İnsan çalışdığı sahənin mahiyyətini dərindən anladıqda və məsləkinə sadiq qaldıqda harada işləməsindən asılı olmayaraq əldə etdiyi nəticələr uğur ünvanlı olur. “Ovçular ət və ət məhsulları” MMC-nin təsisçisi Səməd Cəfərovun həyat yoluna nəzər saldıqda fikrimizdə nə qədər doğru olduğumuzu bir daha anladıq. İstənilən bir məqsədə çatmaq üçün kifayət qədər iradə sahibi olmaq lazımdır. İradə elə bir keyfiyyətdir ki, o istedaddan da güclüdür. İstedad insana təbii şəkildə verilən qabiliyyətdirsə, iradə xırda maraqlar, mənasız istəklər üzərində qələbədir. məhz öz iradəsi sayəsində öz yolunu tapdı, iradəsi sayəsində öz işlərini hər zaman tərifəlayiq gördü. Adətən rəhbər vəzifələrdə işləyənlərlə bağlı "Yaxşı adam" ifadəsi çox az işlədilir. Bəs niyə ona yaxşı adam deyirlər? Harada, hansı vəzifədə işləyibsə onu bu adla çağırıblar. Başqa bir adla çağırmaq olmazdımı? Əlbəttə olardı. Ancaq xalq seçim edəndə yanılmır. Səməd Cəfərov heç bir təqdimatsız, heç bir mübaliğəsiz və nəhayət heç bir tapşırıqsız özü üçün əməllərinə, şəxsiyyətinə, qabiliyyətinə yaraşan bir ad qazanıb və bu adı zaman-zaman qoruyub saxlayır. Xalqın rəğbətini qazanmaq, təmiz adı qoruyub saxlamaq o qədər də asan deyil.

Azərbaycanda qida təhlükəsizliyi hər zaman aktualdır. İstehlakçılar hansı qida firmalarının məhsullarına etibar edib-etməməkdə tərəddüdlə qərar verirlər.

Xüsusən də kolbasa-sosiska sektorunda qeyri-müəyyənlik var və istehlakçılar hansı şirkətin məhsullarına güvənəcəklərinə əmin ola bilmirlər.

Ancaq bu sahədə araşdırmalarımız, ayrı-ayrı kolbasa şirkətləri haqda yazılarımız bir sıra məqamlara aydınlıq gətirib.

Onlardan biri də “Ovçular ət və ət məhsulları” MMC müəssisəsinin istehsal etdiyi kolbasaların keyfiyyəti barədə məlumatlardır.

Adıçəkilən istehsalat müəssisəsi Avropanın qabaqcıl Almaniya, Polşa kimi ölkələrinin müasir avadanlıqlarından istifadə edir.

Firma ildən-ilə istehsalatda keyfiyyəti yüksəldir və bunun nəticəsidir ki, nüfuzlu “Uğur” mükafatına layiq görülüb.

Ötən il isə “Ovçular ət və ət məhsulları” MMC-nin istehsal sahələrində yenidənqurma işləri aparılıb.

Bu da müxtəlif çeşidli “Ovçular” kolbasalarının keyfiyyətində böyük yeniliklərə, dəyişikliklərə səbəb olub.

Bakının bir neçə marketində apardığımız sorğu zamanı da həm alıcılar, həm satıcılar “Ovçular”ın servalatlarına üstünlük verildiyini söylədilər.

Satıcıların sözlərinə görə, kolbasa vitrinində “Ovçular”a aid sosiska və kolbasalar qalmır, çünki alıcılıq qabiliyyəti yüksəkdir.

Ona görə də hər ayın sonunda mağazalar şirkətə məhsullarını sifariş verirlər ki, vitrində boşluq yaranmasın.

Bir neçə gün əvvəl isə saytımızda kolbasa firmaları haqda yazılarımızın birində “Ovçular” MMC barədə müxtəlif iddialar yer almışdı.

Əsasən internet resursları və bir neçə saytda əvvəllər yayılmış xəbərlər əsasında hazırlanmış məqalədə şirkətin məhsullarının keyfiyyətinin aşağı olduğu, kolbasada istifadə edilən ət məhsullarının yararsız olduğu bildirilmişdi.

Amma bu iddiaların kökündən yanlış, dəqiqləşdirilməmiş, ətraflı araşdırılmamış yayımlandığı məlum olub.

Şirkətin istehsal etdiyi məhsullar arasında halal, hisə verilmiş, pəhriz üçün nəzərdə tutulmuş müxtəlif çeşidli kolbasaların keyfiyyətinə təminat verilir.

Ona görə də saytımızda gedən həmin məqalədə “Ovçular” MMC barədə əsaslandırılmamış, səhv və həqiqətdən uzaq iddialar qeyd olunub.

1992-ci ildən fəaliyyətə başlayan, kolbasa emalı sahəsində ixtisaslaşmış, yüksək ixtisaslı mütəxəssislərə yiyələnən “Ovçular” MMC müasir şirkətə çevrilib.

Bildirək ki, müəssisə halal qida sertifikatlarına malikdir. Hazırda şirkət bişmiş, bişmiş hisə verilmiş, yarım hisə verilmiş məhsullarının keyfiyyətinə təminat verərək alıcıların önünə çıxır.

Ekoloji cəhətdən təhlükəsiz məhsullar istehsal edən “Ovçular” MMC keyfiyyəti diqqət mərkəzində saxlayır və 2021-ci ildə keyfiyyəti daha da yüksəldib.

Belə desək, “Ovçular ət və ət məhsulları” keyfiyyəti yüksəltməklə müştərilərin qəlbini ovlayır.

Son xəbərlər

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

Bütün xəbərlər