Masallıda birgə təşkil olunan konfrans keçirilib


Masallı rayonunda ictimai-siyasi və elmi mühitin inkişafına töhfə verən mühüm tədbirlərdən biri baş tutub. Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı, Masallı Dövlət Regional Kolleci, Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi və Yeni Azərbaycan Partiyası Lənkəran şəhər təşkilatının birgə təşkilatçılığı, Masallı rayon Heydər Əliyev Mərkəzinin tərəfdaşlığı ilə “Müstəqilliyin təntənəsi” mövzusunda konfrans keçirilib.






Konfrans Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi əhəmiyyətinə diqqət çəkərək açılıb. Tədbirdə çıxış edən Masallı Dövlət Regional Kollecinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Rövşən Qurbanov, Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai birliyinin sədri Sudeif İmamverdiyev, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai birliyinin İdarə Heyətinin üzvü, Azərbaycan Yazıçılar birliyinin üzvü, beynəlxalq mükafatlar laureatı, teleradio jurnalisti, şair-publisist Mübariz Süleymanlı, və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əməkdar jurnalist, “Gurşad” jurnalının baş redaktoru Zakir Abbas çıxışda 1918-ci il 28 may tarixinin Azərbaycan xalqının dövlətçilik salnaməsində mühüm dönüş nöqtəsi olduğunu vurğulayıb, müstəqilliyin qorunmasının və inkişaf etdirilməsinin hər bir vətəndaşın mənəvi borcu olduğunu qeyd ediblər.




Masallıda təşkil olunan birgə konfrans zamanı Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin sədri, akademik Sudeif İmamverdiyev kollec tələbələri ilə görüşərək onların dərslərində iştirak etmişdir. Görüş çərçivəsində tələbələrlə xüsusilə ingilis dili dərslərində maraqlı və interaktiv elmi diskussiyalar aparılmışdır.





Diskussiya zamanı tələbələr qlobal təhsil, gənclərin inkişafı, elm və texnologiyanın cəmiyyətə təsiri, milli-mənəvi dəyərlərin qorunması kimi mövzularda öz fikirlərini ingilis dilində ifadə etmişlər. Tədbirin əsas məqsədi tələbələrin xarici dil bacarıqlarını inkişaf etdirmək, onların sərbəst danışıq qabiliyyətini artırmaq və beynəlxalq mövzularda fikir mübadiləsi aparmaq idi.


Akademik Sudeif İmamverdiyev tələbələrə təhsilin əhəmiyyəti, gənclərin gələcək inkişaf perspektivləri və müasir dünyada biliklərin rolu haqqında geniş məlumat vermişdir. O, tələbələrin suallarını cavablandıraraq onları daim öyrənməyə və öz üzərlərində çalışmağa təşviq etmişdir.

Tədbirin əsas məqsədi regionda gənclərin ictimai fəallığının artırılması, milli-mənəvi dəyərlərin təbliği, eləcə də dövlətçilik ənənələrinin gənc nəslə aşılanması olub. Konfransda çıxış edən natiqlər ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar, gənclər siyasəti və ictimai təşkilatların bu prosesdə rolu barədə geniş məlumat veriblər.

Çıxışlar zamanı vurğulanıb ki, belə tədbirlər regionlar arasında əməkdaşlığın güclənməsinə, ictimai birliklərin fəaliyyətinin koordinasiyasına və gənclərin maarifləndirilməsinə mühüm töhfə verir. Eyni zamanda, Türk dünyası ölkələri arasında mədəni və ictimai əlaqələrin inkişafı məsələləri də diqqət mərkəzində olub.

Tədbir çərçivəsində müstəqillik mövzusunda məruzələr dinlənilib, tələbələrin hazırladığı çıxışlar və təqdimatlar nümayiş etdirilib. Gənclərin mövzuya yanaşması və tarixi faktlara əsaslanan fikirləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.



Konfransın mühüm hissələrindən biri də kollecin “Gurşad” jurnalının təqdimat mərasimi olub. Jurnalın yeni buraxılışında təhsil, mədəniyyət, gənclərin ictimai fəallığı və milli dəyərlərin qorunması mövzularına geniş yer verildiyi bildirilib. Natiqlər bu kimi nəşrlərin tələbələrin yaradıcılıq potensialının inkişafında və elmi-ictimai düşüncənin formalaşmasında əhəmiyyətini xüsusi vurğulayıblar.

Konfrans çərçivəsində müxtəlif mövzularda məruzələr dinlənilib, iştirakçılar arasında fikir mübadiləsi aparılıb. Türk Ağsaqqalar İctimai Birliyinin üzvü Prezidentin Fərdi təqaüdçüsü, pedaqogika üzrə elmlər doktoru, professor, Yazıçılar Birliyinin üzvü, Dilqəm Quliyev müəllifi olduğu kitabları (“Azərbaycanın idman tarixində Heydər Əliyev mərhələləri” (1969-1982; 1993-2003), monoqrafiyanı və Həyat fəlsəfəsi kitab) Masallı Dövlət Regional Kollecinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Rövşən Qurbanova təqdim eymişdir.
Sonda tədbirin təşkilatçıları və iştirakçıları belə görüşlərin davamlı keçirilməsinin vacibliyini qeyd edərək, gənclərin dövlətçilik ənənələrinə sadiq, bilikli və fəal vətəndaşlar kimi yetişdirilməsinin prioritet olduğunu bildiriblər.

Konfrans ümumilikdə yüksək təşkilatçılıq və milli ruhun güclü təbliği ilə yadda qalıb.



Dilqəm Quliyev,
pedaqogika üzrə elmlər
doktoru, professor












Son xəbərlər

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

U-17 (yeniyetmələr) dünya çempionatlarının nəticələrinin müqayisəsi (Bakı:2012-2026:)

Deputat: "Azərbaycanın dövlət rəsmiləri onların qarşısına çıxmaqdan çəkinmir, "söyüş müxalifəti" isə eyni ssenarini təkrarlayır"

Azərbaycan Jurnalistlər Birliyi AZTV ilə bağlı BƏYANAT YAYIB

Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib

Prezident Qırğız Respubilkasında qolf oynadı

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Livanı dəstəkləməyə hazırdır

Saray qəsəbəsində Qərbi Azərbaycan İcmasının Abşeron rayon nümayəndəliyinin təşkilatçılığı ilə tədbir keçirilib

Azərbaycan Esmira Cəfərovanı Macarıstana yeni səfir təyin edib

Ərdoğan: İsrailin Fələstindəki əməllərinin bədəlini bütün region ödəyir

Tolerantlıq anlayışı heç vaxt təhqir etmək, alçaltmaq və nifrət yaymaq azadlığı kimi başa düşülməməlidir

Maaş və pensiya kartlarında yeniliklər gözlənilir

Qurban Qurbanov: Rəqibə qarşı zərrə qədər səhlənkarlığa yol vermək olmaz

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub

ORDUBAD camaatı zarafatla “biz naxçıvanlı deyilik” deyirlər

Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan onun dilidir

Bütün xəbərlər