Şahin Seyidzadə:Cəbrayılın Cocuq Mərcanlı kəndi Böyük Qayıdışın başlanğıc nöqtəsinə çevrildi


Qəhrəmanlıq və qayıdış salnaməsi

Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizənin ən şanlı səhifələrindən biri Cəbrayıl rayonunun taleyi ilə bağlıdır. Qarabağın və Şərqi Zəngəzurun strateji bölgələrindən olan Cəbrayıl, əsrlər boyu zəngin mədəniyyətə, məhsuldar torpaqlara, qədim abidələrə və çalışqan insanlara malik bir diyar kimi tanınmışdır. Lakin XX əsrin sonunda Ermənistanın işğalçılıq siyasəti nəticəsində bu gözəl diyar ağır sınaqlarla üzləşmiş, dağıntılara, vəhşiliyə və insanlıq əleyhinə cinayətlərə məruz qalmışdır. 4 oktyabr – Cəbrayıl şəhəri günü bu gün artıq yalnız bir anım tarixi deyil, həm də qələbə, yenidənqurma və dövlətimizin gücünün simvoluna çevrilmişdir.

1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələrinin işğalı nəticəsində Cəbrayıl rayonu tamamilə viran qoyuldu. 1 şəhər, 4 qəsəbə və 92 kəndin hər biri düşmənin vəhşiliyinə məruz qaldı. İşğal nəticəsində Azərbaycan dövlətinə vurulan ziyanın miqdarı 13,9 milyard ABŞ dolları olaraq qiymətləndirilmişdir. 1050 kvadrat kilometr ərazini əhatə edən və 52 min nəfər əhalisi olan rayonun bütün sosial-mədəni infrastrukturu yerlə-yeksan edildi. Rayonun 72 məktəbi, 8 xəstəxanası, 132 tarixi abidəsi, 150 mədəniyyət ocağı, 78 kitabxanası, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub və bir muzeyi işğal dövründə məhv edildi. 20 mindən artıq eksponatı qoruyan Cəbrayıl tarix-diyarşünaslıq muzeyi talan olundu. Əhalinin əsas məşğuliyyət sahələri olan üzümçülük, heyvandarlıq, baramaçılıq və taxılçılıq tamamilə iflic vəziyyətinə salındı. İşğal zamanı 362 nəfər Cəbrayıllı şəhid oldu, 191 nəfər əlil kimi həyatını davam etdirməli oldu. Onlardan 6 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. On minlərlə Cəbrayıllı isə ölkənin müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşamağa məhkum edildi. 58 rayon üzrə yataqxanalarda, düşərgələrdə, yük vaqonlarında və yarımçıq binalarda məskunlaşan bu insanlar illərlə doğma yurd nisgilini ürəklərində daşıdılar. Cəbrayıl rayonu təkcə təbii sərvətləri ilə deyil, həm də qədim mədəniyyət nümunələri ilə seçilirdi. Dağtumas kəndindəki “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, Diri dağındakı Mazannənə və Mərmər nənə məqbərələri, Sirik kəndindəki “Qala”, Xudafərin körpüləri, Sultan Məcid hamamı, Şıxlar kəndindəki Dairəvi Türbə kimi nadir tarixi abidələr işğal zamanı dağıdıldı. Bu, yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş mədəni soyqırımı idi. Azərbaycan Ordusu hələ 1994-cü ilin yanvarında Horadiz əməliyyatı nəticəsində Cəbrayılın Cocuq Mərcanlı kəndini azad etmişdi. Bu kənd illərlə ön cəbhə kəndi kimi Böyük Qayıdışın başlanğıc nöqtəsinə çevrildi. 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad olunması isə Cəbrayıl uğrunda mübarizədə strateji dönüş yaratdı. 2020-ci il 27 sentyabr tarixində başlanan Vətən müharibəsi Cəbrayılın taleyini həll etdi. 4 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu Cəbrayıl şəhərini və 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decalı azad etdi. Ümumilikdə isə rayonun 1 şəhəri və 90 kəndi işğaldan azad olundu. Cəbrayıl uğrunda döyüşlər xüsusi qəhrəmanlıqla yadda qaldı. Düşmənin illərlə qurduğu möhkəmləndirilmiş istehkam xətləri yarıldı, böyük itkilər verən erməni ordusu geri çəkilməyə məcbur oldu. Bu qələbə Azərbaycanın Xocavənd, Zəngilan və Qubadlı rayonlarına doğru irəliləməsinə geniş imkanlar açdı. Azərbaycan dövlətinin möhtəşəm qələbəsi Cəbrayılın azad olunması ilə tarixə yazıldı. 26 noyabr 2020-ci ildə “Cəbrayılın azad olunmasına görə” medalı təsis olundu və bu döyüşlərdə qəhrəmanlıq göstərən 22 minə yaxın hərbi qulluqçu təltif edildi. Cəbrayılın azad edilməsinin rəmzi hadisələrindən biri Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması idi. 16 noyabr 2020-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyev Cəbrayıl şəhərinə və Xudafərin körpüsünə səfər edərək dövlət bayrağını dalğalandırdı. Bu, Azərbaycanın ərazi bütövlüyünün bərpasının dünyaya rəsmi bəyanı, tarixi ədalətin təntənəsi idi. Cəbrayılın azad olunması ilə yanaşı, dövlətimiz Böyük Qayıdış prosesinə start verdi. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə hər il 4 oktyabr Cəbrayıl şəhəri günü kimi qeyd olunmağa başlandı. Bu qərar həm şəhidlərin xatirəsinə ehtiramın ifadəsi, həm də yeni inkişaf dövrünün başlanğıcının təsdiqidir. Artıq Cəbrayıl rayonunda iri infrastruktur layihələri həyata keçirilir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılmış, yeni elektrik yarımstansiyası istifadəyə verilmişdir. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu, Şükürbəyli-Cəbrayıl-Hadrut və Xudafərin-Qubadlı-Laçın yolları regionun strateji əhəmiyyətini daha da artırır. Bununla yanaşı, Cəbrayıl şəhərinin 2040-cı ilə qədər inkişafına dair Baş plan təsdiq olunmuş, Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı kəndlərinin baş planları hazırlanmışdır. Hər bir yaşayış məntəqəsində məktəblər, bağçalar, səhiyyə müəssisələri, idman və mədəniyyət mərkəzləri tikilir. İlk köç karvanı artıq Cəbrayıla qayıdıb və yüzlərlə ailə doğma yurduna qovuşub. Prezident İlham Əliyevin Cəbrayıl rayonuna etdiyi səfərlər bu diyarın bərpa və inkişafına dövlət tərəfindən göstərilən xüsusi diqqətin bariz nümunəsidir. 2020-ci ildən bu günədək dövlət başçısı dəfələrlə Cəbrayılda olmuş, məktəblərin, xəstəxanaların, sənaye parklarının, elektrik və yol infrastrukturunun, kəndlərin və yaşayış komplekslərinin təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir. Ən mühüm hadisələrdən biri isə 2022-ci ildə Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cəbrayıla birgə səfəri olmuşdur. Bu səfər Azərbaycan–Türkiyə qardaşlığının və Qarabağ uğrunda mübarizədə birliyin ən yüksək təzahürlərindən biri kimi tarixə düşdü. Bu gün Cəbrayıl rayonu işğal illərinin dağıntılarından qurtulmuş, yenidən dirçəliş dövrünə qədəm qoymuşdur. 4 oktyabr – Cəbrayıl şəhəri günü həm şəhidlərin əziz xatirəsini yad etməyə, həm də bu torpaqlarda qurulan yeni həyatın sevinci ilə bölüşməyə çağırır. Azərbaycan xalqı və dövləti öz ərazi bütövlüyünü bərpa etməklə təkcə tarix qarşısında ədaləti təmin etmədi, həm də gələcək nəsillər üçün qüdrətli dövlətin əzəmətini nümayiş etdirdi. Cəbrayılın azad olunması Azərbaycanın milli qürur mənbəyi, əbədi yaddaş və gələcəyə inamın simvoludur.

