Professor Dilqəm Quliyev Prezident İlham Əliyevə  təbrik məktubu göndərib


Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan,

Zəfər Tarixi yazan Lider İlham Heydər oğlu Əliyev!

Sizi doğum gününüz münasibətilə təbrik edirəm!


Şəxsən öz adımdan, ailə üzvlərim və idman ictimaiyyəti adından müstəqil Azərbaycanın tarixində ilk dəfə ölkənin beynəlxalq səviyyədə tanınmış, tam bərpa edilmiş, ərazi bütövlüyü və suverenliyi çərçivəsində keçirilən idman oyunlarına görə təşəkkür edirəm!

Möhtərəm cənab Prezident,
Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev Siz tərəfdən inamla davam etdirilir. Təbii ki, idman da diqqət və qayğıdan kənarda deyil. Bu qayğı və şəxsən Sizin diqqətiniz biz idmançıları yeni qələbələrə səsləyir.

Möhtərəm cənab Prezident, Sizin rəhbərliyiniz ilə 1997-ci ildən həyata keçirilən tədbirlər qısa zaman kəsiyində öz bəhrəsini verməyə başladı. İdmançılara dövlət qayğısı ilə yanaşı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərə start verildi. 2000-ci ildən etibarən Azərbaycanın müxtəlif bölgələrində 50-yə yaxın müasir tipli Olimpiya İdman Kompleksləri tikilib istifadəyə verilməyə başladı.

Möhtərəm cənab Prezident, onu da qeyd etmək istəyirik ki, bu gün Sizin bədən tərbiyəsi və idmana göstərdiyinz diqqət və qayğı nəticəsində ölkədə idman böyük sürətlə kütləviləşir. Bu, da gənclərimizi daha böyük qələbələrə ruhlandırır. İdmançılara qayğı və diqqətin artırılması işi dövlət səviyyəsində davam etdirilir. Şübhə yoxdur ki, bütün sahələrdə olduğu kimi, idman və Olimpiya hərəkatı sahəsində də Sizin iradəniz və diqqətiniz respublikamıza yeni-yeni uğurlar gətirəcək.
İdman tarixi uğurlarla dolu olan ölkəmiz artıq dünyada idman ölkəsi kimi tanınır. Dünya idman arenasında öz layiqli yerini tutan Azərbaycan bir çox beynəlxalq yarışların ev sahibi olub. Ölkəmizdə keçirilən bu yarışlar artıq bir növ adət halını alıb. Hər il ölkəmizdə bədii gimnastika, taekvando, güləş, boks, karate, futbol və s. idman növləri üzrə dünya və qitə çempionatları, Olimpiya oyunlarının lisenziya turnirləri keçirilir. Ümumilikdə son 10 ildə Azərbaycanda 300-dən çox beynəlxalq yarış keçirilib. 

Möhtərəm cənab Prezident, dekabrın 25-də Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə Siz çıxışınızda demişdiniz: «Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bizim idman nəticələrimiz, uğurlarımız, qələbələrimiz, eyni zamanda, idmana dövlət tərəfindən göstərilən dəstək, dövlət proqramlarının icrası, əlbəttə ki, beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalar bizim fəaliyyətimizə çox yüksək qiymət verirlər”.

Möhtərəm cənab Prezident, “Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının nümayəndə heyəti Bakıdakı idman infrastrukturunu yüksək qiymətləndirdi. Məhz bundan sonra Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib.
Bakıya 2026-cı il üçün “Dünyanın İdman Paytaxtı” adı verilməsi məhs Sizin bədən tərbiyəsi və idmana diqqət və qayğınız ölkəmizdə ictimai sağlamlıq, kütləvi idmanın inkişafı və gənclərin aktiv həyat tərzinə təşviqi baxımından yeni imkanlar açır. Bu status Bakının idman şəhəri kimi turizm, beynəlxalq investisiya mühitinə də müsbət təsir göstərəcək.

Möhtərəm cənab Prezident, mən bütün idman ictimaiyyəti adından doğum gününüz münasibətilə Sizi təbrik edirəm. Sizə uğurlar arzulayırıq. Allah sizi və ailənizi qorusun.



Dərin hörmət və ehtiramla,

Dilqəm Quliyev,
pedaqogika üzrə elmlər doktoru,
professor.

Son xəbərlər

Deputat: TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi vahid strateji idarəetməni gücləndirəcək

Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb

Azərbaycan Ahmet Şanlı və daha 6 nəfəri beynəlxalq axtarışa verd

Leyla Əliyeva Türkmənistanda səfərdədir

Prezident onları təltif etdi - Siyahı

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb - Foto

20 Oktyabr – Zəngilan Şəhəri Günü də məhz belə əlamətdar tarixlərdəndir

Xəbər veriyimiz kimi, Anar Məhərrəm oğlu Bayramov yeni Səhiyyə naziri təyin edilib.

Azərbaycan Asiya ilə Avropa arasında strateji körpü rolunu oynayır

Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir

Bakı Zirvə Görüşü Azərbaycanın beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa

Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası

Füzuli Şəhəri Günü Azərbaycan xalqının yenilməz iradəsinin və milli birliyimizin parlaq təzahürüdür

Vüqar Zifəroğlu Mətbuat Şurasına yeni sədr seçildi

Tahir Mirkişili: “Cənab İlham Əliyevi tarix hər zaman belə fəxrlə xatırlayacaq!”

Sakinlərə şad xəbər - Köç başlayır

16 yaşa qədər qadınların dünyaya gətirdiyi uşaqların sayı açıqlandı

Azərbaycan ilə Laos arasında əlaqələr dostluq və qarşılıqlı hörmətə əsaslanır

Fidan Hüseynova: Azərbaycanın çoxşaxəli xarici siyasəti

Bakıda “Kəlağayı yürüşü” keçirilir

Binəqədi Rayon İcra Hakimiyyətində bir sıra kadr dəyişiklikləri olub.

Azərbaycan və Kamboca əlaqələri uğurla inkişaf edir

Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır

Müasir təhsil, milli-mənəvi dəyərlər və vətəndaş məsuliyyəti

Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətindən AÇIQLAMA VAR

"Dini şəxsi məqsədlər üçün istismar etməklərinə imkan verməməliyik”

Vüsar İsmayılov: Azərbaycan iqtisadi tərəqqinin və təhlükəsizliyin ən etibarlı tərəfdaşlarından biridir

Geyimlərdəki fərqlilik şagirdin diqqətini təhsildən yayındırır - Nəsib Məhəməliyev

Azər Badamov:Milli dəyərlərin qorunması və dünyəvilik təhsil siyasətinin əsas prinsipləridir

Əhliman Tağıyev: Heç kim din pərdəsi altında dövlətin qanunlarına meydan oxumağı özünə haqq saya bilməz

Dünyəvi təhsil və milli kimlik - Azərbaycanın gələcəyini qoruyan dəyərlər

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir

Bütün xəbərlər