Elşad Daşdəmirov: Prezident İlham Əliyev döyüş meydanında qalib olduğu kimi diplomatik müstəvidə də zəfər qazanır


Vaşinqtonda olan görüşün əsas məqamlarını təhlil edərkən görürük ki, Azərbaycan çox böyük diplomatik və siyasi qələbə əldə etmişdir. Bu məqamda xatırlatmaq istərdim ki, bütün siyasi və diplomatik uğurların əsasında 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal anti-terror əməliyyatlarında şəhid olan oğullarımızın canı və sağlamlığını itirən qazilərimizin qanı dayanır. Yəni əgər biz döyüş meydanında belə şanlı zəfər qazanmasaydıq, heç vaxt siyasi təsiretmə qabiliyyətimiz bu qədər yüksək olmazdı.

Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin Sammitidə Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamə imzalandı.Dünyanın bir nömrəli ofisində, dünyanın ən qüdrətli prezidentinin iştirakı ilə sülh müqaviləsinin paraflanması özü artıq Azərbaycana qarşı olan böyük etimad və ehtiramın göstəricisidir. Cənab İlham Əliyevin bir nömrəli ofis və ən qüdrətli prezident sözlərini həm mətbuat konfransında, həm də yerli mətbuata müsahibəsində işlətməsi nə prezident Trampa tərif, nə də başqaların qarşı yönəlmiş bir addım idi. Birincisi, bu, reallıqdır. Son baş verən hadisələr açıq göstərir ki, ABŞ yenidən dünyadakı mövqeyini gücləndirir və onunla hesablaşmayanların sonu elə də yaxşı olmur. İkincisi isə bu, bir xəbərdarlıq idi. Bəli, Ermənistanın baş nazirinə və cəmiyyətinə! Bilirsiniz ki, paraflanma hələ tam sülh müqaviləsi deyil. Ermənistan Respublikasının ali qanununda Azərbaycana qarşı ərazi iddiaları yer almaqdadır. Ən əsası isə bu millətin xarakterində dəyişkənlik və sözünün üstündə durmama kimi əlamətlər vardır. Cənab Prezident dünya ictimaiyyətinin gözü qarşısında diplomatik ustalıqla Paşinyan və Ermənistanı əgər razılaşmanı yerinə yetirməsə nələr gözlədiyini ifadə etdi.
Müzəffər Prezidentimiz İlham Əliyevə Ağ Evin açarlarının təqdim olunması isə ABŞ-ın görüşün gələcəyinə olan ümidindən xəbər verir. ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə Ağ Evdə təqdim etdiyi “Ağ Evin rəmzi açarı” ABŞ diplomatiyasında nadir hallarda verilən hədiyyələrdən biridir. Donald Tramp bu simvolik açarı prezidentliyi dövründə cəmi üç şəxsə təqdim edib: Benyamin Netanyahu, Taro Aso və Elon Musk. Ağ Evin “qızıl açarı” ABŞ siyasi mədəniyyətində nadir təqdim olunan simvolik hədiyyədir. Açar dərin diplomatik məna daşıyır, etimad, strateji tərəfdaşlıq və yüksək hörmətin nişanı sayılır. Hədiyyə simvolik olaraq Ağ Evin və ABŞ Prezidentinin “qapılarının” həmişə açıq olduğu mesajını verir. Siyasi analitiklərə görə, belə bir hədiyyə sadəcə protokol jesti deyil, həm də strateji mesajdır. Və bununla da Ağ Evin simvolik açarının Cənab Prezident İlham Əliyevə təqdim olunması, onun qlobal arenada nüfuzunun və ABŞ-Azərbaycan münasibətlərində etimadın ali göstəricisidir.
Bu görüşdə həm də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” həyata keçiriləcəyi təsbit olunub. Başqa sözlə Zəngəzur dəhlizi reallaşır. Azərbaycanın şərtləri qəbul olunur. Azərbaycan və İlham Əliyev döyüş meydanında qalib olduğu kimi siyasi sferada da zəfər çalır. Hər bir qalibiyyətin dünya tərəfindən, yəni dünyanın əksəriyyəti tərəfindən qəbul olunmasına ciddi ehtiyac vardır. 10 noyabr bəyannaməsi əldə etdiyimiz qələbənin qəbul olunması istiqamətində ciddi sənəddir. Lakin daha ciddi sülh müqaviləsinə ehtiyac var. Həmin bəyannamədə Naxçıvana gediş-gəlişin maneəsiz olması amili mövcuddur və Ermənistan 5 il əvvəl boynuna götürməyə məcbur olduğu bu öhdəliyi de-yure və de-fakto icra etmiş olacaq. Azərbaycanın diqtə etdiyi yol onun istədiyi qaydada açılır. Əslində mahiyyət etibarı ilə bu gün bu yolun nə adlandırılmasının elə də böyük əhəmiyyəti yoxdur. Əsas əldə olunan nəticələrdir. Bir də öncə cənab Prezident və xalqımız bu dəhlizin adını Zəngəzur dəhlizi qoyub. Deməli, sənədlərdə deyil qəlblərdə, könüllərdə, yəni de-fakto bu yolun adı Zəngəzur dəhlizidir. De-yure “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlanan yoldan Azərbaycan vətəndaşları çox rahat şəkildə “Azərbaycandan-Azərbaycana” prinsipi ilə maneəsiz gedəcəklər. Bu yolda Ermənistan sərhədçiləri, ordusu deyil, Amerikan şirkəti xidmət aparacaqdır.
ABŞ-da imzalanan sənəddən sonra dövlət başçısının öz yaxın dostları ilə, qardaşı ilə əlaqə saxlamağı və məlumat verməyi çox təbiidir. Cənab İlham Əliyevin “bizim bir ailəmiz var, o da Türk Dünyası” fəlsəfi, ideoloji və siyasi fikri bir daha özünü təsdiq etmişdir. Türkiyə, Özbəkistan, Türkmənistan və Qazaxıstanın rəhbər şəxsləri ilə telefonda danışmağı və məlumat verməyi sübut edir ki, bizim yolumuz da və amalımız da birdir.

