Sülh Şurasının əsas məqsədi qlobal sülhün təmin edilməsidir


ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasının ilk iclası keçirildi. Prezidenti Donald Tramp Sülh Şurasının sədri olaraq Şuranın qətnaməsini imzaladı. Sülh Şurasının üzvləri Şuranın fəaliyyətini təmin edəcək maliyyə bütövlüyü və şəffaflıq prinsiplərini müəyyənləşdirən qətnaməyə səs verdilər. Qətnamə yekdilliklə qəbul edildi. Bu, fevralın 19-da Vaşinqtonda dünyada sülhün möhkəmləndirilməsini əsas hədəf kimi qarşıya qoyan Sülh Şurasının ilk iclası ilə bağlı nəticələrdir. Bugünün müzakirə mövzusu təbii ki, beynəlxalq münasibətlər sisteminin hazırda köklü transformasiya mərhələsindən keçdiyi və mövcud qlobal idarəetmə mexanizmlərinin yeni reallıqlara adekvat cavab vermədiyi bir zamanda yaradılan Sülh Şurasının perspektivləridir.

Dünyada sülhün və təhlükəsizliyini yaradılması missiyasını üzərinə götürən, bu günədək qəbul etdiyi sənədlərin icrası üçün vahid mexanizm müəyyənləşdirməyən BMT-nin fəaliyyətsizliyi müxtəlif çağırışları şərtləndirir. Azərbaycan bu ilin yanvarında İsveçrədə keçirilən ənənəvi Davos Dünya İqtisadi Forumu çərçivəsində “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanması mərasimində iştirak etdi, Sülh Şurasına yaradıcı üzv statusu ilə qoşuldu. Azərbaycanın Sülh Şurasında bu statusda təmsil olunması ölkəmizin beynəlxalq münasibətlər sistemində artan siyasi çəkisinin və qlobal proseslərdə etibarlı tərəfdaş kimi qəbul olunmasının göstəricisidir. Azərbaycan hər zaman ədalətin, sülhün, təhlükəsizliyin tərəfdarı olub, bunu ən yüksək tribunalardan bəyan edib və bu gün də edir. Sülh, təhlükəsizlik hər bir ölkənin, ümumilikdə regionun və dünyanın dayanıqlı inkişafında əsas faktordur. Reallıq budur ki, ənənəvi beynəlxalq təşkilatlar və təsisatlar dünya ictimaiyyətinin üzləşdiyi təhlükəsizlik və humanitar problemləri həll etmək iqtidarında deyillər. Hazırda dünyada 60-dan artıq münaqişə ocağının mövcudluğu, o cümlədən Qəzzada baş verən hadisələr və Rusiya-Ukrayna müharibəsinin davam etməsi beynəlxalq mexanizmlərin iflasını bir daha təsdiqləyir.

Millixəbər.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan 30 il dünyadan ədalət gözlədi. Halbuki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni silahlı birləşmələrinin bu əraziləri qeyd-şərtsiz tərk etmələrinin vacibliyi öz əksini tapmışdı. Bu qətnamələrin qəbulunda iştirak edən və imzaları ilə təsdiqləyən dünya gücləri işğalçının öz adı ilə çağrılmasının guya problemin həllinə mənfi təsir göstərəcəyini, birtərəflilik kimi dəyərləndiriləcəyini bəhanə gətirərək keçmiş münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan və tarixin arxivinə atılan ATƏT-in Minsk qrupunun həmsədrləri kimi seyrçi mövqedə dayanmağa daha çox üstünlük verdilər. Çünki onları məsələnin həlli deyil, problemin dondurulması düşündürürdü. Azərbaycan 2020-ci ildə baş verən 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə ədaləti bərpa etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etdi. Azərbaycan bu Zəfəri ilə bəzi dünya güclərinə sübut etdi ki, ədalət və beynəlxalq hüquq meyarları mövcuddur, sadəcə onların tətbiqi üçün vahid mexanizm yoxdur. Ədalətin, beynəlxalq hüququn maraqlara qurban verilməsi nəinki keçmiş Qarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanmasına, eyni zamanda, onlarla münaqişə ocaqlarının yaranmasına səbəb oldu. Cərəyan edən proseslər fonunda bir daha təsdiqləndi ki, Birləşmiş Millətlər Təşkilatı münaqişələrin qarşısının alınması və həlli sahəsində yetərli siyasi iradə və təsir imkanları nümayiş etdirmir. Qurumun mövcud çağırışlara operativ və təsirli cavab verə bilməməsi yeni platformaların və çoxtərəfli mexanizmlərin formalaşmasını qaçılmaz edir. Məhz bu zərurətdən çıxış edərək Tramp Administrasiyası tərəfindən alternativ sülh mexanizmi kimi Sülh Şurası təşəbbüsü irəli sürüldü.

Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin çağırışlarında bu reallıq daim önə çəkilir ki, dünyada uzun illərdir müzakirə olunan mühüm məsələlərdən biri BMT sistemində aparılan islahatlardır. BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun. Bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Hərəkata sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır.

Görünən budur ki, BMT Nizamnaməsində təsbit olunmuş beynəlxalq sülhün qorunması, münaqişələrin dinc yolla həlli və dövlətlərin suveren bərabərliyi prinsiplərinin praktikada pozulması təşkilata olan etimadı ciddi şəkildə sarsıdır. Beynəlxalq təhlükəsizlik arxitekturasının yenidən dizaynına və daha çevik, effektiv mexanizmlərin yaradılmasına ehtiyac var. ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının ilk iclasında “BMT münaqişələrin həllində əvvəlkindən daha çox iştirak etməlidir”, “ABŞ BMT ilə çox yaxından işləyəcək”, “Bir gün mən burada olmayacağam. Düşünürəm ki, BMT daha güclü olacaq. Sülh Şurası demək olar ki, BMT-yə nəzarət edəcək və onun düzgün işləməsini təmin edəcək” kimi çağırışları özündə mühüm məqamları ehtiva edir. Sülh Şurasının gələcəyinə böyük inam ifadə edilir.