Son xəbərlər

Sumqayıtda “Əsrin müqaviləsindən – Suverenliyə” mövzusunda elmi-praktik konfrans keçirilib

Sumqayıtda “PeşəFest-2026” tədbiri keçirilib

Dilqəm Quliyev: Bəşər tarixində ümumi xalqın bir arzusu olub- Azadlıq!

Tahir Mirkişili:Türk dünyası Azərbaycana strateji dərinlik, Qafqaz regional çəki, İslam dünyası iqtisadi-siyasi imkanlar verir

Tahir Mirkişili Sumqayıtda növbəti vətəndaş qəbulu keçirib

Azərbaycanın Qarabağ siyasəti: sülh, quruculuq və iqtisadi inkişaf - ŞƏRH

Abşeronda Bilik Günü münasibətilə tədbirlər keçirilib

Hərbi qələbədən böyük quruculuğa: azad Qarabağ inkişaf məkanına çevrilir

Ferhat Pirinççi: Bakı Türk dünyası baxımından unikal və mühüm mərkəzdir

Burhanettin Duran: Türk dünyası güclü koordinasiya ilə hərəkət etməlidir

Tahir Mirkişili Bilik Günü münasibətilə təbrik paylaşımı edib

Pezeşkian Azərbaycanın müstəqilliyi ilə bağlı kitabı öpdü və "mütləq oxuyacam" dedi

UNEC-də “İqtisadi dinamikanın əsasları” dərsliyinin təqdimatı keçirilib

10 İLDƏN SONRA DÖVLƏT HƏR KƏSƏ YÜKSƏK GƏLİR ÖDƏMƏLİ OLACAQMI?

GENDER məsələsi, yoxsa İQTİSADİ data çatışmazlığı?

AQSİA üzvləri AYLA Plastik MMC-nin fəaliyyəti ilə tanış olublar

TƏHSİLDƏ SÜNİ İNTELLEKDƏN İSTİFADƏNİ TƏNZİMLƏMƏK MÜMKÜNDÜRMÜ?

QHT-lərin rəqəmsal dayanıqlılığı və kibertəhlükəsizliyi “NGO Tech Talks” sessiyasında müzakirə olunub

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Zəfər Nəğməsi

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Bütün xəbərlər