
İdman
20.03.2025, 01:25
Tanınmış futbolçu vəfat etdi
Monteneqro millisinin sabiq futbolçusu Andriya Delibaşiç dünyasını dəyişib.
Resmi.media xəbər verir ki, bu barədə onun vaxtilə çıxış etdiyi İspaniya klubu "Malyorka"nın mətbuat xidməti məlumat yayıb.
Keçmiş hücumçu 43 yaşında vəfat edib. 2023-cü ilin mart ayında ona beyin şişi diaqnozu qoyulmuşdu.
Delibasiç karyerası ərzində "Malyorka"dan başqa, “Partizan”, “Braqa”, “Real Sosyedad” və “Rayo Valyekano”da da çıxış edib. Bundan əlavə, forvard Monteneqro millisinin heyətində 20 matça çıxıb və 3 qol vurub.//Fanat
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay