Dilqəm Quliyev: Prezident İlham Əliyev dünyada əmin-amanlığın və barışın tərəfdarı olaraq sülhü də qazandı


Azərbaycan tarixində bir neçə mühüm sülh müqaviləsi mövcuddur. Bunlar arasında Amasya (1555), Gülüstan (1813), Türkmənçay (1828), Kürdan (1746), İstanbul (1590), Qəsri-Şirin (1639) Ədirnə (1829) və Azərbaycan-İran Müqavilələri (1918-1920) xüsusi yer tutur. Bu müqavilələr Azərbaycanın müxtəlif dövrlərdəki siyasi vəziyyətinə və sərhədlərinə təsir etmişdir. Bunlar arasında ən mühümü Ermənistan və Azərbaycan sülh müqaviləsidir.





Xatırladaq ki, Tramp sosial şəbəkə hesabında yazıb ki, avqustun 8-də Ağ Evdə Azərbaycan Prezidenti və Ermənistan Baş nazirini “tarixi sülh sammitində” qəbul edəcək: "Mən Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanı tarixi Sülh Sammitində qəbul etməyi səbirsizliklə gözləyirəm. Bu iki ölkə uzun illərdir müharibə vəziyyətindədir, nəticədə minlərlə insan həyatını itirib. Bir çox liderlər müharibəyə son qoymağa çalışıblar, lakin indiyədək uğursuz olublar. ‘Administrasiyam uzun müddətdir hər iki tərəflə əlaqə saxlayır. Sabah Prezident Əliyev və Baş nazir Paşinyan mənimlə birlikdə Ağ Evdə rəsmi Sülh Sazişinin imzalanma mərasimində iştirak edəcəklər. Amerika Birləşmiş Ştatları həmçinin hər iki ölkə ilə ikitərəfli razılaşmalar imzalayacaq ki, birlikdə iqtisadi imkanları inkişaf etdirək və beləliklə, Cənubi Qafqaz regionunun potensialını tam şəkildə aça bilək. Mən bu cəsarətli liderlərlə qürur duyuram ki, onlar Ermənistan və Azərbaycanın böyük xalqları üçün düzgün addım atırlar”.
Azərbaycan–Ermənistan sülh müqaviləsi — iki dövlət arasındakı münaqişəni bitirmək və ölkələrarası əlaqələr qurmaq üçün, imzalanması planlaşdırılan müqavilədir. 8 avqust 2025-ci ildə imzalanan sülh memorandumunda gələcəkdə imzalanacaq yekun sənədin adı "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş" olaraq qeyd edilmişdir
Xatırladaq ki, Azərbaycan və Ermənistan arasındakı Qarabağ münaqişəsi 1988-ci ildən başlamışdır. Azərbaycan 2020-ci il və 2023-cü illərdə münaqişə ərazisi və ətraf rayonlara nəzarəti bərpa etmişdir. 2022-ci ildə Ermənistan Praqa bəyanatında Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımışdır. 2022-ci ilin mayında Azərbaycan tərəfi "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası"nı yaratmışdır. Dövlət sərhədi məsələlərində Ermənistan tərəfini isə "Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya" təmsil edir.
2024-cü ilin mayında Qazax rayonunun Ermənistan işğalındakı 4 kəndi (Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı) Azərbaycana təhvil verilmişdir. 2024-cü ilin oktyabrında Azərbaycan tərəfi "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə"ni təsdiqləmişdir.
8 avqust 2025-ci ildə "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanması baş vermişdir.
Ermənistan və Azərbaycan sülh müqaviləsinin yekun mətni üzrə razılığa gəliblər, lakin sülh hələ çox uzaqdır; prinsipial məsələlər üzrə fikir ayrılıqları aradan qaldırılmayıb.

Avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzaladılar.



ABŞ Prezidenti Donald J. Tramp, Ermənistanın Baş Naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev Ağ Evdə tarixi sülh bəyanatını imzaladılar.


Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu ilin martında bildirmişdi ki, Ermənistan rəhbərliyi 2027-ci ildə yeni Konstitusiyanın qəbul edilməsi ilə bağlı referendum keçirməyi planlaşdırır. Sülh müqaviləsinin faktiki imzalanması da Ermənistanda konstitusiyaya dəyişikliklərlə bağlı ümumxalq referendumundan sonra baş tuta bilər.
8 avqust 2025-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev sülh müqaviləsinin imzalanması vaxtını Vaşinqtonda verdiyi müsahibədə belə şərh etmişdir:
“Yenə də deyirəm, bunun nə vaxt olacağı Ermənistanın öz işidir. Biz burada hər hansı bir təklif irəli sürə bilmərik. Ancaq mən hesab edirəm ki, nə qədər tez olsa, o qədər yaxşıdır. Çünki məncə, vaxt itirmək lazım deyil. Bir halda ki, artıq Azərbaycanla Ermənistan sülh sazişini paraflayıb, onun rəsmi imzalanması da çox çəkməməlidir”.
“Bu görüşlə bağlı digər mühüm məqam Zəngəzur dəhlizidir, bu, ABŞ üçün də olduqca vacibdir. Bəzi ölkələr bunu özləri üçün təhdid hesab etsələr də, Zəngəzur dəhlizinin açılması Avrasiyanın orta xəttində ciddi şəkildə dəyişiklik edəcək. Bu dəyişikliklər kommunikasiyanın, nəqliyyatın daha da yaxşılaşdırılmasından ibarətdir”,
Müzəffər Ali Baş Komandan 44 günlük müharibədə qələbə çalaraq tarixi ədaləti təmin edən Prezident İlham Əliyev dünyada əmin-amanlığın və barışın tərəfdarı olaraq sülhü də qazandı.
Prezident İlham Əliyevin Vaşinqtonda jurnalistlərə müsahibəsində bildirdiyi kimi. "Azərbaycanla Ermənistan arasında imzalanmış saziş bizim niyyətimizi - sülh istədiyimizi açıq şəkildə nümayiş etdirir".




Dilqəm Quliyev,
pedaqogika üzrə elmlər doktoru, professor

Son xəbərlər

Müasir təhsil, milli-mənəvi dəyərlər və vətəndaş məsuliyyəti

Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətindən AÇIQLAMA VAR

"Dini şəxsi məqsədlər üçün istismar etməklərinə imkan verməməliyik”

Vüsar İsmayılov: Azərbaycan iqtisadi tərəqqinin və təhlükəsizliyin ən etibarlı tərəfdaşlarından biridir

Geyimlərdəki fərqlilik şagirdin diqqətini təhsildən yayındırır - Nəsib Məhəməliyev

Azər Badamov:Milli dəyərlərin qorunması və dünyəvilik təhsil siyasətinin əsas prinsipləridir

Əhliman Tağıyev: Heç kim din pərdəsi altında dövlətin qanunlarına meydan oxumağı özünə haqq saya bilməz

Dünyəvi təhsil və milli kimlik - Azərbaycanın gələcəyini qoruyan dəyərlər

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir

Təhsildən başlayan ideoloji təhlükəsizlik: mənəvi dəyərlərlə qanunun aliliyinin vəhdəti

İdeoloji təhlükəsizlik: milli-mənəvi dəyərlərə və dünyəvi dövlətçilik prinsiplərinə sadiqlik

Bakıda 200-dən çox adam saxlanıldı

Komitə sədri: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Milli QHT Forumu: Milli dəyərlərin və dünyəvi təhsilin qorunması üçün ictimai həmrəylik vacibdir

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

YAP Astara rayon təşkilatında VIII Qurultaydan irəli gələn məsələlər müzakirə olunub+FOTO

Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

XX ƏSRİN ƏN NÜFUZLU İQTİSADÇISI KEYNS NİYƏ NOBEL SÜLH MÜKAFATI ALA BİLMƏYİB?

"DƏYƏR VERDİYİN İŞLƏRƏ DƏSTƏK OLMAQ": Nobel mükafatı laureatları pullarını nəyə xərcləyirlər?

Cəbrayılda minaya düşən şəxsin atası da minaya düşüb

Rəqəmsal məkanda kibertəhdidlərə qarşı vətəndaş məsuliyyəti gücləndirilməlidir - MÜSAHİBƏ

Müstəqil xarici siyasətin digər mühüm dayağı güclü iqtisadiyyat və iqtisadi müstəqillikdir

Orta Dəhlizdə Azərbaycanın artan rolu...

Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı müşavirə keçirilib

İlk dəfə bacısı və qardaşı ilə foto paylaşdı

Fidan Mansurova BU VƏZİFƏYƏ təyin olundu - FOTO

Dini komitənin sədrindən MESAJ: "Gənclər xurafatla sağlam dini yanaşmanı fərqləndirməlidir"

MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə

Tahir Mirkişili: Azərbaycanın Məşvərət görüşünə tamhüquqlu qoşulması regional əməkdaşlıq üçün yeni imkanlar yaradır

YAP Sumqayıt şəhər təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

Prezidentdən SƏRƏNCAM - Yüksək vəzifəyə təyin olunanSəbuhi Əliyev kimdir?

Bütün xəbərlər