"Soyqırımı və deportasiya qurbanlarına dəstək” layihəsinin icrası ilə bağlı görüş keçirilib


Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Soyqırımı və deportasiya qurbanlarına dəstək” layihəsinin icrasını uğurla davam etdirir.

Millixəbər.az xğəbər verir ki, layihə çərçivəsində Türkiyə Respublikasının İstanbul şəhərində “Deportasiya qurbanlarının qayıdış imkanlarının reallaşdırılması istiqamətində beynəlxalq platforma” mövzusunda beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur.

Konfransa hazırlıq məqsədilə Bakıda tədqiqatçılar, QHT və dövlət qurumlarının nümayəndələri, eləcə də Qərbi Azərbaycan İcmasının iştirakı ilə dəyirmi masa təşkil olunub. Tədbirdə konfransın daha səmərəli təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Dəyirmi masada çıxış edən Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin Prezidenti İlqar Hüseynli layihənin əhəmiyyətindən danışıb. Təşkilatın beynəlxalq məsələlər üzrə sədr müavini Fərhad Qəşəmli isə layihənin məqsəd və vəzifələrinə dair təqdimatla çıxış edib.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli bildirib ki, Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi layihənin icrası istiqamətində son dörd ildə yerli və beynəlxalq səviyyədə ardıcıl fəaliyyət göstərir. O, layihənin türkdilli auditoriyaya çatdırılmasını yüksək qiymətləndirərək bildirib ki, Qərbi Azərbaycana qayıdış məsələsinin beynəlxalq platformalarda təqdimatı mühüm əhəmiyyət kəsb edir.

Daha sonra ekspertlər və QHT rəhbərləri Mirəli Hüseynli, Zamin Zeynal, Vüsalə Hüseynli, İradə Rizazadə, Əhməd Abbasbəyli, Xatirə Vəliyeva, Aqil Camal, Rauf Zeyni və Aynurə Miriyeva layihənin aktuallığını vurğulayaraq gələcək fəaliyyətlə bağlı təkliflərini səsləndiriblər. Bildirilib ki, səsləndirilən təkliflər Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi tərəfindən layihənin strateji potensialının gücləndirilməsi və müvafiq yol xəritəsinin hazırlanması prosesində nəzərə alınacaq.



Son xəbərlər

Tahir Mirkişili: Demoqrafik böhran artıq iqtisadi təhlükəsizlik məsələsinə çevrilib

Tahir Mirkişili deputat həmkarları ilə şəhidlərin xatirəsini ehtiramla yad edib

IV Şuşa Qlobal Media Forumu: Azərbaycanın qlobal gündəlikdə artan rolu

Güclü dövlət təkcə öz sərhədlərini deyil, həm də regionun gələcəyini formalaşdırır

IV Şuşa Qlobal Media Forumu: Sülh, həqiqət və məsuliyyətli medianın mesajları

Tahir Mirkişili Sumqayıtda vətəndaşlarla növbəti görüşünü keçirib

Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib

"Zəfər tarixi yazmış şanlı Milli Ordumuz” adlı tədbir keçirildi

26 İyun – Silahlı Qüvvələr Günü: Müzəffər Ordumuz Azərbaycanın gücünün və milli birliyinin rəmzidir

Sumqayıtda Peşə Təhsil Mərkəzlərinin məzunları ilə Tahir Mirkişilinin görüş keçirilib

Sabirabadda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu”mövzusunda tədbir keçirilib

Azərbayacn Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Silahlı Qüvvələr Günü münasibətilə Müzəffər Ali Baş Komandan İlham Əliyevi təbrik edib

"Müasir İnternet Resurslarının İnkişafı” İB-i yeni layihənin icrasına başlayıb

Milli Qurtuluş Günü: Müasir Azərbaycan dövlətçiliyinin və böyük zəfərin başlanğıc nöqtəsi

Müstəqilliyimizin və inkişafımızın sarsılmaz təməli: 15 İyun – Milli Qurtuluş Günü!

Milli Qurtuluş Günü: Müasir Azərbaycanın tarixi, siyasi və iqtisadi intibahının başlanğıc nöqtəsidir

İlqar Ağabəyov: Milli Qurtuluş Günü: Dövlətçilik tariximizin şanlı səhifəsidir

Ağalı kəndində “Milli Qurtuluşdan Böyük Qayıdışa” mövzusunda tədbir keçirilib

Tahir Mirkişili:"Əsas məsələ artımın sürəti deyil, onun mənbəyi və keyfiyyətidir"

Millət vəkili Tahir Mirkişili Sumqayıtda vətəndaşlarla görüşüb

Millət vəkili Tahir Mirkişili Sumqayıtda vətəndaşlarla görüşüb

ABŞ və İran bir-birinə qarşılıqlı zərbələr endirdilər

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

Azərbaycanda ən çox və ən az olan heyvanlar

"Soyqırımı və deportasiya qurbanlarına dəstək” layihəsinin icrası ilə bağlı görüş keçirilib

Tahir Mirkişili: Azərbaycanın “Enerji Keçidi” Siyasəti: Paralel İnkişaf Modeli

Gənclər Təşkilatlarının Resurs Mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi

Pedaqoji Universitetdə veteranlar təşkilatının nümayəndələri ilə görüş keçirilib

Kremldə Putini bu addımdan çəkindirməyə çalışıblar

Sabah ölkə ərazisində intensiv yağış yağacaq

Paşinyan: Ermənistan və Aİ iki il ərzində vizasız rejim tətbiq edəcək

Almanlar Azərbaycan atlarına heyran qaldı - FOTOLAR

Masallıda birgə təşkil olunan konfrans keçirilib

Bütün xəbərlər