yaşayış və ya qeyri yaşayış sahəsinin satışı ilə bağlı elektron qaimə tərtib edib göndərməlidir. Nəticədə həmin elektron qayda fakturası əsasında alıcı ödədiyi ƏDV-nin 30%-ini geri almaq hüququna malikdir. Bu əslində həm istehlakçılar, həm də vergi ödəyiciləri üzərində vergi nəzarətinin həyata keçirilməsi üçün müsbət haldır. Əsas məsələ ölkədə nağdsız ödənişləri də stimullaşdırmaqdır".

ƏDV-nin hesablanmasından nümunə gətirək

T.Qaçayev 100 min manatlıq mənzil alışı zamanı bizə qaytarılan ƏDV məbləği üzərindən izah etdi: "Deyək ki, siz 100 000 manatlıq bir mənzil aldınız. Qanunvericiliyə əsasən 100 000 manat dəyərin tərkibində 15 254 manat ƏDV məbləği təşkil edir. Yəni, əsas məbləğ 100 000 manat deyil, ƏDV daxil məbləğ 100 000 manatdır. Əsas məbləğ isə 100 000 manatdan 15 254 manatı çıxırıq və yerdə qalan məbləğ mənzilin əsas dəyəri hesab olunur. Bizə isə həmin 15 254 manatın 30 faizi ƏDV olaraq qaytarılır. Amma həmin 100 000 manatı satıcının bank hesabına nağdsız qaydada köçürməliyik ki, ƏDV-nin 30%-i bizə geri qayıtsın. Yəni, 15 254 manat ƏDV-yə daxildirsə və 30%-i alıcıya qayıdacaqsa, bu məbləğ 4 576.2 manat təşkil edir.

Əgər alıcılar MTK-dan mənzil alırlarsa, çalışmalıdırlar ki...

Vergi ekspertinin sözlərinə görə, ola bilər ki, alıcı aldığı mənzilin ödənişini bir dəfəyə ödəməsin, hissə-hissə ödəniş etməli olsun: "Məsələn, ƏDV-li dəyərlə 100 000 manatlıq mənzil alır. Bunun 40 000 manatı bir, 30 000 manatı bir, qalan 30 000 manatını da bir ödəyir. Burada alıcının ödədiyi ƏDV məbləğinin 30%-i o halda qayıdır ki, bütün ödənişlər tam həyata keçirilmiş olsun. Yəni, yekun ödəmə tamamlanmış olsun ki, ƏDV məbləği ona geri qaytarılsın. Bu dediklərimizdən yekun bir nəticəyə gələ bilərik ki, əgər alıcılar hər hansı bir MTK-dan mənzil və yaxud qeyri-yaşayış sahəsi alarsa, onlar çalışmalıdırlar ki, nağdsız qaydada əldə etsinlər, beləcə ƏDV məbləğini geri ala bilsinlər. Bu da istehlakçı üçün çox sərfəli və yaxşı bir hal sayılır. Nağdsız qaydada əldə etmək tövsiyyə olunur və satıcıdan tələb etmək kimi bir hüququmuz da var".

Son xəbərlər

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

Bütün xəbərlər