Elşad Daşdəmirov,
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, YAP fəalı

Son xəbərlər

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

U-17 (yeniyetmələr) dünya çempionatlarının nəticələrinin müqayisəsi (Bakı:2012-2026:)

Deputat: "Azərbaycanın dövlət rəsmiləri onların qarşısına çıxmaqdan çəkinmir, "söyüş müxalifəti" isə eyni ssenarini təkrarlayır"

Azərbaycan Jurnalistlər Birliyi AZTV ilə bağlı BƏYANAT YAYIB

Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib

Prezident Qırğız Respubilkasında qolf oynadı

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Livanı dəstəkləməyə hazırdır

Saray qəsəbəsində Qərbi Azərbaycan İcmasının Abşeron rayon nümayəndəliyinin təşkilatçılığı ilə tədbir keçirilib

Azərbaycan Esmira Cəfərovanı Macarıstana yeni səfir təyin edib

Ərdoğan: İsrailin Fələstindəki əməllərinin bədəlini bütün region ödəyir

Tolerantlıq anlayışı heç vaxt təhqir etmək, alçaltmaq və nifrət yaymaq azadlığı kimi başa düşülməməlidir

Maaş və pensiya kartlarında yeniliklər gözlənilir

Qurban Qurbanov: Rəqibə qarşı zərrə qədər səhlənkarlığa yol vermək olmaz

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub

ORDUBAD camaatı zarafatla “biz naxçıvanlı deyilik” deyirlər

Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan onun dilidir

Azərbaycan dili milli kimliyimizin və dövlətçiliyin əbədi dayağıdır

Elmdən istehsalata: yaşıl hidrogen texnologiyaları sahəsində tədqiqatlar

Netanyahu Trampla görüşünü indiyədək keçirilmiş ən yaxşı görüşlərdən biri adlandırıb

Əraqçi Ukraynanı İran gəmisinə hücuma görə kompensasiya ödəməyə çağırıb

Paşinyanın Aparat rəhbəri vəzifədən uzaqlaşdırıldı

Soltan Məmmədov: İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan–Almaniya münasibətlərində yeni mərhələnin əsasını qoydu

Medianın İnkişafı Agentliyi BƏYANAT YAYIB

İqtidara yoxsa dövlətə müxalifət? Azərbaycanın Qələbəsini qəbul edə bilməyənlərin faciəsi

Azərbaycan milli mətbuatı: "Əkinçi"dən rəqəmsal mediaya uzanan yol

Milli Mətbuat Günü: Azərbaycan İdman Akademiyasının media fəaliyyətinin inkişaf yolu”

Qələmdən rəqəmsal mediaya: Azərbaycan mətbuatının inkişaf yolu

2026 Dünya Çempionatının ən böyük yeniliyi – AĞILLI TOP

Tahir Mirkişili: Demoqrafik böhran artıq iqtisadi təhlükəsizlik məsələsinə çevrilib

Tahir Mirkişili deputat həmkarları ilə şəhidlərin xatirəsini ehtiramla yad edib

Bütün xəbərlər