İmişlidə Birinci Qarabağ müharibəsi zamanı itkin düşən Vəliyev İbrahim Ələşrəf oğlu ilə vida mərasimi keçirilib +FOTOLAR
Birinci Qarabağ müharibəsində itkin düşmüş İmişli rayonunun Muradxanlı kənd sakini Vəliyev İbrahim Ələşrəf oğlunun meyitinin qalıqları Muradxanlı kənd qəbiristanlığında dəfn edilib. Millixəbər.az- ın məlumatına görə, dəfn mərasimində mərhumun doğmaları ilə yanaşı İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər. Mərasim zamanı mərhumun ruhuna dualar oxunub, yaxınlarına səbr dilənib. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub və xatirəsinə ehtiram əlaməti olaraq yaylım atəşi açılıb. Sonra icra başçısı Elçin Rzayev təsəlli olaraq mərhumun oğlu Fəqan Vəliyevə cənazəyə bükülən Dövlət bayrağını təqdim edib. Bildirib ki, 30 il keçməsinə baxmayaraq dövlətimiz I Qarabağ müharibəsində itkin düşən hər bir vətəndaşın kimliyinin müəyyənləşdirilməsi məsələsinə ciddi yanaşır, bu istiqamətdə bütün mümkün və zəruri addımları atır.
Rəşadətli Azərbaycan Ordusunun şücaəti, qəhrəmanlığı sayəsində Vətən torpaqlarımızın işğaldan azad olunması ilə şəhidlərimizin, eləcədə İbrahim kimi digər soydaşlarımızın qanının yerdə qalmadığını diqqətə çatdırıb.
Nicat Abbas
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.