
Gündəm / Siyasət / Sosial / Cəmiyyət
21.06.2026, 17:49
"Müasir İnternet Resurslarının İnkişafı” İB-i yeni layihənin icrasına başlayıb

“Müasir İnternet Resurslarının İnkişafı” İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu ” layihəsinin icrasına başlayıb.
Layihənin əsas məqsədi uşaq və gənclərdə internetdən məsuliyyətli və məqsədyönlü istifadə vərdişlərini formalaşdırmaq, eyni zamanda milli və mənəvi dəyərləri təbliğ etməklə onların mənəvi dünyasının sağlam inkişafına dəstək olmaqdır.
“Müasir İnternet Resurslarının İnkişafı” İB-inin sədri, eyni zamanda ilə “Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu” layihəsinin rəhbəri Zamin Zeynalın Millixəbər.az-a verdiyi məlumata görə layihənin həyata keçirilməsi ilə əlaqədar gözlənilən əsas nəticələrdən biri əhali arasında davranış və sosial təcrübə dəyişikliyi olacaq. Uşaqlarda rəqəmsal məsuliyyət, gənclərdə dəyərlərə əsaslanan internet davranışı, valideynlərdə isə nəzarət və maarifləndirmə bacarıqları formalaşacaq.
Qeyd edək ki, sözügüdən layihənin 3 ay (01.05.2026-31.07.2026) müddətində Abşeron və Sabirabad rayonlarında, eyni zamanda Bakı şəhərində icrası nəzərdə tutulub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









