Soltan Məmmədov: İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan–Almaniya münasibətlərində yeni mərhələnin əsasını qoydu


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri ölkəmizin xarici siyasətinin ardıcıllığını, milli maraqlara söykənən diplomatik xəttinin uğurlarını və Avropa ilə əməkdaşlıqda yeni imkanların formalaşdığını nümayiş etdirən mühüm siyasi hadisədir. Bu səfər bir daha göstərdi ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib və qlobal əhəmiyyət daşıyan məsələlərdə söz sahibi olan dövlətlər sırasında yer alır. Bu fikirləri Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Millixeber.az xəbər verir ki, Deputat bildirib ki, səfər zamanı cənab Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat Azərbaycanın dünya siyasətində artan çəkisini, etibarlı tərəfdaş kimi qazandığı nüfuzunu və cənab Prezident İlham Əliyevin uzaqgörən diplomatik fəaliyyətinin uğurlu nəticələrini əks etdirdi:
“Azərbaycan ilə Almaniya arasında münasibətlər artıq təkcə iqtisadi əməkdaşlıq çərçivəsi ilə məhdudlaşmır. Siyasi dialoqun intensivləşməsi, enerji təhlükəsizliyi, yaşıl enerji, sənaye, yüksək texnologiyalar, nəqliyyat-logistika və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin uzunmüddətli maraqlarına xidmət edir. Xüsusilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə və Orta Dəhlizin inkişafındakı rolu ölkəmizin geostrateji əhəmiyyətini daha da artırır. Bu gün ölkəmiz təkcə enerji resurslarının ixracatçısı deyil, həm də Şərqlə Qərbi birləşdirən etibarlı nəqliyyat qovşağı, regional iqtisadi əməkdaşlığın təşəbbüskarı və qlobal tədarük zəncirinin strateji dayaqlarından biridir”.
S. Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin mətbuata bəyanatında regional sülh və təhlükəsizliklə bağlı səsləndirdiyi mövqe xüsusi əhəmiyyət daşıyır:
“Azərbaycanın mövqeyi dəyişməzdir – Cənubi Qafqazda davamlı sülh və sabitlik yalnız beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət əsasında təmin oluna bilər. Bu yanaşma ölkəmizin regionda qarşıdurma deyil, əməkdaşlıq, etimad və qarşılıqlı faydalı tərəfdaşlıq mühitinin formalaşmasına verdiyi töhfəni bir daha təsdiqləyir.”
Millət vəkili diqqətə çatdırıb ki, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və praqmatik xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu yüksəlməkdədir və ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artmaqdadır:
“Almaniyaya rəsmi səfər də məhz bu uğurlu siyasətin növbəti mühüm nəticəsi olmaqla yanaşı, Azərbaycan–Almaniya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu və gələcək əməkdaşlıq üçün möhkəm siyasi zəmin formalaşdırdığını göstərir.”

Son xəbərlər

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

Pərvin Kərimzadə YAP İdarə Heyətinin üzvü seçilib

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Tahir Mirkişili: YAP yeni dövrün çağırışlarına uyğun olaraq öz siyasi missiyasını inamla davam etdirir

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Şəhid Əhliman Mehdiyevin və Alik Musayevin 6-cı ildönümü mərasimləri qeyd olunub

BNA-nın vəzifəli şəxslərinin cəzası ləğv edildi

“YAP fəaliyyətini müasir dövrün tələblərinə uyğun qurmalıdır” - Bahar Muradova

Sentyabr ayında 19 897 müraciət daxil olub

Kəmaləddin Heydərov əmr imzaladı -FHN-də ciddi dəyişikliklər

Tahir Mirkişili: “Əminəm ki, Sumqayıt basketbolda da uğurlar əldə edəcək”

Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı

Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir

Tahir Mirkişili Sumqayıtda vətəndaş qəbulu keçirib

Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - BƏYANAT

Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir

Pərviz Əhmədov: 27 Sentyabr Anım Günü Zəfərə aparan yolun qəhrəmanlıq salnaməsidir

Anım Günündən Laçına: "Şəhidlərin əmanət etdiyi Zəfər yolu”

VƏTƏN MÜHARİBƏSİNDƏN ANIM GÜNÜNƏ: 44 GÜNLÜK ZƏFƏRİN VƏ ƏBƏDİ QÜRURUN SALNAMƏSİ

İlqar Ağabəyov: 27 Sentyabr yaddaşdan gələcəyə uzanan qəhrəmanlıq yoludur

Lamiyə Həsənzadə: 27 Sentyabr vətən sevgisinin və qəhrəmanlığın əbədiləşdiyi gündür

Məcid Məmmədov: 44 günlük vətən müharibəsi milli birliyimizin gücünü bütün dünyaya nümayiş etdirdi

Anım Günü: Zəfər tarixinin işığında milli yaddaş və beynəlxalq hüquq

Azərbaycanda həkimlərin sayı azalıb: Ən çox bu mütəxəssislər çatışmır

Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ

Ağciyər xəstəlikləri üçün dərman və tibbi qidaların satınalma həcmi 1,5 dəfə artırılıb

Soltan Məmmədov: Dağ-mədən sənayesinin inkişafı regionların iqtisadi fəallığını artıracaq

Azərbaycanda vətəndaş müraciətlərinə baxılması sahəsində mümkün islahatlar müzakirə edilib

Qızıl iqtisadiyyatda sadəcə qiymətli metal deyil. O, eyni zamanda ehtiyat, investisiya, riskdən qorunma və etimad alətidir

Professor Dilqəm Quliyevin Azadlıq və Zəfər Salnaməsi

Bütün xəbərlər