MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ


Bu kitab əfsanəvi maliyyəçi və Nyu-York Fond Birjasında yer əldə edən ilk qadın, əfsanəvi Muriel Siebert ("Mickie") fəaliyyətindən bəhs edir. İqtisadçı olmaq istəyən xanımlara oxumaq üçün TÖVSİYYƏ edilir.

Qərbdə uzun müddət (1960-70 ci illərə qədər) qadınların cəmiyyətdə, siyasətdə, dövlətdə üstün rola malik olmasına sərt qarşı olublar, onların hətta mülkiyyət hüququ belə olmayıb. 1960-cı illərdə böyüyən qadın hərəkatı iqtisadiyyatda kişilərin mütləq hakimiyyətini laxlatdı.

O zaman da mühüm maliyyə institutu olan və tarixən kişilərin klubu kimi tanınan Nyu York Fond Birjası iqtisadi hərəkatın mərkəzində dururdu. Qadınlar birjanın katibliyində kargüzar, çapçı və ya kuryer kimi işləyə bilərdilər. Amma onlara hətta ticarət zalına daxil olmağa belə icazə yox idi. Onlardan "katibə kimi geyinmək" tələb olunur və müştərilərlə görüşlərdə iştirak etməsinə icazə verilmirdi.

1943-cü il 28 aprel tarixində Birjanın zalına tarixdə ilk dəfə olaraq Helen Hanzelin adlı 18 yaşlı bir qız daxil oldu. Telefonlara cavab verən köməkçi vəzifəsinə işə düzəlmişdi. O, 151 il yaşı olan birjanın ticarət zalına daxil olan ilk qadın idi. Kişilərin reaksiyası çox sərt idi: fitə basmaq, qışqırmaq və istehza etmək.

Daha sonra bu məhduyyəti Alice Jarcho xeyli laxlatdı. O, Nyu-York Fond Birjasında ilk qadın broker oldu. O həm də, Harvard Biznes Məktəbində ilk qadın, Uoll-Stritin iri şirkətlərindən birində tərəfdaş statusu qazanan ilk qadın və Birjanın ticarət zalında daimi əsaslarla ticarət aparmaq hüququ qazanan ilk qadın idi. Bir neçə il sonra birjanı tərk edən Yarko 200 nəfərlik bir bölməyə rəhbərlik etməyə çalışdı. Amma bu zaman kişi əməkdaşlar Yarkoya tabe olmağa məcbur ediləcəkləri təqdirdə işdən çıxacaqları ilə hədələdilər. Yəni, kişilər bir qadına tabe olmaq istəmirdirlər.

Amma bununla belə onun portretləri — Uoll-Ttritin yüksək vəzifəli rəhbərlərin portretləri ilə yanaşı duraraq kişilərin mütləq hökmranlıq etdiyi mühitinə meydan oxuyurdu.

Bu mübarizədə son nöqtəni isə əfasanəvi Muriel Sibert qoydu. Ona həm də Uoll-Stritin “Birinci Xanımı” deyirdilər. Çox inadkar olan Muriel bütün sterotipləri qırmağı bacardı.

O, həm də Birjanın ticarət zalında qadınlar üçün tualetin quraşdırılmasını uğurla tələb etməsi ilə məşhurdur. Muriel buna nail olmaq üçün birbaşa zalın ortasında səyyar tualet quraşdırmaqla hədələmişdi. Bu traji-komik hadisə qadınların əsas hüquqları uğrunda mübarizənin rəmzinə çevrildi və bərabərliyin məhz bərabər şəraitdən başladığını nümayiş etdirdi.

Hazırda ABŞ-da özəl investisiya şirkətlərində qadınlar idarəedici direktorların cəmi 12%-ni, rəhbər vəzifəlilərin və tərəfdaşların isə cəmi 16%-ni təşkil edir. Birbaşa investisiyalarla bağlı qərarlar qəbul edən qurumlar olan investisiya komitələrindəki yerlərin onda birindən az hissəsi qadınlara məxsusdur.

Başqa sözlə, təəssüf ki, müasir dövrdə də, dünyanın uzunmüddətli gələcəyini müəyyən edən strategiyalar hazırlanarkən qadınların baxış bucağı adətən çox az nəzərə alınır.

Tahir Mirkişili

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvü

Son xəbərlər

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

U-17 (yeniyetmələr) dünya çempionatlarının nəticələrinin müqayisəsi (Bakı:2012-2026:)

Deputat: "Azərbaycanın dövlət rəsmiləri onların qarşısına çıxmaqdan çəkinmir, "söyüş müxalifəti" isə eyni ssenarini təkrarlayır"

Bütün xəbərlər