Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri bu qədim diyarın hərtərəfli inkişafı, strateji əhəmiyyətinin daha da gücləndirilməsi və Azərbaycanın regional nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü və ardıcıl dövlət siyasətinin növbəti mühüm təzahürüdür. Bu fikirləri Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
Deputat bildirib ki, Naxçıvanın sosial-iqtisadi inkişafı Azərbaycanın regional geosiyasi və geoiqtisadi mövqelərinin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır:


“Bu gün Naxçıvanın qarşısında tamamilə yeni inkişaf mərhələsi açılır. Müasir infrastrukturun formalaşdırılması, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi, şəhərsalma və sosial layihələrin həyata keçirilməsi Naxçıvanın regionda daha mühüm iqtisadi və nəqliyyat mərkəzlərindən birinə çevrilməsi üçün möhkəm zəmin yaradır. Naxçıvan şəhərinin uzunmüddətli inkişafını nəzərdə tutan Baş Planın hazırlanması da dövlət siyasətinin yalnız cari məsələlərə deyil, onillikləri əhatə edən strateji hədəflərə əsaslandığını göstərir.”
S. Məmmədov bildirib ki cənab Prezident İlham Əliyevin səfər zamanı müəyyən etdiyi strateji prioritetlər Naxçıvanın Azərbaycanın ümumi inkişaf strategiyasında xüsusi və mühüm yer tutduğunu bir daha nümayiş etdirdi: “Xüsusilə nəqliyyat-kommunikasiya layihələrinin inkişafı Naxçıvanın ölkəmizin əsas iqtisadi məkanına daha sıx inteqrasiyasına, regionlararası əlaqələrin genişlənməsinə və Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərində rolunun daha da güclənməsinə mühüm töhfə verəcək. Bu baxımdan Zəngəzur dəhlizinin açılması Azərbaycanın regional nəqliyyat xəritəsində mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək strateji layihələrdən biridir. Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə dayanıqlı və fasiləsiz nəqliyyat əlaqəsinin təmin olunması təkcə ölkəmiz üçün deyil, bütövlükdə region dövlətləri və beynəlxalq nəqliyyat marşrutları baxımından mühüm iqtisadi imkanlar yaradacaq. Bu layihə regionda sülhün, sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən yeni bağlantıların formalaşmasına da şərait yaradacaq.”
Millət vəkili vurğulayıb ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət Naxçıvanın sosial-iqtisadi inkişafı, təhlükəsizliyi və strateji imkanlarının genişləndirilməsi üçün möhkəm əsaslar yaradıb:
“Əminliklə demək olar ki, cənab Prezident İlham Əliyevin bu səfəri Naxçıvanın yeni inkişaf mərhələsinə keçidini daha da sürətləndirəcək, muxtar respublikanın iqtisadi potensialının tam reallaşdırılmasına və əhalinin rifahının daha da yüksəldilməsinə mühüm töhfə verəcək. Naxçıvanın inkişafı eyni zamanda Azərbaycanın bütövlükdə regional liderlik mövqeyinin, nəqliyyat-logistika imkanlarının və geoiqtisadi əhəmiyyətinin daha da möhkəmlənməsinə xidmət edəcək”.

Son xəbərlər

Fazil Məmmədov nazir müavini təyin olundu

“Müəllimlərin maaşı mənim dövrümə nisbətən artıb” - Misir Mərdanov

Gənclər milli sənət nümunəsini yaşadan və inkişaf etdirən iştirakçı olmalıdır - AÇIQLAMA

VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir

YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb

Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı

Mahirə Əsədova: Prezidentin müəyyən etdiyi sosial-iqtisadi hədəflər sahibkarlıq üçün yeni imkanlar yaradır

Ulu Öndərin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi

ÜRƏKLƏRİ BİR, HƏDƏFLƏRİ ZİRVƏ OLAN İKİ QARDAŞ ÖLKƏ

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

ANS-in keçmiş işçisinə yüksək vəzifə verildi -YENİLƏNDİ

Hüseynova Sevinc: VIII Qurultay: qarşıdakı dövr üçün yeni yol xəritəsi

Prezidentdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

YAP VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır

VIII Qurultay: Zəfərdən sonra Azərbaycanın teni strateji hədəfləri

VIII Qurultay: qarşıdakı dövr üçün yeni yol xəritəsi

İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi

Tahir Mirkişili: Azərbaycanın iqtisadi siyasətində əsas hədəf maliyyə dayanıqlığını real iqtisadi artıma çevirməkdir

Deputat Azər Badamov Qusarda növbəti vətəndaş qəbulu keçirib

Azər Badamov: 3 Oktiyabrda xalqımız Heydər Əliyevə göstərdiyi etimadla ölkəmizin gələcək inkişaf yolunu müəyyənləşdirdi

Könül Nurullayeva: "Süni intellekt və pilotsuz sistemlər Azərbaycanın müdafiə imkanlarının inkişafında mühüm rol oynayır"

Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - FOTO

Rusiya Hindistana nota verdi

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Professor Mahirə Hüseynovanın "Geniş təfəkkürün ensiklopedik elmi baxışları"-YAZI

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Pərvin Kərimzadə: Azərbaycanın gələcəyi dövlətçilik siyasəti və milli birliklə təmin olunur

Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay