Hərbi qələbədən böyük quruculuğa: azad Qarabağ inkişaf məkanına çevrilir


Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ölkəmizin tarixində yeni mərhələnin əsasını qoyub. 20 sentyabr tarixi o baxımdan yalnız hərbi-siyasi hadisə kimi deyil, Qarabağda yeni həyatın formalaşmasına yol açan tarixi dönüş kimi qiymətləndirilir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu günün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunması həmin mənəvi-siyasi gerçəkliyin dövlətçilik tariximizdə xüsusi yerini nümayiş etdirir.

30 ildən artıq davam edən işğal dövründə Qarabağın şəhər və kəndləri dağıdılmış, yaşayış infrastrukturu məhv edilmiş, yüz minlərlə insan doğma yurdlarından didərgin salınmışdı. Azərbaycan 2020-ci ildə Vətən müharibəsində tarixi Zəfər qazanaraq ərazilərinin böyük hissəsini işğaldan azad etdi. 2023-cü ilin sentyabrında isə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində dövlət suverenliyi tam bərpa edildi.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması ölkəmizin tarixi Zəfərinin ən parlaq səhifələrindən birini təşkil edir. Bu tarixi hadisə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasının əyani ifadəsi olmaqla yanaşı, işğal və separatizm dövrünün başa çatdığını nümayiş etdirdi. Qarabağda üçrəngli bayrağımızın dalğalanması xalqımızın uzun illər ərzində daşıdığı tarixi arzunun gerçəkləşməsi, həmin ərazilərdə yeni həyatın və quruculuq mərhələsinin başlanması baxımından böyük siyasi və mənəvi məna daşıyır.

Qarabağda müşahidə olunan mənzərə Azərbaycanın Zəfərdən sonra qarşıya qoyduğu məqsədlərin ardıcıl şəkildə həyata keçirildiyini nümayiş etdirir. Dağıdılmış yaşayış məntəqələri yenidən qurulur, yeni yollar salınır, elektrik, qaz, su və rabitə infrastrukturu yaradılır, məktəblər, tibb müəssisələri, inzibati və sosial obyektlər inşa olunur. Bu ərazilərdə insanların təhlükəsiz, rahat və layiqli həyat sürməsi üçün hərtərəfli şərait yaradılır.

Azad edilmiş ərazilərimizdə həyata keçirilən siyasətin əsas xüsusiyyəti insan amilinin ön plana çəkilməsidir. Çünki Böyük Qayıdışın başlıca məqsədi həmin torpaqlarda həyatın yenidən canlandırılmasıdır. İllərlə doğma yurdlarından uzaqda yaşayan ailələrin öz evlərinə qayıtması, uşaqların doğma kəndlərində məktəbə getməsi, insanların burada işləməsi və gündəlik həyatlarını qurması Qarabağın dirçəlişinin ən mühüm göstəricisidir.

Xankəndi bu prosesin mühüm mərkəzlərindən birinə çevrilir. Şəhərin sosial və ictimai həyatının bərpası ilə yanaşı, burada elm və təhsil mühitinin formalaşdırılması da diqqət çəkir. Qarabağ Universitetinin yaradılması Xankəndinin gələcək inkişafında mühüm rol oynayacaq. Universitetin fəaliyyətə başlaması şəhərə yalnız tələbə və müəllim kontingentinin gəlməsi demək deyil, eyni zamanda yeni intellektual mühitin, elm və innovasiya potensialının formalaşması, gənclərin Qarabağın inkişaf prosesinə fəal şəkildə qoşulması deməkdir.

Ağdərə isə Qarabağda yeni idarəetmə və inkişaf məkanının mühüm ünvanlarından biridir. Rayonun inzibati ərazi vahidi kimi yaradılması ilə onun sosial-iqtisadi inkişafının daha məqsədyönlü təşkil edilməsi üçün yeni imkanlar meydana gəlib. Ağdərənin kəndlərinə insanların qayıdışı isə tarixi yaşayış məkanlarının yenidən canlanmasını sürətləndirir.

Böyük Qayıdış prosesi mərhələli və planlı şəkildə həyata keçirilir. Əvvəlcə yaşayış üçün zəruri infrastruktur yaradılır, daha sonra ailələrin təhlükəsiz və rahat şəkildə köçürülməsi təmin olunur. Bununla yanaşı, əhalinin məşğulluğunun, təhsil və səhiyyə xidmətlərinə çıxışının təmin edilməsi də diqqətdə saxlanılır. Belə yanaşma qayıdışın davamlı xarakter daşımasına imkan verir.

Qarabağda yeni həyatın qurulması həm də regionun iqtisadi potensialının üzə çıxarılması ilə bağlıdır. İşğaldan azad edilmiş ərazilərdə sənaye, kənd təsərrüfatı, turizm, xidmət və digər sahələrin inkişafı üçün geniş imkanlar mövcuddur. Yeni yolların və nəqliyyat bağlantılarının yaradılması bu potensialın ölkə iqtisadiyyatına daha fəal inteqrasiyasına şərait yaradır. Burada həyata keçirilən layihələrin digər mühüm xüsusiyyəti müasir texnologiyaların və yeni şəhərsalma yanaşmalarının tətbiqidir. Qarabağda qurulan yaşayış məntəqələri gələcəyin tələblərinə cavab verən şəhər və kənd modelini əks etdirir. Enerji səmərəliliyi, ekoloji yanaşmalar, müasir nəqliyyat sistemi, sosial infrastruktur və rəqəmsal imkanlar yeni yaşayış məkanlarının əsas xüsusiyyətlərindəndir. Bu baxımdan Qarabağda aparılan quruculuq işləri Azərbaycanın inkişaf modelinin yeni istiqamətlərini də nümayiş etdirir. Burada tarixlə müasirlik, milli-mənəvi dəyərlərlə innovativ yanaşmalar, bərpa ilə gələcəyə baxış bir-birini tamamlayır.

Qarabağda üçrəngli bayrağın ucaldılması ilə başlayan yeni mərhələ böyük quruculuq və qayıdış ilə davam edir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə artıq Azərbaycanın gələcəyə hesablanmış quruculuq siyasətinin mühüm ünvanlarına çevrilir.

Nurlan Həsənov

Milli Məclisin deputatı

Son xəbərlər

Hərbi qələbədən böyük quruculuğa: azad Qarabağ inkişaf məkanına çevrilir

Ferhat Pirinççi: Bakı Türk dünyası baxımından unikal və mühüm mərkəzdir

Burhanettin Duran: Türk dünyası güclü koordinasiya ilə hərəkət etməlidir

Tahir Mirkişili Bilik Günü münasibətilə təbrik paylaşımı edib

Pezeşkian Azərbaycanın müstəqilliyi ilə bağlı kitabı öpdü və "mütləq oxuyacam" dedi

UNEC-də “İqtisadi dinamikanın əsasları” dərsliyinin təqdimatı keçirilib

10 İLDƏN SONRA DÖVLƏT HƏR KƏSƏ YÜKSƏK GƏLİR ÖDƏMƏLİ OLACAQMI?

GENDER məsələsi, yoxsa İQTİSADİ data çatışmazlığı?

AQSİA üzvləri AYLA Plastik MMC-nin fəaliyyəti ilə tanış olublar

TƏHSİLDƏ SÜNİ İNTELLEKDƏN İSTİFADƏNİ TƏNZİMLƏMƏK MÜMKÜNDÜRMÜ?

QHT-lərin rəqəmsal dayanıqlılığı və kibertəhlükəsizliyi “NGO Tech Talks” sessiyasında müzakirə olunub

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Zəfər Nəğməsi

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Bütün xəbərlər