
Gündəm / Siyasət / Hadisə / Bölgə
29.08.2026, 18:58
Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

O vaxtları yox idi bu maraqlar
Hamı başın qatırdımı? Qatırdı.
Ay da həmin ay idi, il də həmin il idi
Gün də çıxıb batırdımı? Batırdı.
Deməzdilər əlindəki nə kirdi
Adamlar hey becərirdi əkirdi
Tərəzilər gözə yarı çəkirdi
Hamı alıb satırdımı? Satırdı.
Hanı hər gün əl-əlləşi tutanlar
Üçü dördü bir balışda yatanlar.
İndi bir-birinə güllə atanlar
Onda alma atırdımı? Atırdı.
Daha getdi o çağlar bir yuxu idi
Adamların gözü könlü tox idi
Bu fürsətlər, bu imkanlar yox idi
Hər yana əl çatırdımı? Çatırdı.
Əvəz etmir o tamları bu tamlar
Gözəl idi o daxmalar o damlar
Çal-çəpəri heç olmayan adamlar
Gecə rahat yatırdımı? Yatırdı.
RAZİ İLHAM
P.S. Şeir maraqlı olduğu üçün paylaşıram. Filosoflar deyirlər ki, İnsanın yaşadığı və yaddaşında qalan tək zaman - keçmiş zamandır. Bu günə şükür, gələcəyə min şükür.
P.S.S. Şəkil işğaldan azad olmuş ərazidə ermənilər tərəfindən yandırılmış bir evin şəkilidir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













