Tahir Mirkişili:"Əsas məsələ artımın sürəti deyil, onun mənbəyi və keyfiyyətidir"


"2025-ci il dövlət büdcəsinin icrasına dair hesabat və Hesablama Palatasının rəyi onu göstərir ki, ötən il dövlət maliyyəsinin idarə olunması baxımından uğurlu il olmuşdur. Büdcə gəlirləri proqnozu üstələmiş, büdcə profisitlə icra edilmiş, strateji valyuta ehtiyatlarımız yüksək səviyyədə qorunmuşdur. Müzakirəyə təqdim olunan sənədlər 2025-ci il dövlət büdcəsinin icrası zamanı ümumilikdə dövlət maliyyəsinin sabitliyini və büdcə intizamının qorunduğunu göstərir".

Millixəbər.az xəbər verir ki bu fikirləri parlamentdə çıxışı zamanı Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, deputat Tahir Mirkişili bildirib.

Deputat qeyd edib ki, mühüm məqamlardan biri qeyri-neft-qaz sektorundan büdcəyə daxilolmaların həcminin artmasıdır:

"Son illər vergi inzibatçılığının təkmilləşdirilməsi, iqtisadiyyatın leqallaşdırılması və rəqəmsal həllərin tətbiqi hesabına qeyri-neft gəlirlərinin artım tendensiyası davam etmişdir. Bu, büdcənin gəlir bazasının genişlənməsi baxımından vacib göstəricidir. Dövlət borcunun aşağı olması, strateji valyuta ehtiyatlarımızın qorunması iqtisadi müstəqilliyimizi 2025-ci ildə də gücləndirmiş və milli maraqlara xidmət etməsinə imkan yaratmışdır. Möhtərəm Prezident cənab İlham Əliyevin xüsusi diqqət yetirdiyi Böyük qayıdış proqramının sürətlə icra olunması böyük qələbləmizin möhkəmlənməsinə xüsusi zəmin yaratmaqdır. Dövlət Büdcəsi 2025-ci ildə bu məqsədlərə nail olmaqda mühüm rol oynamış və lazımi zəmin yaratmışdır.

Dövlət büdcəsi dövlətin ən vacib maliyyə sənədi olması ilə yanaşı, həm də iqtisadiyyatın bir güzgüsüdür. Hesab edirəm ki, büdcənin icrasını qiymətləndirərkən yalnız fiskal göstəricilərlə kifayətlənməməli, həmin göstəricilərin arxasında duran iqtisadi prosesləri də təhlil etməli, nəticələrin keyfiyyətinə və uzunmüddətli dayanıqlılığına da diqqət yetirməliyik. Bu konteskdə bəzi fikirlərimi səsləndirmək istərdim.


Dövlət Büdcəsinin icrası ilə bağlı hesabata Hesablama Palatasının təqdim etdiyi rəyin təhlili bir sıra maraqlı məqamları üzə çıxarır. Diqqəti cəlb edən məqamlardan biri iqtisadi artım templəri ilə bağlıdır. Təqdim edlmiş sənədlərdə keçən il ÜDM-in artım tempinin 1.4%, qeyri-neft-qaz ÜDM-in artım tempinin isə 2.7% təşkil etməsi göstərilmişdir. Anoloji göstəricilər 2024-cü ildə 4.1% və 6.2% təşkil etmişdir.


Qeyd etmək istərdim ki, İqtisadi siyasətdə yüksək artım tempi heç də hər zaman inkişaf göstəricisi sayılmır".

