Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində səsləndirdiyi fikirlər bölgədə baş verən proseslər və regionu gözləyən perspektivlərlə bağlı mühüm yol xəritəsi hesab edilir. Bu eyni zamanda bölgədəki prosesləri daha yaxşı dərk etmək baxımından da vacib önəmə malikdir. Azərbaycan lideri Ermənistanla sülh müqaviləsinin paraflanmasından tutmuş, regional və qlobal müstəvidə baş verənləri, bunun ölkəmizə təsirləri, eləcə də rəsmi Bakının tutduğu strateji xətti müsahibəsində aydın şəkildə çatdırıb.

Millixəbər.az xəbər verir ki,bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, Prezident İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanla avqustun 8-də Vaşinqtonda baş tutan görüşü Cənubi Qafqazda müharibə mərhələsinin başa çatması kimi dəyərləndirib: “Ölkəmizin başçısı bəyan edir ki, Vaşinqtonda paraflanmış sənədin Ermənistan–Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın mövqelərinə əsaslanır. Bu bir reallıqdır ki, Vaşinqton anlaşması 44 günlük müharibədən sonra Azərbaycanın təşəbbüsü ilə başlanan sülh danışıqlarının məhz ölkəmizin maraqlarına uyğun şəkildə məntiqi sonluğa çatdırılması idi. İmzalanmmış Birgə Bəyannamədə isə Azərbaycanın bütün tələbləri təsbit edilib. Bununla Azərbaycan və Ermənistan ATƏT-in baş katibinə de-fakto mövcud olmayan Minsk qrupunun de-yure buraxılması ilə bağlı birgə müraciət ünvanlayıb. Bununla da 30 ildə heç bir müsbət fəaliyyəti ilə xarakterizə olunmayan Minsk Qrupu tarixin arxivinə göndərildi. Əldə edilən digər mühüm nəticə isə Zəngəzur dəhlizinin açılması – Azərbaycanın Naxçıvana maneəsiz keçidinin təmin edilməsi ilə bağlı olan razılaşma idi. Sözsüz ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yer aldığı mövcud konstitusiyasının dəyişdirilməsi məsələsi yekun sülh sazişinin imzalanması üçün əsas tələb kimi bir daha beynəlxalq ictimaiyyətin gözü önündə bəyan edildi. Təbii ki, növbəti mərhələ bu razılaşmanın praktiki müstəvidə icrasıdır. Ermənistan tərəfi üzərinə götürmüş öhdəlikləri icra etməkdən boyun qaçırarsa, bu artıq onun beynəlxalq müstəvidə qarşılaşacağı bir məsələ kimi dəyərləndirilir. Dövlətimizin başçısı müsahibəsində bu amillərə dair daha dolğun və əhatəli izahlar verməklə bölgə üçün yeni imkanlar olduğunu, Ermənistan tərəfinin də bundan faydalana biləcəyi amilini önə çəkdi. Qeyd edildi ki, regional kommunikasiya xəttlərinin açılması heç bir halda hansısa ölkənin sərhədlərini bağlamır və heç bir ölkəni blokadaya salmır. Bu dəhliz ancaq qarşılıqlı əməkdaşlığa və inkişafa tövfə verəcək”.

Deputat həmçinin Prezident İlham Əliyevin müsahibəsində Qərbi Zəngəzurun ermənilərə verilməsinin tarixinə bir daha nəzər salmasından bəhs etdi: “Ölkəmizin başçısı XX əsrin əvvəllərində baş vermiş siyasi konfiqurasiyalardla Azərbaycanın tarixi ərazilərindən biri kimi Qərbi Zəngəzurun ermənilərə güzəştə gedildiyini vurğulayıb. Bununla Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanla quru yolla bağlantı kəsilib. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan digər məsələlər kimi Naxçıvana maneəsiz keçidlə bağlı da siyasi-diplomatik müstəvidə bir çox işlər görüb. Faktiki olaraq son 5 ildə – 2020-ci ildən etibarən Zəngəzur dəhlizinin açılması istiqamətində danışıqlar davam edib. Sadəcə olaraq Ermənistan tərəfi öhdəliyini yerinə yetirməmək üçün müxtəlif yollara əl atıb. Amma bütün bunlara baxmayaraq Prezident İlham Əliyevin qətiyyəli mövqeyi sayəsində nəhayət, Vaşinqton anlaşmasında Zəngəzur dəhlizinin açılması rəsmiləşdi. Çünki Zəngəzur dəhlizi təkcə Şərqlə Qərbi – Avropanı Asiya ilə deyil, Şimalla Cənubu – Rusiya və İranı da birləşdirir, Fars körfəsinə yeni çıxış imkanı yaradır”.

Sevinc Hüseynova bildirib ki, ölkəmizin başçısının müsahibəsində Azərbaycanda tolerantlıq mühitinin olduğunu, müxtəlif etnik qrupların bir ailə kimi ümumi dəyərlərə sadiq qaldığını da qeyd edib: “Dövlətimizin başçısı, həmçinin son zamanlar Rusiya Azərbaycan münasibətlərində yaranmış gərginliyin də məhz qarşı tərəfin məhsuliyyəti öz üzərindən atmaq cəhdi və ölkəmizə, xüsusən də bu ölkədə yaşayan soydaşlarımıza qarşı aqressiya ilə bağlı olduğunu bildirib. Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiya ərazisində vurulmasına görə bütün məsuliyyət bu ölkənin üzərində düşdüyü vurğulanıb. Azərbaycan məsuliyyətli dövlət kimi hər zaman ortaya çıxan məsələlərdə heç vaxt öz məsuliyyətindən imtina etməyib. Ona görə də, bu gün Azərbaycanla bağlı məsələlərdə atılacaq addımlar daha çox qarşı tərəfin məsuliyyət dairəsinə aiddir. Eyni zamanda, Prezident İlham Əliyev müsahibəsində türk dövlətləri arasında birliyin günü-gündən möhkəmləndiyini və bunun sülhə əməkdaşlığa söykəndiyini, Türk Dövlətləri Təşkilatının artan mövqeyindən bəhs edib”.

Son xəbərlər

Tahir Mirkişili Sumqayıtda vətəndaşlarla növbəti görüşünü keçirib

Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib

"Zəfər tarixi yazmış şanlı Milli Ordumuz” adlı tədbir keçirildi

26 İyun – Silahlı Qüvvələr Günü: Müzəffər Ordumuz Azərbaycanın gücünün və milli birliyinin rəmzidir

Sumqayıtda Peşə Təhsil Mərkəzlərinin məzunları ilə Tahir Mirkişilinin görüş keçirilib

Sabirabadda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu”mövzusunda tədbir keçirilib

Azərbayacn Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Silahlı Qüvvələr Günü münasibətilə Müzəffər Ali Baş Komandan İlham Əliyevi təbrik edib

"Müasir İnternet Resurslarının İnkişafı” İB-i yeni layihənin icrasına başlayıb

Milli Qurtuluş Günü: Müasir Azərbaycan dövlətçiliyinin və böyük zəfərin başlanğıc nöqtəsi

Müstəqilliyimizin və inkişafımızın sarsılmaz təməli: 15 İyun – Milli Qurtuluş Günü!

Milli Qurtuluş Günü: Müasir Azərbaycanın tarixi, siyasi və iqtisadi intibahının başlanğıc nöqtəsidir

İlqar Ağabəyov: Milli Qurtuluş Günü: Dövlətçilik tariximizin şanlı səhifəsidir

Ağalı kəndində “Milli Qurtuluşdan Böyük Qayıdışa” mövzusunda tədbir keçirilib

Tahir Mirkişili:"Əsas məsələ artımın sürəti deyil, onun mənbəyi və keyfiyyətidir"

Millət vəkili Tahir Mirkişili Sumqayıtda vətəndaşlarla görüşüb

Millət vəkili Tahir Mirkişili Sumqayıtda vətəndaşlarla görüşüb

ABŞ və İran bir-birinə qarşılıqlı zərbələr endirdilər

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

Azərbaycanda ən çox və ən az olan heyvanlar

"Soyqırımı və deportasiya qurbanlarına dəstək” layihəsinin icrası ilə bağlı görüş keçirilib

Tahir Mirkişili: Azərbaycanın “Enerji Keçidi” Siyasəti: Paralel İnkişaf Modeli

Gənclər Təşkilatlarının Resurs Mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi

Pedaqoji Universitetdə veteranlar təşkilatının nümayəndələri ilə görüş keçirilib

Kremldə Putini bu addımdan çəkindirməyə çalışıblar

Sabah ölkə ərazisində intensiv yağış yağacaq

Paşinyan: Ermənistan və Aİ iki il ərzində vizasız rejim tətbiq edəcək

Almanlar Azərbaycan atlarına heyran qaldı - FOTOLAR

Masallıda birgə təşkil olunan konfrans keçirilib

Şəhərsalma - yaşıllaşdırmadan başlayır

Şəhərsalma - yaşıllaşdırmadan başlayır

WUF: ŞƏHƏR İQTİSADİYYATI-Deputatdan MARAQLI TƏHLİL

Dilqəm Quliyev:"Şəhərsalmada İdman Akademiyasının fəaliyyəti”

"Laçının azad edilməsi Azərbaycanın hərbi-diplomatik gücünün təntənəsidir”

Bütün xəbərlər