
Gündəm / Siyasət / Dünya
31.08.2026, 16:41
Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Rusiya Prezidenti Vladimir Putin Qırğızıstana işgüzar səfərə gəlib.
Millixeber.az Modern.az-a istinadən xəbər verir ki, Rusiya liderini Manas Beynəlxalq Hava Limanında Qırğızıstanın Baş naziri Adilbek Kasımalıyev qarşılayıb.
Vladimir Putin səfər çərçivəsində VI Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edəcək.
Rusiya Prezidenti sentyabrın 1-də isə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının iclasına, həmçinin “ŞƏT Plus” formatında keçiriləcək yüksək səviyyəli görüşə qatılacaq.
Sammit çərçivəsində Putinin Qırğızıstan, Çin, İran, Monqolustan, Tacikistan və Türkiyə liderləri, həmçinin Ermənistan və Hindistanın baş nazirləri ilə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.
Bundan əlavə, sammit zamanı 2028-ci ildə Kazanda keçirilməsi planlaşdırılan növbəti Dünya Köçəri Oyunlarının elan olunacağı gözlənilir.
Qeyd edək ki, 2027-2028-ci illərdə Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik Rusiyaya keçəcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













