Yeni dünyada dövlətin iqtisadiyyatda rolu: bazardan tərəfdaşlığa keçid


Millət vəkili Tahir Mirkişili özünün faecbook səhvəsində Yeni dünyada dövlətin iqtisadiyyatda rolu: bazardan tərəfdaşlığa keçid mövzusunda analit təhli edərək paylaşım edib.

2020-ci ildən başlayaraq qlobal iqtisadi sistem köklü transformasiya mərhələsinə daxil olub. Qloballaşmanın klassik modeli olan SƏRBƏST BAZARLARIN DOMİNANTLIĞI – DÖVLƏTİN MİNİMAL MÜDAXİLƏSİ – İSTEHSALIN ÇOĞRAFİ OPTİMALLAŞDIRILMASI artıq əvvəlki effektivliyini itirməkdədir. Pandemiyalar, geosiyasi gərginliklər, sanksiyalar, hərbi əməliyyatalar, enerji və ərzaq təhlükəsizliyi məsələləri, texnoloji rəqabət və iqlim dəyişiklikləri dövlətin iqtisadiyyatda rolunu yenidən formalaşdırmaqdadır.

Bu kontekstdə əsas sual belədir: yeni dünyada dövlət özəl sektorun (bazarın) alternativi kimi çıxış etməli, yoxsa onun strateji tərəfdaşına çevrilməlidir?

MİNİMAL DÖVLƏT modelinin sonu. 1990–2010-cu illərdə üstünlük təşkil edən neoliberal yanaşma dövlətin iqtisadiyyatda rolunu əsasən tənzimləyici və nəzarət ediçi funksiyalarla məhdudlaşdırırdı. Bu model hesab edirdi ki, a) bazar resursları ən səmərəli şəkildə bölüşdürür, b) dövlət müdaxiləsi effektivliyi azaldır, c) qlobal inteqrasiya riskləri minimuma endirir. Buna uyğun da qloballaşma siyasəti, inteqrasiya modelləri qurulmuşdu.

Lakin son onillikdə baş verən hadisələr bu yanaşmanın məhdudiyyətlərini üzə çıxardı. COVID-19 pandemiyası göstərdi ki, səhiyyə, logistika və istehsal zəncirlərində dövlətin aktiv iştirakı olmadan sistem çökməyə meyllidir. Eyni zamanda enerji bazarlarında şoklar və ərzaq qiymətlərinin kəskin artımı strateji sektorların tam bazar mexanizmlərinə buraxılmasının risk olduğu ortaya çıxdı.

DÖVLƏTİN YENİ FUNKSİYASI : strateji investor və koordinator. Yeni iqtisadi reallıqda dövlətin rolu 3 əsas istiqamətdə genişlənməkdədir:

a) Strateji sektorların qorunması və inkişafı. Energetika, loqistika, kənd təsərrüfatı, müdafiə sənayesi və rəqəmsal infrastruktur kimi sahələr artıq sadəcə iqtisadi deyil, həm də milli təhlükəsizlik məsələsi kimi qiymətləndirilir. Dövlət burada uzunmüddətli investisiya təmin etməsə, yerli istehsalı stimullaşdırmasa, kritik texnologiyaların transferini təşviq etməsə, infrastruktura böyük investisiyalar qoymasa iqtisadi artıma nail olmaq qeyri mümkündür.

b) Sənaye siyasətinin geri dönüşü. ABŞ, Avropa İttifaqı və Çin kimi böyük iqtisadiyyatlar açıq şəkildə ənənəvi sənaye siyasətinə qayıdıblar. Yarımkeçiricilər, süni intellekt, yaşıl enerji kimi sahələrdə dövlət subsidiyaları və təşviqlər artıq normaya çevrilib. Bu, klassik bazar yanaşmasının (bazar özü tənzimləyər) əvəz olunduğunu göstərir.

c) Koordinasiya və risklərin idarə olunması. Qlobal şoklar fonunda dövlət iqtisadi sistemin artıq son təminatçısı rolunu oynamaqdadır - maliyyə sabitliyini qoruyur, sosial riskləri amortizasiya edir və təchizat zəncirlərinin davamlılığını təmin edir. Yəni, dövlət bu funksiyaları yerinə yetirməzsə, bütün iqtisadi system çökə bilər.

