Şahin Seyidzadə: Üçtərəfli Vaşinqton görüşü Qafqazın diplomatik tarixində dönüş nöqtəsinə çevrildi


Vaşinqtonda baş tutan üçtərəfli görüş yalnız sülh prosesinə töhfə vermək baxımından deyil, həm də Cənubi Qafqazın diplomatik mənzərəsini dəyişdirən strateji qərarların qəbul olunması ilə yadda qaldı.

Görüş zamanı əldə olunan mühüm nəticələrdən biri ATƏT-in Minsk Prosesi və onunla bağlı bütün strukturların fəaliyyətinin rəsmən dayandırılması oldu. Bu addım təsadüfi deyil. Məlum olduğu kimi, Minsk qrupu uzun illər ərzində Azərbaycan-Ermənistan münaqişəsinin həlli üçün beynəlxalq mandat daşısa da, illərlə davam edən fəaliyyəti real nəticə verməmiş, proses isə nəticəsiz görüşlər və formal bəyanatlarla məhdudlaşmışdı. İkinci Qarabağ müharibəsindən sonra isə vəziyyət tam dəyişdi. Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü təmin etdi, münaqişəni hərbi-siyasi yolla həll etdi. Bunun nəticəsində Minsk qrupunun mandatı faktiki olaraq məna kəsb etmədi və qurum iflic vəziyyətinə düşdü. Vaşinqton görüşündə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsini paraflamaları, həm də Minsk prosesinin formal olaraq bağlanması üçün ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət məktubu imzalamaları ilə nəticələndi. Bu, 2020-ci ildən bəri Azərbaycanın davamlı olaraq gündəmdə saxladığı, sülh və normallaşma prosesinə ən böyük əngəllərdən birini aradan qaldıran vacib addım idi. Minsk qrupunun bağlanması siyasi mesajdır. Bu, xüsusilə Fransaya ünvanlanan bir siqnal kimi qiymətləndirilə bilər. Çünki Fransa, qrupun həmsədrlərindən biri olaraq, münaqişə sonrası dövrdə də birtərəfli və qərəzli mövqe sərgiləyərək, vasitəçilik potensialını tam itirmişdi. ABŞ-ın özü də Minsk qrupunun üzvü olsa da, Vaşinqton görüşündə göstərdi ki, yeni reallıqları qəbul edir və vasitəçiliyini köhnə format deyil, daha praqmatik və nəticəyönlü mexanizmlər əsasında qurur.
Bununla Azərbaycan beynəlxalq ictimaiyyətə aydın mesaj verdi ki, ölkə öz problemlərini beynəlxalq hüquqa əsaslanaraq, müstəqil şəkildə həll etmək gücündədir və köhnəlmiş formatlara ehtiyac yoxdur. Eyni zamanda bu, regiondakı sülh prosesinin yeni mərhələyə qədəm qoyduğunu, tərəflərin artıq real diplomatik nəticələr üzərində işləməyə hazır olduqlarını göstərdi. Beləliklə, Vaşinqton görüşü yalnız sülh sazişinin paraflanması ilə deyil, həm də illərlə davam edən, lakin nəticəsiz qalan Minsk prosesinə son qoymaqla Cənubi Qafqazın diplomatik tarixində dönüş nöqtəsinə çevrildi. Bu qərar, həm regionda yeni geosiyasi balansın formalaşmasına, həm də beynəlxalq vasitəçilik mexanizmlərinin yenilənməsinə mühüm töhfə oldu.

Son xəbərlər

Azərbaycanda vətəndaş müraciətlərinə baxılması sahəsində mümkün islahatlar müzakirə edilib

Qızıl iqtisadiyyatda sadəcə qiymətli metal deyil. O, eyni zamanda ehtiyat, investisiya, riskdən qorunma və etimad alətidir

Professor Dilqəm Quliyevin Azadlıq və Zəfər Salnaməsi

Sumqayıtda “Əsrin müqaviləsindən – Suverenliyə” mövzusunda elmi-praktik konfrans keçirilib

Sumqayıtda “PeşəFest-2026” tədbiri keçirilib

Dilqəm Quliyev: Bəşər tarixində ümumi xalqın bir arzusu olub- Azadlıq!

Tahir Mirkişili:Türk dünyası Azərbaycana strateji dərinlik, Qafqaz regional çəki, İslam dünyası iqtisadi-siyasi imkanlar verir

Tahir Mirkişili Sumqayıtda növbəti vətəndaş qəbulu keçirib

Azərbaycanın Qarabağ siyasəti: sülh, quruculuq və iqtisadi inkişaf - ŞƏRH

Abşeronda Bilik Günü münasibətilə tədbirlər keçirilib

Hərbi qələbədən böyük quruculuğa: azad Qarabağ inkişaf məkanına çevrilir

Ferhat Pirinççi: Bakı Türk dünyası baxımından unikal və mühüm mərkəzdir

Burhanettin Duran: Türk dünyası güclü koordinasiya ilə hərəkət etməlidir

Tahir Mirkişili Bilik Günü münasibətilə təbrik paylaşımı edib

Pezeşkian Azərbaycanın müstəqilliyi ilə bağlı kitabı öpdü və "mütləq oxuyacam" dedi

UNEC-də “İqtisadi dinamikanın əsasları” dərsliyinin təqdimatı keçirilib

10 İLDƏN SONRA DÖVLƏT HƏR KƏSƏ YÜKSƏK GƏLİR ÖDƏMƏLİ OLACAQMI?

GENDER məsələsi, yoxsa İQTİSADİ data çatışmazlığı?

AQSİA üzvləri AYLA Plastik MMC-nin fəaliyyəti ilə tanış olublar

TƏHSİLDƏ SÜNİ İNTELLEKDƏN İSTİFADƏNİ TƏNZİMLƏMƏK MÜMKÜNDÜRMÜ?

QHT-lərin rəqəmsal dayanıqlılığı və kibertəhlükəsizliyi “NGO Tech Talks” sessiyasında müzakirə olunub

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Zəfər Nəğməsi

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Bütün xəbərlər