Azərbaycan-Serbiya münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıqdan praktik inteqrasiyaya - ŞƏRH


Prezident İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına rəsmi səfəri və səfər çərçivəsində verdiyi bəyanatlar Azərbaycan-Serbiya münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Səfər təkcə diplomatik protokol xarakteri daşımır, həm də iki ölkə arasında formalaşmış strateji tərəfdaşlığın institusional və iqtisadi əsaslarının daha da möhkəmləndirilməsinə xidmət edir. Uzun illərə söykənən siyasi dialoq, qarşılıqlı etimad və liderlər arasında formalaşmış şəxsi münasibətlər bu əməkdaşlığın əsas dayağı kimi çıxış edir. Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqam dövlət suverenliyi və milli maraqların qorunması məsələsidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Tahir Mirkişili deyib. O bildirib ki, Azərbaycanın və Serbiyanın tarixində dövlətçilik uğrunda mübarizə mühüm yer tutur. Hər iki ölkə üçün ərazi bütövlüyü və suverenlik prinsipial xarici siyasət xəttinin əsasını təşkil edir: “Bu kontekstdə beynəlxalq platformalarda qarşılıqlı dəstək mexanizmi təkcə siyasi həmrəylik deyil, həm də strateji koordinasiya modelidir. Bu yanaşma geosiyasi qeyri-müəyyənliklərin artdığı bir dövrdə orta güclər üçün rasional təhlükəsizlik strategiyası kimi qiymətləndirilə bilər. Serbiya-Azərbaycan Strateji Şurasının birinci iclası münasibətlərin strukturlaşdırılmış formatda inkişafına keçidi nümayiş etdirir. Strateji Şura mexanizmi tərəflərə əməkdaşlığı epizodik təmaslardan sistemli və uzunmüddətli planlaşdırma mərhələsinə keçirməyə imkan yaradır. Bu platforma siyasi dialoqla yanaşı, iqtisadi, enerji, nəqliyyat və investisiya sahələrində konkret layihələrin icrasını koordinasiya etmək üçün institusional çərçivə formalaşdırır. Energetika sahəsi əməkdaşlığın əsas sütunlarından biri kimi ön plana çıxır. Azərbaycanın Serbiyaya təbii qaz ixracına başlaması və ixrac həcminin artırılması barədə qərar Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycanın Avropa enerji bazarındakı rolunun genişlənməsinin tərkib hissəsidir. Serbiyanın qazı elektrik enerjisinə çevirməsi və bunun həm daxili bazar, həm də potensial ixrac üçün istifadəsi regional enerji inteqrasiyasını gücləndirir. Bu model enerji təhlükəsizliyinin şaxələndirilməsi baxımından Avropa üçün də strateji əhəmiyyət daşıyır. Birgə elektrik stansiyasının tikintisi ilə bağlı razılaşma isə əməkdaşlığın növbəti mərhələsini ifadə edir”.

Deputat qeyd edib ki, Azərbaycan kapitalının Serbiyada enerji infrastrukturuna yatırılması investisiya iqliminə verilən yüksək qiymətin göstəricisidir: “Enerji istehsal güclərinin artırılması təbii resursları məhdud olan ölkələr üçün iqtisadi müstəqilliyin və davamlı inkişafın əsas şərtidir. Bu baxımdan layihə həm iqtisadi, həm də strateji təhlükəsizlik baxımından qarşılıqlı fayda yaradır. Azərbaycanın 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücü yaratmaq planı ölkənin enerji strategiyasının miqyasını göstərir. Bərpaolunan enerji stansiyalarının tikintisi və ixrac potensialının artırılması Azərbaycanın Avropa məkanında yaşıl enerji təchizatçısı kimi mövqeyini gücləndirəcək. Bu kontekstdə Serbiya ilə əməkdaşlıq yalnız qaz ixracı ilə məhdudlaşmır, həm də alternativ və bərpaolunan enerji sahəsində texnoloji və investisiya tərəfdaşlığını əhatə edir”.

Müsahibimizin fikrincə, yeni transmissiya xətlərinin yaradılması və regional enerji şəbəkələrinin inteqrasiyası iki ölkə üçün əlavə iqtisadi dividendlər vəd edir. İmzalanmış sənədlər və yenilənmiş razılaşmalar münasibətlərin hüquqi bazasını daha da möhkəmləndirir. İkitərəfli münasibətlərin hüquqi çərçivəsinin genişləndirilməsi biznes dairələri üçün proqnozlaşdırıla bilən mühit yaradır və investisiya risklərini azaldır. Xüsusilə energetika və infrastruktur sahələrində uzunmüddətli müqavilələrin mövcudluğu kapital qoyuluşlarının davamlılığını təmin edən əsas faktordur.

“Səfər həm də iqtisadi diplomatiyanın gücləndirilməsi baxımından əhəmiyyətlidir. Azərbaycanın xarici investisiya siyasəti artıq təkcə enerji ixracı ilə məhdudlaşmır, həm də xaricdə birbaşa sərmayə qoyuluşları vasitəsilə dəyər zəncirinin müxtəlif mərhələlərinə inteqrasiyanı nəzərdə tutur. Serbiya bazarı Balkan regionuna çıxış üçün əlverişli platforma rolunu oynaya bilər. Eyni zamanda, Serbiya üçün Azərbaycan Cənubi Qafqaz və Xəzər hövzəsi ilə iqtisadi əlaqələrin genişləndirilməsi baxımından mühüm tərəfdaşdır”, - deyə o bildirib.

T.Mirkişili əlavə edib ki, bu səfər Azərbaycan-Serbiya münasibətlərinin strateji tərəfdaşlıqdan praktik iqtisadi inteqrasiya mərhələsinə keçidini nümayiş etdirir. Energetika, investisiya və infrastruktur layihələri üzərində qurulan bu əməkdaşlıq modeli qarşılıqlı suverenlik prinsiplərinə hörmət, siyasi etimad və uzunmüddətli planlaşdırma üzərində formalaşaraq regionda sabitlik və iqtisadi inkişaf üçün mühüm platforma yaradır.

Son xəbərlər

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

Bütün xəbərlər