
Cəmiyyət
12.03.2024, 08:47
“28 may”ın avtomobilsiz zonaya çevrilməsinə taksi sürücülərindən NARAZILIQ V
Tıxac problemi həddindən artıq ciddi məsələdir.
millixeber.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə deputat Əli Məsimli deyib.
Deputat bildirib ki, diqqətçəkən çəkən məsələ Bakı-Sumqayıt yolundakı tıxacdır.
Deputat Naqif Həmzəyev də ictimai nəqliyyat sahəsindəki problemləri qeyd edib.
Millət vəkili Fəzail Ağamalı isə tıxac olan istiqamətlərə metro salınmasını təklif edib. O, parklanma sahəsindəki problemlərə diqqət çəkib.
Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev isə qarşıdakı hədəfləri açıqlayıb. Bildirib ki, 2030-cu ilə qədər Bakıda səfərlərin 30-40 %-nin şəxsi minik avtomobilləri, qalanının isə ictimai nəqliyyatla reallaşdırılması hədəflənir.xezerxeber
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay