Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - BƏYANAT


27 Sentyabr 2020-ci il Azərbaycan tarixinin şərəfli səhifələrindən biri, Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, xalqımızın sarsılmaz birliyi və qəhrəman oğul və qızlarımızın canı, qanı bahasına yazılmış tarixi Zəfər yolunun başlanğıcıdır.

Altı il əvvəl, 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu. Xalqımız Müzəffər Ali Baş Komandan, Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında vahid amal ətrafında sıx birləşərək öz iradəsini, Ordumuz gücünü, peşəkarlığını və qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi.

44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər nəticəsində Azərbaycan uzun illər davam edən işğala son qoydu, ərazi bütövlüyünün bərpası istiqamətində həlledici nəticə əldə etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində dövlət suverenliyi tam təmin olundu.

Günümüzdə üçrəngli, əzəmətli Dövlət Bayrağımız Azərbaycanın bütün suveren ərazilərində qürurla dalğalanır. Bütün bu tarixi nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası, Cənab Prezident İlham Əliyevin ardıcıl, prinsipial siyasəti, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz milli birliyi dayanır.

27 Sentyabr Anım Günü Vətən uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın müqəddəs xatirəsinə ümumxalq ehtiramının ifadəsidir. Şəhidlərimizin göstərdiyi misilsiz qəhrəmanlıq və fədakarlıq xalqımızın milli yaddaşında əbədi yaşayacaq, gələcək nəsillər üçün Vətən sevgisinin, mərdliyin və vətənpərvərliyin ən ali nümunəsi olacaqdır.

Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir, onların ailələrinə dərin ehtiramımızı bildiririk. Qazilərimizin, müharibə iştirakçılarının və şəhid ailələrinin dövlət tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Möhtərəm Cənab Prezident İlham Əliyevin praqmatik siyasəti, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, soydaşlarımızın öz doğma yurdlarına qayıdışı şəhidlərimizin uğrunda canlarını fəda etdikləri azad və bütöv Azərbaycanın yeni inkişaf salnaməsidir.

Dövlət başçımız, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha güclü gələcəyi naminə çalışmaq, şəhidlərimizin bizə əmanət etdiyi müstəqil, suveren və bütöv Azərbaycanı qorumaq, dövlətimizin qüdrətini daha da artırmaq və milli birliyimizi möhkəmləndirmək hər birimizin vəfa borcudur. Şəhidlərimizin qəhrəmanlığı heç zaman unudulmayacaq, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

Ulu Tanrı Cənab Prezident İlham Əliyevi qorusun, qüdrətli Azərbaycanın davamlı tərəqqisi, xalqımızın firavanlığı və dövlətimizin daha böyük nailiyyətləri naminə fəaliyyətində daim uğurlar nəsib etsin!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Yaradandan qazilərimizə cansağlığı diləyirik!



Ana Vətən Partiyası


Son xəbərlər

Müasir təhsil, milli-mənəvi dəyərlər və vətəndaş məsuliyyəti

Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətindən AÇIQLAMA VAR

"Dini şəxsi məqsədlər üçün istismar etməklərinə imkan verməməliyik”

Vüsar İsmayılov: Azərbaycan iqtisadi tərəqqinin və təhlükəsizliyin ən etibarlı tərəfdaşlarından biridir

Geyimlərdəki fərqlilik şagirdin diqqətini təhsildən yayındırır - Nəsib Məhəməliyev

Azər Badamov:Milli dəyərlərin qorunması və dünyəvilik təhsil siyasətinin əsas prinsipləridir

Əhliman Tağıyev: Heç kim din pərdəsi altında dövlətin qanunlarına meydan oxumağı özünə haqq saya bilməz

Dünyəvi təhsil və milli kimlik - Azərbaycanın gələcəyini qoruyan dəyərlər

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir

Təhsildən başlayan ideoloji təhlükəsizlik: mənəvi dəyərlərlə qanunun aliliyinin vəhdəti

İdeoloji təhlükəsizlik: milli-mənəvi dəyərlərə və dünyəvi dövlətçilik prinsiplərinə sadiqlik

Bakıda 200-dən çox adam saxlanıldı

Komitə sədri: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Milli QHT Forumu: Milli dəyərlərin və dünyəvi təhsilin qorunması üçün ictimai həmrəylik vacibdir

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

YAP Astara rayon təşkilatında VIII Qurultaydan irəli gələn məsələlər müzakirə olunub+FOTO

Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

XX ƏSRİN ƏN NÜFUZLU İQTİSADÇISI KEYNS NİYƏ NOBEL SÜLH MÜKAFATI ALA BİLMƏYİB?

"DƏYƏR VERDİYİN İŞLƏRƏ DƏSTƏK OLMAQ": Nobel mükafatı laureatları pullarını nəyə xərcləyirlər?

Cəbrayılda minaya düşən şəxsin atası da minaya düşüb

Rəqəmsal məkanda kibertəhdidlərə qarşı vətəndaş məsuliyyəti gücləndirilməlidir - MÜSAHİBƏ

Müstəqil xarici siyasətin digər mühüm dayağı güclü iqtisadiyyat və iqtisadi müstəqillikdir

Orta Dəhlizdə Azərbaycanın artan rolu...

Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı müşavirə keçirilib

İlk dəfə bacısı və qardaşı ilə foto paylaşdı

Fidan Mansurova BU VƏZİFƏYƏ təyin olundu - FOTO

Dini komitənin sədrindən MESAJ: "Gənclər xurafatla sağlam dini yanaşmanı fərqləndirməlidir"

MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə

Tahir Mirkişili: Azərbaycanın Məşvərət görüşünə tamhüquqlu qoşulması regional əməkdaşlıq üçün yeni imkanlar yaradır

YAP Sumqayıt şəhər təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

Prezidentdən SƏRƏNCAM - Yüksək vəzifəyə təyin olunanSəbuhi Əliyev kimdir?

Bütün xəbərlər