Millət vəkili vurğulayıb ki, eyni zamanda, aşağı artım tempi də hər zaman zəif inkişaf demək deyildir. ÜDM-in aşağı artım tempi ilə də daha keyfiyyətli inkişafa nail olmaq mümkündür, burda əsas əsələ artımın sürəti deyil, onun mənbəyi və keyfiyyətidir:

"Məsələn, əgər iqtisadiyyat ildə 1% artır, amma məhsuldarlıq yüksəlir, texnologiya tətbiq olunur, ixrac şaxələnir, gəlirlər artırsa – bu sağlam inkişaf sayılır və kredit köpüyü və ya re-eksport hesabanı əldə edilən illik 6-7% iqtisadi artımdan daha yaxşı sayılır. Burda hesab edirəm ki, diqqət çəkən əsas məsələ ölkəmizdəki iqtisadi artım templərinin dalğalı olmasıdır. Xüsusilə də, qeyri-neft-qaz sektorunda formalaşan ÜDM-in artım tempinin dalğalı olması bu məsələnin daha dərindən təhlilinə və onların səbəblərinin neytrallaşmasına daha çox diqqət yetirilməsinə ehtiyac yaradır. Çünki dalğalanmalar investisiyalara, məşğulluğa, dövlət büdcəsinə xüsusi təsir edir.

Ikinci məsələ, Palatanın təhlili göstərir ki, iqtisadi artımın əsas yükünü nəqliyyat və ticarət sektoru daşıyıb. Bu göstəricilər onu göstərir ki, iqtisadiyyatımızda artımın daha geniş əsaslar üzərində formalaşmasına nail olmağa ehtiyac var. Biz daha çox xidmət sektorunun hesabına böyüyürük, lakin məhsuldarlıq və yeni dəyər yaradan sahələrdə inkişaf tempinin sabit artımına nail olmağa ehtiyac vardır.


Üçüncü məsələ, nəticəyönümlü büdcələşdirmə ilə bağlıdır. Biz xərc maddələrinin icrası barədə hesabat alırıq, xeyli məlumatlar da təqdim edilir. Bunu faydalı sayıram. Fİkrimcə, eyni zamanda xərclənən vəsaitlərin hansı nəticələri yaratdığı barədə daha geniş məlumatlara sahib olmaq da effektiv ola bilər. Ümumiyyətlə, Hesab edirəm ki, Büdcə idarəçiliyinin növbəti mərhələsi vəsaitlərin mənimsənilməsindən nəticələrin ölçülməsinə keçid olacaqdır.

Dördüncü məsələ, yerli büdcələrin maliyyə müstəqilliyinin artırılması ilə bağlıdır; Mən son 2 gün ərzində YAP tədbirləri çərçivəsində Şərqi Zəngəzur iqtisadi rayonunda sakinlər, sahibkarlar və xüsusi nümayəndlik təmsilçiləri ilə görüşlərdə iştirak etdim. Çox yaxşı nəticələr əldə olunub, iqtisadi sahələr canlanır. İşğaldan azad olmuş ərazilərdə yaradılan xüsusi nümayəndəlik institutu özünü doğruldur, sakinlər çox razılıq edirlər. Bu kontekstdə qeyd etmək istərdim ki, fikrimcə biz xüsusi nümayəndəlik institutunun sərbəst gəlir mənbələrinin formalaşması üçün qanunvericilik aktlarında müəyyən hüquqi əsasların formalaşmasına da çalışmalıyıq. Bu yerli institutların daha çevik və daha effektiv olmasına şərait yarada bilər, dövlət büdcəsinin xərclərini azalda bilər. Müasir təcrübədə də xeyli belə nümunələr var, Məsələn, bir çox ölkələrdə hotellərdə ödənilən “city tax”, resursların istismarı və digər məsələr ilə bağlı ödənişlərin bir hissəsi yerli büdcələrə yönəldilir.

Sonuncu məsələ isə inflyasiya ilə bağlıdır. 2025-ci ildə orta illik inflyasiya 5,6 faizə yüksəlmişdir. Təhlillər göstərir ki, inflyasiyanın formalaşmasında həm xarici amillər, o cümlədən idxal inflyasiyası, həm də daxili amillər, dövlət tərəfindən tənzimlənən tariflərin artırılması və s mühüm rol oynamışdır.


Bu şəraitdə, düşünürəm ki, fiskal və monetar siyasət arasında koordinasiyanın daha da gücləndirilməsi vacibdir. Çünki qiymət sabitliyi artıq təkcə Mərkəzi Bankın deyil, bütövlükdə iqtisadi siyasətin nəticəsidir.

