Azərbaycan hökuməti əsas iddia sənədini Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu, İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında Konvensiyaya uyğun olaraq ölkəmizin Ermənistana qarşı qaldırdığı beynəlxalq məhkəmə proseslərində mühüm inkişafdır.

Qeyd olunub ki, məhkəməyə təqdim edilmiş əsas iddia sənədi otuz illik ədalətsizliyi qeydə alan minlərlə səhifəlik dəlillərə əsaslanır. Sənəd, Ermənistan tərəfindən ən dəhşətli aktlardan biri olan etnik və milli mənsubiyyətə görə təmizləmə nəticəsində qətlə yetirilmiş, didərgin salınmış və zərər çəkmiş azərbaycanlılar haqqında ətraflı məlumatları ehtiva edir.

Ermənistanın qəsbkarlığı və Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin qeyri-qanuni işğalı düşünülmüş və məqsədyönlü etnik təmizləmə siyasəti ilə müşayiət olunub. 2020-ci ilə qədər davam edən bu fəaliyyətin məqsədi Azərbaycan rayonlarının dağıdılması, talan edilməsi və istismarı yolu ilə ölkəmizin ərazisində erməni yaşayış məskəni yaratmaq məqsədi daşıyıb.

Azərbaycan 2020-ci ildə torpaqlarını azad etdikdən sonra sözügedən ərazilərdə dəlillərin genişmiqyaslı toplanması işini həyata keçirib. Ermənistanın yüz minlərlə insanın həyatını, saysız-hesabsız ailələri və icmaları, əvəzolunmaz mədəni irsi və ətraf mühiti məhv etməsinin miqyası həqiqətən də dəhşətlidir.

Ermənistanın etnik ayrı-seçkilik siyasəti və əməlləri, o cümlədən otuz ilə yaxın müddətdə ərazilərimizin qeyri-qanuni işğalı həmvətənlərimizin Azərbaycanın Qarabağ bölgəsindəki evlərinə qayıtmasına mane olub. Bugünədək yüzminlərlə azərbaycanlı məcburi köçkün hələ də öz keçmiş evlərinə qayıda bilmir. İşğal dövründə və 2020-ci ildə müharibədən sonra ərazilərdən geri çəkilərkən “yandırılmış torpaq” siyasətinin tərkib hissəsi kimi Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan və Kəlbəcər kimi şəhərlər Ermənistan tərəfindən tamamilə dağıdılıb. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 1991-ci ildə işğalından sonra Azərbaycanın Qarabağ bölgəsində yerləşən tikililərin 95 faizi yerlə-yeksan edilib.

Bu ayrı-seçkilik siyasətinə Ermənistanın mülki evləri və yaşayış məntəqələrini partlayıcı vasitələr və minalarla hədəfə alması da daxildir. 44 günlük Vətən Müharibəsinin başa çatmasından sonra mina partlayışlarında 282 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. Minalar Ermənistanın azərbaycanlı məcburi köçkünlərin geri qayıtmasına mane olmaq kampaniyasının mühüm elementi və ağır mirasıdır.

Azərbaycan tərəfi təqdim edilmiş müfəssəl sübutlar əsasında, azərbaycanlıların hüquqlarının geniş şəkildə pozulmasına görə Ermənistanın məsuliyyət daşıdığına dair vəsatətin təmin olunmasını məhkəmədən tələb edib. Xüsusilə, etnik təmizləmə, o cümlədən qəsdən həyatdan və mülkiyyət hüququndan məhrumetmə, işgəncə, mədəni irsin məhvi, erməni əhalisi arasında azərbaycanlılara qarşı nifrətin təbliği və Ermənistanda nifrət zəminində yaradılmış silahlı qruplara dövlət yardımı ilə bağlı Ermənistan hökumətinin məsuliyyət daşıdığının bəyan edilməsi üçün müraciət ünvanlanıb.

Azərbaycan tərəfinin müraciətində, həmçinin Ermənistanın itkin düşmüş azərbaycanlılara dair bütün məlumatları açıqlamaqla bağlı öhdəliklərini yerinə yetirməsinin, qanunsuz ələ keçirilmiş bütün əmlak və torpaqları azərbaycanlılara geri qaytarmasının, nifrət zəminində təbliğatı dayandırmasının və insan hüquqlarının otuz il ərzində pozulmasına görə məsuliyyətə cəlb olunmasının vacib olduğu vurğulanıb.

Azərbaycan tərəfi sözügedən cinayətləri törədənlərin beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması istiqamətində bütün zəruri tədbirləri davam etdirəcək.

Son xəbərlər

ABŞ və İran bir-birinə qarşılıqlı zərbələr endirdilər

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

Azərbaycanda ən çox və ən az olan heyvanlar

"Soyqırımı və deportasiya qurbanlarına dəstək” layihəsinin icrası ilə bağlı görüş keçirilib

Tahir Mirkişili: Azərbaycanın “Enerji Keçidi” Siyasəti: Paralel İnkişaf Modeli

Gənclər Təşkilatlarının Resurs Mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi

Pedaqoji Universitetdə veteranlar təşkilatının nümayəndələri ilə görüş keçirilib

Kremldə Putini bu addımdan çəkindirməyə çalışıblar

Sabah ölkə ərazisində intensiv yağış yağacaq

Paşinyan: Ermənistan və Aİ iki il ərzində vizasız rejim tətbiq edəcək

Almanlar Azərbaycan atlarına heyran qaldı - FOTOLAR

Masallıda birgə təşkil olunan konfrans keçirilib

Şəhərsalma - yaşıllaşdırmadan başlayır

Şəhərsalma - yaşıllaşdırmadan başlayır

WUF: ŞƏHƏR İQTİSADİYYATI-Deputatdan MARAQLI TƏHLİL

Dilqəm Quliyev:"Şəhərsalmada İdman Akademiyasının fəaliyyəti”

"Laçının azad edilməsi Azərbaycanın hərbi-diplomatik gücünün təntənəsidir”

Dilqəm Quliyev: Azərbaycanda Şəhərsalmanın Tarixi

Tahir Mirkişili Sumqayıt şəhərində vətəndaşlarla növbəti görüşünü keçirib

Sumqayıt Dövlət Universitetində millət vəkili Tahir Mirkişili ilə tələbələrin görüşü keçirilib

Əbədi Birlik Gənclər İctimai Birliyi tərəfindən Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirildi

Beynəlxalq Talassemiya Gününə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilib

Avropa üçün seçim anı: Ya tərəfdaşlıq, ya dərinləşən böhran

“Neftdən günəşə: dünya iqtisadiyyatında yeni enerji erası başlayır”

Dllərin ən gözəli - Ana dilim

Yeni dünyada dövlətin iqtisadiyyatda rolu: bazardan tərəfdaşlığa keçid

Azərbaycan - Qazaxıstan idman əlaqələri

Professor Dilqəm Quliyev: Qərbi Azərbaycan idmançıları Olimpiya oyunlarında

Səxavət Tağlar Nərgiz Hüseynovanı TƏBRİK EDİB

İSRAİL və AVROPAYA QAZ İXRACI: resurs, marşrut və rəqabət

Tahir Mirkişili Sumqayıtda növbəti vətəndaş qəbulu keçirib

AVROPA BİRLİYİNDƏ İQTİSADİ SAHƏDƏ NƏ BAŞ VERİR?

Rizvan Nəbiyev: 31 Mart soyqırımı azərbaycanlılara qarşı törədilmiş misilsiz zorakılıqdır

Bütün xəbərlər