
Gündəm / Siyasət / Sosial
15.05.2026, 14:18
Tahir Mirkişili Sumqayıt şəhərində vətəndaşlarla növbəti görüşünü keçirib

Görüş zamanı sakinlərin müraciətləri dinlənilib, onları narahat edən sosial, məşğulluq, kommunal xidmətlər və digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Deputat vətəndaşların qaldırdıqları problemlərin operativ həlli istiqamətində aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində tədbirlərin görüləcəyini bildirib. Görüşdə iştirak edən sakinlər öz təklif və təşəbbüslərini də səsləndirərək bir sıra məsələlərin həlli ilə bağlı fikir mübadiləsi aparıblar.
Sumqayıt şəhərində keçirilən qəbul zamanı hər bir müraciət diqqətlə qeydə alınıb və bəzi məsələlərin yerində araşdırılması üçün müvafiq addımların atılması qərara alınıb.
Tahir Mirkişili vətəndaşlarla birbaşa ünsiyyətin vacibliyini vurğulayaraq, insanların problemlərinin dinlənilməsi və həlli istiqamətində görüşlərin davamlı keçiriləcəyini qeyd edib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












