Son 30 ildə ölkəmizin fauna və florası, meşə təsərrüfatı bir çox ağır problemlərlə üzləşdi. İşğalçı Ermənistan tərəfindən ölkəmizə qarşı edilən təcavüz nəticəsində meşələrimizə sağalmaz yara vuruldu. Ermənistanın təcavüzü nəticəsində 251 min ha (və ya meşə ilə örtülü sahənin 25%-i) meşə sahəsi 30 il ərzində işğal altında qaldığından, 10,2 min ha meşə sahəsi təsərrüfat dövriyyəsindən çıxdı. İşğal altında qalmış meşələrimiz vəhşicəsinə qırılıb talan edildi. Torpaqlarımız işğal altında olan müddətdə ermənilər tərəfindən kompleks şəkildə istismara məruz qaldı, flora və faunası məhv edildi. İşğalda olan ərazilərin biomüxtəlifliyinin böyük halqasını təşkil edən Dağlıq Qarabağ faunası illərdən bəri təhlükə altında idi. Ermənilər Həkəri çayının məcrasını Zəngilan rayonunun Babaylı kəndi ərazisindən keçən hissədə dəyişdi. Süni göl yaratmağa çalışan ermənilər kəndin bütün əkin sahələrini bataqlığa çevirdi. 30 il ərzində bataqlıq sahəsi genişlənərək daha iki kəndin ərazisinə yayıldı. Nəticədə Babaylı kəndi ilə yanaşı, Məmmədbəyli və Üçüncü Ağalı kəndlərinin də əkin sahələrində bataqlıq yarandı. Bundan başqa, qamış və kol bitkiləri də əkin sahələrinin sıradan çıxmasına səbəb oldu. Zəngilan rayonu Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçdikdən sonra çayın qarşısı açılıb və yenidən Araz çayına tökülməsi təmin olunub. Hazırda yaranmış göl boşaldılsa da, eroziyaya uğramış torpaq sahələrinin bərpası üçün illərlə zaman lazımdır. Torpaqlarımız tam şəkildə azad olunduqdan sonra Azərbaycanın Qarabağ regionunda və təcavüzə məruz qalmış digər bölgələrində fauna və floraya dağıldığının bir daha şahidi olduq. İşğaldan azad olunmuş ərazilərimizdə nadir fauna və floraya malik meşə sərvətləri, çox qiymətli su mənbələri var. Erməni işğalçı qüvvələri Azərbaycanın təbii sərvətlərini
bacardıqca tükəndirməyi qarşılarına ən ali məqsəd kimi qoymuşdular. Ermənistan ekoloji terrorunun davamı olaraq noyabr ayında Şuşa şəhəri ətrafında Topxana meşəsini zəhərli və dünyada istifadəsi qadağan olunmuş ağ fosfor maddəsindən istifadə edərək yandırmış, döyüş bölgəsindən uzaqda yerləşən Ağgöl və Göygöl Milli Parkları ərazilərinə raket ataraq yangın törətmişdir. İşgaldan azad olunmuş Zəngilan rayonu ərazisində sahəsi 117 ha olan dünyada anoloqu olmayan təbii çinar meşəsi vardır. Onun 107 hektarı Bəsitçay Dövlət Qoruğu ərazisini təşkil edir. Qoruq ərazisində olan çinar meşəsində agacların bir hissəsi qırılıb, agaclar kökündən çıxarılaraq doğranıb mebel sexlərinə, xarici ölkələ daşınmış, qoruq ərazisi də ekolji terrora məruz qalmışdır. Ermənistanın ekoloji terroru nəticəsində su ehtiyatları, çaylar da çirklənməyə məruz qalmışdır. Bunun nəticəsidir ki, Azərbaycan ərazisindən keçən Araz çayının 43 km hissəsində mikroflora və mikrofauna məhv edilib və suyun tərkibindəki agır metalların miqdarı normadan dəfələrlə çoxdur. Araz çayını ən çox çirkləndirən çaylardan biri Zəngilan rayonu ərazisindən axan Oxçuçaydır. Ermənistan dağ-mədən kombinatlarının yüz min tonlarla ağır metal duzlarını, turş sularını Oxçuçayına axıdır, ekoloji terror törədir. Tərtər rayonunun Suqovuşan kəndinin işğaldan azad olunması Ermənistan tərəfindən su axıntısının qarşısını aldığı Suqovuşan su anbarının da azad olunması ilə nəticələndi. Qarabağ və onun ətrafındakı rayonların uzun müddət işğal altında
saxlanılması nəticəsində həmin ərazilərdə bioloji müxtəlifliyə, o cümlədən, flora və fauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub.
Ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, qiymətli ağac növləri ilə zəngin meşələr, eləcə də təbiət abidələri, ümumilikdə yeraltı və yerüstü təbii sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulub və Azərbaycanın ekologiyasına ciddi ziyan dəyib. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti məhz Şuşa şəhəri yaxınlığında yerləşən və dövlət qoruğu hesab edilən Topxana meşələrinin qırılması ilə başlamışdır. Ermənistanın işğalı altında qalmış 260 min 311 hektar meşə sahəsi və bu ərazilərdə palıd, fıstıq, vələs, göyrüş, şam, ağcaqayın, ayı fındığı, qoz, çinar kimi qiymətli ağac cinsləri kəsilərək müxtəlif məqsədlər üçün istifadə olunub. Azərbaycanın işğaldan azad olunan ərazilərində ekoloji əhəmiyyətə malik 7 relikt göl və 10 su anbarı işğalçı Ermənistan tərəfindən ciddi antropogen təsirə məruz qalmışdır. Azərbaycan ərazisindən axan çayların çoxu Ermənistandan və Qarabağın ərazisindən qaynaqlanır. İşğal olunmuş ərazilərdə axan və yerləşən su mənbələrinin uzun illər boyu çirkləndirilməsi qiymətli balıq növlərinin yox olmasına və balıq ehtiyatlarının tükənməsinə səbəb olub. Özünün iqlim və landşaft müxtəlifliyi ilə
seçilən Qarabağ zonası flora və fauna müxtəlifliyinin zənginliyi, yeraltı və yerüstü sərvətləri, bərəkətli torpaqları, kəhriz və müalicəvi bulaqları, şəfalı suları ilə həmişə seçilmişdir. Burada çoxsaylı, o cümlədən Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilmiş qiymətli bitki və heyvan növləri, qoruq və yasaqlıqlar mövcud olmuş, mədəni bitkilərin Azərbaycan xalqı tərəfindən yaradılmış seleksiya nümunələri geniş şəkildə becərilmişdir. Torpaqlar, su mənbələri, o cümlədən kəhrizlər və suvarma sistemləri düşmən tərəfindən dağıdılmış, bilərəkdən zəhərli maddələrlə çirkləndirilmişdir. Zəbt olunan sahələrdə yanğınlar torpağın üst münbit qatının sıradan çıxmasından əlavə, burada məskunlaşan heyvanların yanmasına, quş yumurtalarının, balalarının tələfatına, növlərin və ya onların fərd sayının kəskin azalmasına gətirib çıxarmışdır. Cənab Prezident tərəfindən 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub ki, bu da ölkəmizin geosiyasi və geostrateji mövqeyinin daha da möhkəmləndirəcək. Bu görülən irimiqyaslı işlərin davamı kimi BMT-nin iqlim dəyişiklikləri üzrə Çərçivə Konvensiyası COP 29 insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədi daşıdı. 1992-ci ilin iyununda Rio-de- Janeyro şəhərində əsası qoyulan "Tərəflər Konfransı" kimi nəhəng, 198 üzv dövləti özündə birləşdirən COP-29-un ölkəmizdə keçirilmə qərarı Azərbaycan rəhbərinin müstəsna əməyinin nəticəsidir. Hər il keçirilən, ilk dəfə 1995-ci ilin martında Berlində təşkil olunan COP-un katibliyi Bonn şəhərində yerləşir. Bütün böyük dövlətlər bu tədbirə ev sahibliyi etməyə çalışır. Bu tədbirin ölkəmizdə keçirilmə qərarının müstəsna əhəmiyyəti oldu. Dünyanın hər yerindən gələn 70-80 min qonaq, işğaldan azad edilmiş ərazilərimizlə yaxından tanış oldular. Bu həm də fauna və floranın, turizmin inkişafına təkan verdi. Bu gün hər birimiz təbiətdən zövq almalı, təbiətin keşiyində dayanmalıyıq. Ana yurdumuzun təbiəti ulu Tanrının bizə bəxş etdiyi elə gözəl sənət əsəridir ki, bu əsəri korlamaq, ona laqeyd münasibət bəsləmək ən azı insafsızlıqdır. Təbiətin qorunması, mühafizə olunması da ümumxalq işidir. Odur ki, Vətənimizin hər gülünün, çiçəyinin qədrini bilməli, təbiətin nadir inciləri olub, adı "Qırmızı Kitab"a düşən bitki, ağac və heyvanları qorumalı, ona qayğı ilə yanaşmalıyıq.