Millət vəkili bildirib ki, Azərbaycanın beynəlxalq müstəvidə fəal siyasət yürütməsi ölkəmizin inkişaf modeli, strateji sabitliyi və çoxtərəfli diplomatiyaya verdiyi töhfələri ilə birbaşa bağlıdır. Azərbaycanın çoxtərəfliliyin tərəfdarı olması ev sahibliyi etdiyi tədbirlərdə, qlobal problemlərin həllində göstərdiyi səylərdə də özünün aydın ifadəsini tapır. Dövlətimizin başçısı İlham Əliyev qlobal problemlərin həllində birgə səylərin göstərilməsinin vacibliyini bəyan etməklə yanaşı, bunu real addımları ilə təsdiqləyir. Prezident İlham Əliyev bu günlərdə Münxen Təhlükəsizlik Konfransının panel iclasındakı çıxışında, həmçinin müsahibələrində bu gün Azərbaycanın əsas çağırışının məhz sülh, təhlükəsizlik və əməkdaşlıq olduğunu bildirdi. Azərbaycanın dünyaya təqdim etdiyi sülh modeli ölkəmizin qətiyyətli mövqeyinin, ədalətə, beynəlxalq hüquqa söykənən siyasətinin nümayişidir. Bu fikirlər beynəlxalq tədbirlərdə Azərbaycanın uğuru, Prezident İlham Əliyevin liderliyinin göstəricisi kimi qeyd edilir. Ölkəmizin beynəlxalq problemlərin qarşısının alınmasında oynadığı rol konstruktiv yanaşma, dialoq və nəticəyönümlü diplomatiya prinsiplərinə əsaslanır. Ölkəmizin Sülh Şurası çərçivəsində önə çıxmasının əsas səbəblərindən biri məhz Ermənistanla sülh gündəliyinin irəli aparılması üzrə ortaya qoyduğu nümunəvi modeldir. Məhz bu model regionda uzun illər davam edən münaqişənin Prezident İlham Əliyevin liderliyi ilə həll olunmasını mümkün etdi. Qlobal kontekstdə bu təcrübə dövlətin öz suverenliyi və beynəlxalq hüquq çərçivəsində münaqişənin həllinə nail olduğu nadir nümunələrdən biri kimi qiymətləndirilir. Hazırda Sülh Şurasına qoşulmuş dövlətlərin sayı 28-dir. Bu rəqəmin artması istisna deyil. ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının ilk iclasında bu çağırışı etdi ki, Sülh Şurası istənilən ölkəyə açıqdır.

Vüqar Rəhimzadə vurğulayıb ki, Sülh Şurasında Azərbaycanın iştirakı ölkəmizin növbəti uğuru, Prezident İlham Əliyevin dünyada böyük nüfuzu və Ona olan hörmətin təzahürüdür. Prezident İlham Əliyev sülh gündəliyinin müəllifidir. Tədbir zamanı Prezident Trampın bir neçə dəfə Azərbaycan Prezidentinə xitab etməsi bunun bariz göstəricisidir. Dövlətimizin başçısı İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyanın tədbir çərçivəsində görüşməsi və bunun ABŞ Prezidenti Donald Tramp tərəfindən qeyd edilməsi qlobal sülhün və təhlükəsizliyin təmin olunmasında Azərbaycanın və Prezidentimizin rolunun göstəricisidir. Prezident İlham Əliyev Sülh Şurasının ilk iclasından öncə Münxendə Azərbaycan telekanallarına müsahibəsində bu təşkilatın gələcəyi ilə bağlı sualı cavablandırarkən bildirdi ki, beynəlxalq hüquq artıq etibarlı deyil. Ölkələr, bir çox ölkələr ona sadəcə məhəl qoymurdu. Yalnız beynəlxalq hüquqa arxalanmaq probleminizi həll etməyəcək. Azərbaycanın nümunəsi isə bunu həqiqətən nümayiş etdirir. Beləliklə, yeni dünya nizamının və ya hökumətlərarası münasibətlər üzrə yeni sistemin peyda olması, əlbəttə ki, işlənilmə mərhələsində idi. Məsələ onda idi ki, ilk addımı atmaq üçün kim üzərinə məsuliyyət götürəcək. Böyük gələcəyi olan təşkilatın - Sülh Şurasının yaradılması təşəbbüsü ilə çıxış etməklə Prezident Donald Tramp böyük bir iş gördü. Dövlət başçısı onu da vurğuladı ki, Birləşmiş Millətlər Təşkilatının tamamilə iflic vəziyyətə düşdüyünü görürük. O, hər hansı bir məsələyə təsir göstərə bilməyəcək. Alternativ də yoxdur. Biz birgə fəaliyyət zamanı daha çox sağlam düşüncəni görəcəyik. Çünki yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir. Yeni dünya nizamı sivil dünyanın münasibətləri və beynəlxalq nizamın yeni mexanizmləri deməkdir.

Son xəbərlər

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

U-17 (yeniyetmələr) dünya çempionatlarının nəticələrinin müqayisəsi (Bakı:2012-2026:)

Deputat: "Azərbaycanın dövlət rəsmiləri onların qarşısına çıxmaqdan çəkinmir, "söyüş müxalifəti" isə eyni ssenarini təkrarlayır"

Bütün xəbərlər