Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”


Süni intellekt texnologiya sahəsi ilə yanaşı dövlət idarəçiliyinin də əsas istiqamətlərindən birinə çevrilir. Bir sıra ölkələr bu sahəyə cavabdeh ayrıca dövlət strukturları formalaşdırır, nazirliklərin fəaliyyət istiqamətlərini isə süni intellekti əhatə edəcək şəkildə genişləndirirlər. Qazaxıstanda Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi yaradılıb. BƏƏ isə dünyada süni intellekt üzrə ayrıca hökumət portfeli formalaşdıran ilk ölkələrdən biri olub. Ermənistan hökuməti də Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin adının Yüksək Texnologiyalar Sənayesi və Süni İntellekt Nazirliyi ilə əvəzlənməsini təklif edib.



Bənzər nazilriyin Azərbaycanda yaradılması da maraq doğurur.

Millixeber.az xəbət verir ki, Modern.az məsələ ilə bağlı Milli Məclisin deputatı Tahir Mirkişili ilə danışıb.

Deputat bildirib ki, hazırkı mərhələdə əsas məsələ yeni nazirliyin yaradılması deyil, süni intellekt üzrə mövcud institusional sistemin daha çevik, koordinasiyalı və nəticəyönümlü fəaliyyət göstərməsidir:

“Azərbaycanda hazırkı mərhələdə əsas məsələ yeni bir nazirliyin yaradılması deyil, süni intellekt üzrə formalaşan institusional sistemin daha çevik, koordinasiyalı və nəticəyönümlü işləməsidir. Son illərdə bu istiqamətdə mühüm addımlar atılıb. 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasının qəbul edilməsi, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Rəqəmsal İnkişaf Şurasının yaradılması, Milli Süni İntellekt Mərkəzinin fəaliyyəti, dövlət qurumlarında rəqəmsallaşma və süni intellekt üzrə məsul şəxslərin müəyyənləşdirilməsi göstərir ki, Azərbaycan artıq süni intellekt sahəsində strategiyadan institusional quruculuq mərhələsinə keçib. Bu, daha üst mərhələ sayılır”.

Tahir Mirkişili qeyd edib ki, süni intellekt bütövlükdə iqtisadiyyatın və dövlət idarəçiliyinin transformasiyasına təsir edən texnologiyadır:

“Burada süni intellekt ayrıca bir sahə kimi deyil, bütün iqtisadi və dövlət idarəçiliyi sistemini dəyişdirən horizontal texnologiya kimi qəbul edilir. Süni intellekt iqtisadiyyatdan səhiyyəyə, təhsildən energetikaya, nəqliyyatdan dövlət xidmətlərinə qədər bütün sahələrə daxil olur. Buna görə də onun idarə olunması yalnız bir nazirliyin çərçivəsində məhdudlaşdırıla bilməz. Bu gün qarşıda duran əsas məsələ süni intellektdən istifadə etmək deyil, süni intellekt istehsal edə biləcək və onu səmərəli tətbiq edə biləcək ekosistem yaratmaqdır. Bunun üçün Azərbaycan dili üzrə böyük dil modellərinin hazırlanması, milli məlumat bazalarının keyfiyyətinin artırılması, güclü hesablama infrastrukturu və GPU imkanlarının yaradılması, süni intellekt mütəxəssislərinin hazırlanması və yerli texnoloji şirkətlərin dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti tərəfindən imzalanmış strategiyada bu məsələlər öz əksini tapıb”.

Deputat hesab edir ki, gələcəkdə Milli Data və Süni İntellekt istiqamətində yeni institusional addımların atılması mümkündür:

“Perspektivdə düşünürəm ki, Milli Data və Süni İntellekt sahəsində standartları, data siyasətini, təhlükəsizlik və etik məsələləri, dövlət qurumlarında süni intellekt tətbiqlərinin qiymətləndirilməsini və milli hesablama infrastrukturunun yaradılmasını özündə ehtiva edəcək yeni addımlar atıla bilər. Azərbaycan süni intellekti yalnız dövlət xidmətlərinin optimallaşdırılması vasitəsi kimi deyil, yeni iqtisadi modelin ayrıca istiqaməti kimi görür. Ölkəmizin enerji imkanları, coğrafi mövqeyi, rəqəmsal infrastrukturu və regional bağlantıları böyük data mərkəzləri və süni intellekt hesablama xidmətlərinin inkişafı üçün ciddi üstünlük yaradır”.

T. Mirkişili Azərbaycanın gələcəkdə süni intellekt üzrə regional mərkəzə çevrilə biləcəyini vurğulayıb:

“Strateji hədəfimiz aydındır: Azərbaycan yalnız süni intellektdən istifadə edən ölkə deyil, süni intellekt həlləri, modelləri və hesablama xidmətləri istehsal, tətbiq və ixrac edən regional mərkəzə çevrilmək. Qarşıdakı illərdə əsas məsələ Azərbaycanın qlobal süni intellekt iqtisadiyyatında özünə hansı mövqeni müəyyənləşdirəcəyidir: “Azərbaycanın enerji, insan kapitalı, regional və qlobal əlaqələr, kommunikasiya, siyasi sabitlik kimi sahələrdə malik olduğu üstünlüklər bizə böyük uğurlar üçün geniş imkanlar yaradıb”.

Son xəbərlər

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

U-17 (yeniyetmələr) dünya çempionatlarının nəticələrinin müqayisəsi (Bakı:2012-2026:)

Deputat: "Azərbaycanın dövlət rəsmiləri onların qarşısına çıxmaqdan çəkinmir, "söyüş müxalifəti" isə eyni ssenarini təkrarlayır"

Azərbaycan Jurnalistlər Birliyi AZTV ilə bağlı BƏYANAT YAYIB

Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib

Prezident Qırğız Respubilkasında qolf oynadı

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Livanı dəstəkləməyə hazırdır

Saray qəsəbəsində Qərbi Azərbaycan İcmasının Abşeron rayon nümayəndəliyinin təşkilatçılığı ilə tədbir keçirilib

Azərbaycan Esmira Cəfərovanı Macarıstana yeni səfir təyin edib

Ərdoğan: İsrailin Fələstindəki əməllərinin bədəlini bütün region ödəyir

Bütün xəbərlər