Qəribə Məmmədova. ADPU-nin dosenti, filologiya üzrə fəlsəfə doktoru

Son xəbərlər

Xırdalan-Sumqayıt qatarının fəaliyyəti bu tarixdə bərpa olunacaq

İnsan hüquq və azadlıqlarının qorunması prioritetdir

Sosial ədalət müasir cəmiyyətin əsas dəyərlərindən biridir

Şahin Seyidzadə:Azərbaycanın Konstitusiyası suverenliyimizin əbədi təminatıdır

Bu ərazilərdə mənzillərin qiyməti KƏSKİN ENDİ

Balakəndə Zəfər Günü silsilə tədbirlər və böyük coşqu ilə qeyd edilib

İlham Əliyevin idman və Olimpiya hərəkatinda zəfər salnaməsi!

8 Noyabr zəfəri xalqımızın tarixində qızıl hərflərlə yazılan şanlı gündür

Balakəndə Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib+FOTOLAR

Qəşəm Nəcəfzadəyə vəzifə verildi

Yalnız elmi-texnoloji və milli dəyərlərə əsaslanan cəmiyyət dayanıqlı gələcək qura bilər - Şərh

Binəqədidə şəhid övladlarının iştirakı ilə bayram tədbiri təşkil olunub+FOTOLAR

Gerçək ziyalı, xeyirxah insan, nümunəvi ailə başçısı olan Rasim Daşdəmirov vəzifədə olarkən əzmkar məmur fəaliyyətindəki prinsipial mövqeyi və peşəkarlığı ilə daha çox seçilib

Şahin Seyidzadə: Şuşa Azərbaycanın milli özünüdərkinin mərkəzidir

DAYAQ təşkilatı “8 noyabr Zəfər Bayramı” ilə əlaqədar ziyafət təşkil edib+FOTOLAR

Hikmət Hacıyev Zəngəzur dəhlizindən foto paylaşdı

Çingiz Abdullayev “Ramiz Mehdiyev işi” ilə bağlı kitab yazacaq: "Niyə də olmasın?"

Abşeronda narkomaniyaya qarşı maarifləndirici görüş keçirilib

İxtiraçı alim Məlahət Qəhrəmanovanın rəhbərliyi altında Parazitologiya mərkəzinin açılışı olub

Qubadlının işğaldan azad edilməsi strateji əhəmiyyət kəsb edirdi

Azad edilmiş bütün ərazilərdə müasir standartlara uyğun infrastruktur yaradılır

ZƏNGİLAN QƏHRƏMANLIQ RƏMZİ VƏ TARİXİ ZƏFƏRİN SİMVOLUDUR

Ramiz Mehdiyev dövlətə xəyanətdə ittiham olunur

MDB dövlətləri və qarşılıqlı dəstək strateji, iqtisadi və mədəni perspektivlər

Balakəndə “Narkomaniya və dini radikalizmlə mübarizə” adlı maarifləndirmə tədbiri keçirilib+FOTOLAR

Azərbaycan TDT-nin geosiyasi mərkəz kimi güclənməsinə töhfə verir

Bakıda I Beynəlxalq Parazitologiya Konfransı keçirilib

Şahin Seyidzadə:Cəbrayılın Cocuq Mərcanlı kəndi Böyük Qayıdışın başlanğıc nöqtəsinə çevrildi

3 oktyabr - Müstəqil Azərbaycanın taleyini dəyişən gün

Elnarə Akimova: Ümummilli Lider Heydər Əliyev müstəqil və qüdrətli Azərbaycanın banisidir

Elşad Daşdəmirov: 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri nəticəsində qalib xalq olaraq suverenliyimizi bərpa etdik

Prezzident İlham Əliyevin BMT tribunasından MESAJLARI

Prezident İlham Əliyev qalib ölkənin lideri kimi BMT kürsüsündən vacib mesajlar verdi

Bütün xəbərlər