Maliyyə Nazirlyiinin təqdim etdiyi sənədlər və Hesablama Palatasının rəyi ilə tanış olarkən xüsusilə bir məqam diqqəti cəlb edir:

"Dövlət büdcəsinin qeyri-neft gəlirləri üzrə proqnoz və fakt göstəriciləri arasında fərq cəmi 1,6 faiz təşkil etmişdir. Bu isə fikrimcə, büdcə planlaşmasının keyfiyyətinin yüksəldiyini göstərirən mühüm göstəricilərdən biri sayılmalıdır. Ümumilikdə hesab edirəm ki, 2025-ci ilin dövlət büdcəsinin icrası makroiqtisadi sabitliyin qorunması və dövlətin sosial, müdafiə və inkişaf prioritetlərinin maliyyələşdirilməsi baxımından müsbət qiymətləndirilməlidir". (Moderator.az)

Son xəbərlər

Ağalı kəndində “Milli Qurtuluşdan Böyük Qayıdışa” mövzusunda tədbir keçirilib

Tahir Mirkişili:"Əsas məsələ artımın sürəti deyil, onun mənbəyi və keyfiyyətidir"

Millət vəkili Tahir Mirkişili Sumqayıtda vətəndaşlarla görüşüb

Millət vəkili Tahir Mirkişili Sumqayıtda vətəndaşlarla görüşüb

ABŞ və İran bir-birinə qarşılıqlı zərbələr endirdilər

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

Azərbaycanda ən çox və ən az olan heyvanlar

"Soyqırımı və deportasiya qurbanlarına dəstək” layihəsinin icrası ilə bağlı görüş keçirilib

Tahir Mirkişili: Azərbaycanın “Enerji Keçidi” Siyasəti: Paralel İnkişaf Modeli

Gənclər Təşkilatlarının Resurs Mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi

Pedaqoji Universitetdə veteranlar təşkilatının nümayəndələri ilə görüş keçirilib

Kremldə Putini bu addımdan çəkindirməyə çalışıblar

Sabah ölkə ərazisində intensiv yağış yağacaq

Paşinyan: Ermənistan və Aİ iki il ərzində vizasız rejim tətbiq edəcək

Almanlar Azərbaycan atlarına heyran qaldı - FOTOLAR

Masallıda birgə təşkil olunan konfrans keçirilib

Şəhərsalma - yaşıllaşdırmadan başlayır

Şəhərsalma - yaşıllaşdırmadan başlayır

WUF: ŞƏHƏR İQTİSADİYYATI-Deputatdan MARAQLI TƏHLİL

Dilqəm Quliyev:"Şəhərsalmada İdman Akademiyasının fəaliyyəti”

"Laçının azad edilməsi Azərbaycanın hərbi-diplomatik gücünün təntənəsidir”

Dilqəm Quliyev: Azərbaycanda Şəhərsalmanın Tarixi

Tahir Mirkişili Sumqayıt şəhərində vətəndaşlarla növbəti görüşünü keçirib

Sumqayıt Dövlət Universitetində millət vəkili Tahir Mirkişili ilə tələbələrin görüşü keçirilib

Əbədi Birlik Gənclər İctimai Birliyi tərəfindən Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirildi

Beynəlxalq Talassemiya Gününə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilib

Avropa üçün seçim anı: Ya tərəfdaşlıq, ya dərinləşən böhran

“Neftdən günəşə: dünya iqtisadiyyatında yeni enerji erası başlayır”

Dllərin ən gözəli - Ana dilim

Yeni dünyada dövlətin iqtisadiyyatda rolu: bazardan tərəfdaşlığa keçid

Azərbaycan - Qazaxıstan idman əlaqələri

Professor Dilqəm Quliyev: Qərbi Azərbaycan idmançıları Olimpiya oyunlarında

Səxavət Tağlar Nərgiz Hüseynovanı TƏBRİK EDİB

Bütün xəbərlər