RƏQƏMSAL DÖVLƏT və yeni idarəetmə modeli. Xüsusi qeyd etmək lazımdır ki, yeni dünyada dövlətin iqtisadi rolu yalnız maliyyə və sənaye siyasəti ilə məhdudlaşmır. Rəqəmsallaşma dövlətin funksiyalarını keyfiyyətcə dəyişir.

Dövlət xidmətlərini vahid platformalarda (məsələn, MyGov tipli sistemlərdə) birləşdirməklə, məlumat əsaslı qərarvermə mexanizmlərini gücləndirməklə, biznes və vətəndaş üçün əməliyyat xərcləri azaltmaqla rəqəmsallaşma mahiyyətcə tamamilə yeni olan dövlət modelini formalaşdırır.

Bu modeldə dövlət yalnız tənzimləyici deyil, həm də əməkdaşlıq platforması yaradıcısı və ekosistem rəhbəri rolunu oynayır.

DÖVLƏT VƏ ÖZƏL SEKTOR rəqabət yox, sinerji. Yeni iqtisadi modeldə əsas prinsip dövlət və bazar arasında qarşıdurma deyil, əməkdaşlıqdır. Effektiv sistemlərdə dövlət qaydaları və strateji istiqaməti müəyyən edir, özəl sektor innovasiya və operativlik gətirir, maliyyə institutları isə resursları optimallaşdırır.

Bu yanaşma dövlət kapitalizmi kimi deyil, koordinasiyalı və ya idarəolunan bazar iqtisadiyyatı kimi xarakterizə olunur.

AZƏRBAYCAN ÜÇÜN FÜRSƏTLƏR. Azərbaycan kimi resursla zəngin, nəqliyyat dəhlizlərinin kəsişdiyi bir coğrafiyada yerləşən, amma eyni zamanda sənaye və qeyri-neft sektorunun inkişafı siyasəti həyata keçirən, iqtsadiyyatı diversifikasiya mərhələsində olan bir ölkə bu transformasiya xüsusi əhəmiyyət daşıyır. Prioritetlərimz aşağıdakı kimi formalaşmaqdadır:

a) Qeyri-neft sektorunda dövlətin katalizator rolu: sənaye zonaları, sənaye məhəlləri, aqroparklar, ixrac təşviqləri mexanizmləri vasitəsilə özəl sektorundəyər yaratma imkanlarının artırılması

b) Rəqəmsal iqtisadiyyatın sürətləndirilməsi: dövlət xidmətlərinin inteqrasiyası, data əsaslı idarəetmə vasitəsilə bürokratiyanın azaldılması və innovasiyaların önünün tam açılması

c) Enerji transformasiyası: yaşıl enerji və enerji saxlama texnologiyalarına dövlət dəstəyi vasitəsilə gələcəyin enerjiyə olan tələbatını ödəmək yönümündə mühüm infrastruktura sahib olmaq

d) Logistika və tranzit imkanları: Orta Dəhliz və regional nəqliyyat layihələrində aktiv dövlət koordinasiyası vastitəsilə ixracatçılar üçün əlverişli şəraitin yaradılması.

Yeni dünyada dövlət iqtisadiyyatdan geri çəkilmir – əksinə, onun rolu daha mürəkkəb və strateji xarakter almaqdadır. Dövlət artıq sadəcə qaydaları qoyan deyil, həm də oyunun istiqamətini müəyyən edən hakimə çevrilməkdədir.

Artıq əsas məsələ dövlətin iqtisadiyyatda olub-olmaması deyil, necə və hansı keyfiyyətdə olmasıdır. Effektiv dövlət – çevik, rəqəmsal, strateji düşünən və özəl sektorla əməkdaşlıq edən dövlətdir. Məhz belə dövlətlər yeni qlobal iqtisadi nizamda rəqabət üstünlüyü əldə edəcək. Azərbaycanın dövlət modeli də bu prinsiplər üzərində qurulub. Dövlət başçısının iqtisadi siyasəti, formalaşmış iqtisadi qanunvericilik iqtisadiyyatda dövlətin yeni rolunun effektiv icra olunmasına şərait yaradır.

Azərbaycan dəfələrlə apardığı sürətli islahatlar və çevik siyasət ilə hər zaman uğurlara imza atıb və bunu bütün dünyaya sübut edib.

Son xəbərlər

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

Bütün xəbərlər