WUF: ŞƏHƏR İQTİSADİYYATI-Deputatdan MARAQLI TƏHLİL


WUF: ŞƏHƏR İQTİSADİYYATI (sadəcə "böyüyən şəhər” yox, “dayanıqlı və inklüziv şəhər")

Bu gündən başlayaraq Azərbaycanda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF) 13-cü Sessiyası beynəlxalq diqqət mərkəzinə çevrilib. Dünyanın müxtəlif ölkələrindən minlərlə qonağın qatıldığı forum təkcə şəhərsalma və urbanizasiya məsələlərinin müzakirəsi ilə deyil, həm də Azərbaycanın qlobal nüfuzunun nümayişi baxımından xüsusi əhəmiyyət daşıyır.

Millixəbər.az xəbər verir ki, bu fikrləri Millət vəkilu Tahir Mirkişili özünün faecbook hesabında paylaşım edib.

WUF əslində təkcə memarlıq və şəhər planlaması tədbiri deyil. Bu forumun əsas fəlsəfəsi şəhərsalmanın iqtisadi inkişafın mühərrikinə çevrilməsi ideyasıdır. Müasir dünyada iqtisadi güc artıq daha çox şəhərlərin keyfiyyəti, logistika imkanları, rəqəmsal infrastrukturu və insan kapitalının cəmləşməsi ilə ölçülür.

Bu gün dünya ÜDM-nin böyük hissəsi şəhərlərdə formalaşır. İnkişaf etmiş infrastruktura malik şəhərlər investisiya cəlb edir, innovasiya ekosistemi yaradır, xidmət sektorunu böyüdür, yüksək maaşlı iş yerləri formalaşdırırlar. Yəni düzgün planlaşdırılmış şəhər iqtisadi aktivliyi sürətləndirir.

Şəhərlərdə nəqliyyat, metro, liman, rəqəmsal şəbəkə, enerji və kommunal sistemlər nə qədər güclüdürsə bu biznesin xərclərini azaldır, logistikanı sürətlənir,məhsuldarlığı artırır. Məsələn, dünyada populyar olan “15 dəqiqəlik şəhər” modeli insanların işə, xidmətlərə və ticarətə daha sürətli çıxışını təmin edir ki, bu da vaxt itkisini və iqtisadi səmərəsizliyi azaldır.

Eyni zamanda, şəhərsalma daşınmaz əmlak və tikinti iqtisadiyyatını da hərəkətə gətirir. Yeni yaşayış kompleksləri, biznes mərkəzləri, parklar, ticarət zonaları tikinti sektorunu aktivləşdirir, minlərlə iş yeri yaradır, bank və maliyyə sektorunu canlandırır, şəhərin torpaq və əmlak dəyərini artırır. Bu baxımdan şəhərsalma həm də uzunmüddətli kapital formalaşdırılmasıdır.

Bir məsələni də xüsusi qeyd etmək lazımdır: şəhərsalma həm də sosial sabitliyə böyük təsir edir. Plansız urbanizasiya nəqliyyat sıxlığı, sosial bərabərsizlik, yaşayış böhranı, ekoloji problemlər yaradır. Bunlar isə iqtisadi artımın keyfiyyətini aşağı salır. Ona görə də WUF-un yanaşması “sadəcə böyüyən şəhər” yox, “dayanıqlı və inklüziv şəhər” modelidir.

Azərbaycan üçün Şəhərsalma-İqtisadiyyat əlaqəsi xüsusilə vacibdir. Belə ki, Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərsalma konsepsiyası, Bakı və Sumqayıtda yeni urbanizasiya layihələri, Orta Dəhliz ətrafında logistika şəhərlərinin inkişafı, yaşıl enerji zonalarının formalaşması, rəqəmsal dövlət xidmətlərinin şəhər idarəçiliyinə inteqrasiyası ölkənin gələcək iqtisadi modelinin mühüm bir hissəsinə çevrilir.

Bu baxımdan WUF platforması Azərbaycan üçün investisiya cəlbi, şəhər iqtisadiyyatı, beynəlxalq urban texnologiyalarına çıxış və davamlı inkişaf modellərinin öyrənilməsi baxımından strateji əhəmiyyət daşıyır.
#WUF13 #EconomyAz Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

Son xəbərlər

İlqar Ağabəyov: Prezident İlham Əliyevin VIII Qurultayda çıxışı Azərbaycanın qarşıdakı inkişaf prioritetlərini müəyyənləşdirir

Fazil Məmmədov nazir müavini təyin olundu

“Müəllimlərin maaşı mənim dövrümə nisbətən artıb” - Misir Mərdanov

Gənclər milli sənət nümunəsini yaşadan və inkişaf etdirən iştirakçı olmalıdır - AÇIQLAMA

VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir

YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb

Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı

Mahirə Əsədova: Prezidentin müəyyən etdiyi sosial-iqtisadi hədəflər sahibkarlıq üçün yeni imkanlar yaradır

Ulu Öndərin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi

ÜRƏKLƏRİ BİR, HƏDƏFLƏRİ ZİRVƏ OLAN İKİ QARDAŞ ÖLKƏ

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

ANS-in keçmiş işçisinə yüksək vəzifə verildi -YENİLƏNDİ

Hüseynova Sevinc: VIII Qurultay: qarşıdakı dövr üçün yeni yol xəritəsi

Prezidentdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

YAP VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır

VIII Qurultay: Zəfərdən sonra Azərbaycanın teni strateji hədəfləri

VIII Qurultay: qarşıdakı dövr üçün yeni yol xəritəsi

İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi

Tahir Mirkişili: Azərbaycanın iqtisadi siyasətində əsas hədəf maliyyə dayanıqlığını real iqtisadi artıma çevirməkdir

Deputat Azər Badamov Qusarda növbəti vətəndaş qəbulu keçirib

Azər Badamov: 3 Oktiyabrda xalqımız Heydər Əliyevə göstərdiyi etimadla ölkəmizin gələcək inkişaf yolunu müəyyənləşdirdi

Könül Nurullayeva: "Süni intellekt və pilotsuz sistemlər Azərbaycanın müdafiə imkanlarının inkişafında mühüm rol oynayır"

Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - FOTO

Rusiya Hindistana nota verdi

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Professor Mahirə Hüseynovanın "Geniş təfəkkürün ensiklopedik elmi baxışları"-YAZI

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Pərvin Kərimzadə: Azərbaycanın gələcəyi dövlətçilik siyasəti və milli birliklə təmin olunur

Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay