Deputat: "Azərbaycanın dövlət rəsmiləri onların qarşısına çıxmaqdan çəkinmir, "söyüş müxalifəti" isə eyni ssenarini təkrarlayır"


Son dövrlər xaricdə fəaliyyət göstərən radikal "söyüş müxalifəti" yenidən eyni ssenarini təkrarlayır. Onlar özlərini "siyasi mübarizə aparan qüvvə" kimi təqdim etməyə çalışsalar da, cəmiyyət artıq görür ki, arqument və proqram əvəzinə, əsas silahları təhqir, böhtan, şantaj və şəxsi təhdidlərdir. Siyasi mübarizə aparmaq istəyən şəxs fakt və arqumentlə çıxış edər, küçə leksikası ilə yox. Diqqətçəkən məqam bundan ibarətdir ki, Azərbaycan dövlətinin rəsmiləri onların qarşısına çıxmaqdan çəkinmir, verilən sualları cavablandırır və mövqelərini əsaslandırırlar. Bunun fonunda isə radikal qrupların ciddi arqument ortaya qoya bilmədikləri, müzakirəni yenidən söyüş və təhqir müstəvisinə çəkməyə çalışdıqları açıq görünür".

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

"Bu qrupların fəaliyyəti artıq siyasi mübarizə deyil, sosial şəbəkələrdə diqqət toplamaq naminə aparılan ucuz təxribat kampaniyasını xatırladır. Onlar Azərbaycanın maraqlarını müdafiə etmək əvəzinə, ölkənin beynəlxalq imicinə zərbə vurmağa çalışır, xarici dairələrin informasiya gündəminə xidmət edən davranışlar nümayiş etdirirlər. Azərbaycan cəmiyyəti isə çoxdan seçim edib. İnsanlar söyüş siyasətini deyil, nəticə verən siyasəti, məsuliyyətli mövqeni və arqumentə əsaslanan dialoqu dəstəkləyirlər. Kim özünü siyasi xadim hesab edirsə, təhqirlə deyil, proqramı, ideyası və faktları ilə rəqabət aparmalıdır. Söyüş, şantaj və təhdid heç vaxt siyasi fəaliyyətin meyarı ola bilməz və bu üsullarla cəmiyyətin etimadını qazanmaq mümkün deyil.Bu son nəticədə həmin qüvvələri vətənə xəyanətə sürükləyir", - deputat bildirib.

Son xəbərlər

GENDER məsələsi, yoxsa İQTİSADİ data çatışmazlığı?

AQSİA üzvləri AYLA Plastik MMC-nin fəaliyyəti ilə tanış olublar

TƏHSİLDƏ SÜNİ İNTELLEKDƏN İSTİFADƏNİ TƏNZİMLƏMƏK MÜMKÜNDÜRMÜ?

QHT-lərin rəqəmsal dayanıqlılığı və kibertəhlükəsizliyi “NGO Tech Talks” sessiyasında müzakirə olunub

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Zəfər Nəğməsi

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Bütün xəbərlər