“Qubadlı rayonu ölkəmizin cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşir. Rayon ərazisində zəngin tarixi mədəni və dini abidələr mövcuddur. Coğrafi mövqeyinə görə Qubadlı olduqca əlverişli bir bölgədə yerləşir. Əsasən dağlıq relyefə malik olan Qubadlı Ermənistanla 120 km məsafəyə malikdir. Rayon Şimaldan Laçın, Xocavənd rayonu, şərqdən Cəbrayıl, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Həkəri və Bərgüşad çaylarının ətrafında yerləşən Qubadlının zəngin torpaq örtüyü var. Rayon həmçinin təbii faydalı qazıntılarla zəngindir”.
Millixəbər.az xəbər verir ki,bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, Qubadlı kənd təsərrüfatı rayonu kimi Ermənistanın işğalına qədər taхıl, üzüm, tütün, bostan məhsulları becərilən bir bölgə olub: “Qubadlı rayonu 1993-cü ilin avqustun 31-də Ermənistan tərəfindən tamamilə işğal olunub: “1988-ci ildən başlayaraq Еrmənistan Qubadlı rayonuna müxtəlif istiqamətlərdən təcavüzkar hücumlar başladıb. Bu hücumlar nəticəsində dinc əhaliyə qarşı tеrror törədilməsi sistеmli şəkildə davam еtdirilib. İşğal dövründə isə rəsmi İrəvanın Qubadlıda qanunsuz məskunlaşma cinayətləri törətməsi ilə bağlı faktlar var. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilib. Bu bir reallıqdır ki, Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Xaricdən gələn ermənilər üçün isə erməni lobbisinin vəsaiti hesabına Qubadlının Xanlıq kəndində qanunsuz olaraq qəsəbə salınmışdı. İkinci Qarabağ müharibəsinin gedişində Qubadlının Ermənistanın işğalından azad edilməsinin olduqca böyük strateji əhəmiyyət kəsb edirdi. Bu müharibənin gedişatında dönüş nöqtəsi idi. 2020-ci ilin 25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Amma bütün bunlara baxmayaraq Müzəffər Ordumuz qarşısında aciz qalan düşmən Qubadlını tərk etmək məcburiyyətində qaldı. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olunub. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edilməsi qəhrəman oğullarımızın sücaətinə verilən ən yüksək ali dəyərin nəticəsi idi. 15212 hərbi qulluqçunun Prezidentin müvafiq Sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi məhz bu qiymətin göstəricisidir. Eyni zamanda 44 günlük Vətən Müharibəsinin gedişində azad edilmiş şəhərlərin tarixi günlərinin qeyd edilməsi də olduqca qürurverici hadisədir”.

Sevinc Hüseynova vurğulayıb ki, tarixi Qələbə günlərinin əbədiləşdirilməsi işğal və azadlığı özündə ehtiva edən mühüm reallıqdır. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib: “Həmin Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olunub. Sözsüz ki, bu gün işğaldan azad edilən rayon və şəhərlərimiz kimi Qubadlı da yeni dövrünü yaşayır. Erməni barbarlığının dağıtmış, viran qoymuş torpaqlarımıza həyat qayıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Qarabağ və Şərqi Zəngəzur öz tarixinin yeni mərhələsini yaşayır. Bu İşğaldan sonra bərpa-quruculuq fəlsəfəsinin ruhunu özündə ehtiva edir. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, həmçinin Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub. ​Qubadlının Mahruzlu və Zilanlı kəndləri yenidən qurulur.

Mahruzlu kəndinin layihələndirilən 197 hektar ərazisinin birinci mərhələdə 40 hektar ərazisində 190 evin tikintisi aparılır. Burada 836 sakinin məskunlaşması nəzərdə tutulur.

Zilanlı kəndinin isə layihələndirilən 180 hektar ərazisinin birinci mərhələdə 159 evin tikintisi və 772 nəfərin məskunlaşdırılması nəzərdə tutulub. Gələcəkdə bu kənddə 2520 nəfərin (630 ailə) yaşaması planlaşdırılıb. Əminik ki, tezliklə Qubadlı rayonuda öz sakinləri ilə firavan günlərinə qovuşacaq”.

Son xəbərlər

Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir

Bakı Zirvə Görüşü Azərbaycanın beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa

Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası

Füzuli Şəhəri Günü Azərbaycan xalqının yenilməz iradəsinin və milli birliyimizin parlaq təzahürüdür

Vüqar Zifəroğlu Mətbuat Şurasına yeni sədr seçildi

Tahir Mirkişili: “Cənab İlham Əliyevi tarix hər zaman belə fəxrlə xatırlayacaq!”

Sakinlərə şad xəbər - Köç başlayır

16 yaşa qədər qadınların dünyaya gətirdiyi uşaqların sayı açıqlandı

Azərbaycan ilə Laos arasında əlaqələr dostluq və qarşılıqlı hörmətə əsaslanır

Fidan Hüseynova: Azərbaycanın çoxşaxəli xarici siyasəti

Bakıda “Kəlağayı yürüşü” keçirilir

Binəqədi Rayon İcra Hakimiyyətində bir sıra kadr dəyişiklikləri olub.

Azərbaycan və Kamboca əlaqələri uğurla inkişaf edir

Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır

Müasir təhsil, milli-mənəvi dəyərlər və vətəndaş məsuliyyəti

Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətindən AÇIQLAMA VAR

"Dini şəxsi məqsədlər üçün istismar etməklərinə imkan verməməliyik”

Vüsar İsmayılov: Azərbaycan iqtisadi tərəqqinin və təhlükəsizliyin ən etibarlı tərəfdaşlarından biridir

Geyimlərdəki fərqlilik şagirdin diqqətini təhsildən yayındırır - Nəsib Məhəməliyev

Azər Badamov:Milli dəyərlərin qorunması və dünyəvilik təhsil siyasətinin əsas prinsipləridir

Əhliman Tağıyev: Heç kim din pərdəsi altında dövlətin qanunlarına meydan oxumağı özünə haqq saya bilməz

Dünyəvi təhsil və milli kimlik - Azərbaycanın gələcəyini qoruyan dəyərlər

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir

Təhsildən başlayan ideoloji təhlükəsizlik: mənəvi dəyərlərlə qanunun aliliyinin vəhdəti

İdeoloji təhlükəsizlik: milli-mənəvi dəyərlərə və dünyəvi dövlətçilik prinsiplərinə sadiqlik

Bakıda 200-dən çox adam saxlanıldı

Komitə sədri: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Milli QHT Forumu: Milli dəyərlərin və dünyəvi təhsilin qorunması üçün ictimai həmrəylik vacibdir

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

YAP Astara rayon təşkilatında VIII Qurultaydan irəli gələn məsələlər müzakirə olunub+FOTO

Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

XX ƏSRİN ƏN NÜFUZLU İQTİSADÇISI KEYNS NİYƏ NOBEL SÜLH MÜKAFATI ALA BİLMƏYİB?

Bütün xəbərlər